ŞAMAXIDA SEÇKİ TƏXRİBATI
Bu gün Şamaxı rayonunun Həmyəli kəndində 85 saylı Dairə Seçki Komissiyasından deputatlığa namizəd olan Ləman Süleymanovanın keçirdiyi görüş zamanı təxribat törədilib
Bu barədə məlumatı Azinforum.az-a namizədin seçki qərərgahından veriblər. Bildirilir ki, Şamaxı rayon İcra Hakimiyyətində işləyən və əslən həmin kənddən olan Orxan Vəliyev adlı şəxs kənd camaatına Ləman Süleymanovanın görüşünə gəlməsinə maneə yaradıb:
“Bizim görüşün yeri təşviqat üçün DSK ilə razılaşdırılmış yerdə keçirilib. Görüş üçün nəzərdə tutulan vaxtda bir neçə saat qalmış xəbər tutduq ki, Orxan Vəliyev kənddə insanları görüşə getməmək barədə təlimatlandırır. Ancaq buna baxmayaraq, bizim görüş baş tutdu. Ləman Süleymanova həmin kənddə seçicilərlə möhtəşəm bir görüş keçirdi.
Həmin görüşdə həm də konsert proqramı nəzərdə tutulmuşdu. Ləman xanımı Azərbaycanın tanınmış incəsənət nümayəndələri, media mənsubları müşahidə edirdi. Təxribatının baş tutmadığını görən Orxan Vəliyev Ləman Süleymanovanın səlahiyyətli nümayəndəsi, tanınmış jurnalist İlqar Qulusoya yaxınlaşaraq konsertin dayandırılmasını tələb edib. Səbəbini də belə izah edib ki, həmin müğənnilərin geyimlərini bilməyərək kəndə gəlməsi düzgün deyil. Bundan sonra isə işıqlar söndürülüb. Belə təxribatın olacağını təxmin etdiyimiz üçün, özümüzlə apardığımız generatoru işə saldıq. Biz baş verən neqativliklər və seçki təşiqatına yaradılan əngəllə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət etməyi planlaşdırırıq”.
Biz həmin konsertdə iştirak edən müğənnilərlə əlaqə saxladıq.
Tanınmış müğənni Nurlan Əzizbəyli Azinforum.az-a açıqlamasında bildirdi ki, Həmyəli kəndində onlara qarşı böyük hörmətsizlik olub:
“Bunun sadə kənd camaatı ilə heç bir əlaqəsi yoxdur. Eşitdik ki, kimsə təxribat xarakterli əməllər edərək müğənnilərin geyiminə irad tutub. Həmin görüşə gedən bütün xanım müğənnilər çox ədəbli geyinmişdilər. Mən oxuduğum yerdə işıqları söndürdülər. Bu yolveriməzdir. Yəqin ki, bu əməllərin arxasında duranlar layiqli cəzalarını alacaqlar”.
Tədbirdə iştirak edən digər tanınmış müğənni Arzu Mələk də Azinforum.az-a baş verən hadisəni pislədi:
“Kiminsə öz təxribatını həyata keçirmək üçün bizim geyimimizi bəhanə etməsi yolverilməzdir. Sənətdə yeni olan adamlar deyilik ki, kimsə bizə geyim öyrətsin. Biz də bu məsələnin araşdırılması üçün əlaqədar qurumlara şikayət ünvanlayacayıq”
Azinforum.az qalmaqalla bağlı adı çəkilən Orxan Vəliyevlə əlaqə saxlayıb.
Orxan Vəliyev həqiqətən sözügedən kənddən olduğunu təsdiqləyib, ancaq Şamaxı rayon İcra Hakimiyyətində işləmədiyini bildirib.
Şamaxı rayon sakinləri isə Azinforum.az-a Orxan Vəliyevin əvvəllər “Dəmir” bankda çalışdığını, oradan isə böyük qalmaqalla ayrıldığını və uzun müddət işsiz qaldığını dedilər. Xatırladaq ki, Şamaxıda əlaqə saxladığımız hər bir şəxs Orxan Vəliyevi İcra Hakimiyyətinin işçisi kimi xarakterizə etdi.
İnformasiya bizə iş günün axırında çatdığı üçün, Şamaxı İcra Hakimiyyəti ilə mövzunu dəqiqləşdirə bilmədik.
Mövzuya qayıdacayıq.
P.S. Azinforum.az-a təqdim olunan fotolardan da görümnür ki, tədbirdə iştirak edən müğənnilər normal geyimdə olublar.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı