Şəmkir rayon Mərkəzi Xəstəxanasında biabırçı olay rüşvət qalmaqalı

Şəmkir rayon Mərkəzi Xəstəxanasında biabırçı olay baş verib
Baş həkimin tələb etdiyi rüşvəti verməyən tibb bacısı işdən çıxarılıb.Bu barədə məlumatı rayonun Seyfəli kənd sakini, işdən çıxarılan tibb bacısı Aybəniz Albabayeva verib. O bildirib ki, baş həkim ondan işdən çıxarılmaması müqabilində 5 min manat istəyib: “33 ildir ki, Çinarlı qəsəbəsində (keçmiş Leninkənd) yerləşən xəstəxanada tibb bacısı işləyirəm. 2012-ci ildə kursdan keçdim. 2014-cü ilin dekabr ayında isə Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev məndən tez bir zamanda ona 5 min manat verməyimi tələb etdi. Bildirdi ki, verməsən səni işdən çıxardacam. 2015-ci ilin may ayında isə mənə dedi ki, 5 mini vermədiyin üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəddin Əhmədovun məsləhəti ilə səni işdən azad etdik.
Mən dəfələrlə Nürəddin Əhmədovun qəbulunda olmuşam. Sonuncu dəfə o mənə bildirdi ki, növbəti dəfə bura gəlsən səni dəlixanaya qoyduracam. Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev heç kimdən qorxmadığını, onun arxasında Nurəddin Əhmədovun və Bakıdakı tanışlarının olduğunu deyir. Hər dəfəsində istənilən yerə şikayət edə biləcəyimi bildirir. Altay Quliyev 65 yaşı tamam olmuş işçiləri təqaüdə göndərmək əvəzinə hansısa yollarla onları xəstəxanada saxlayır. Mən öz işimə yenidən bərpa olunmaq istəyirəm. Çünki üç övladım var. Həyat yoldaşım da rəhmətə gedib. Heç bir yerdən də gəlir yerim yoxdur”.
Məsələyə münasibət bildirən Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev Aybəniz Abdullayevanın dediklərinin yalan olduğunu bildirdi. Onun sözlərinə görə, tibb bacısını işdən Şəmkir Rayon Mərkəzi Xəstəxanası çıxardıb:”Mənə yox, onlara müraciət etmək lazımdır. Çünki mən elə bir səlahiyyətim yoxdur ki, kimsəni işə götürüb çıxardım. Aybəniz Abdullayeva dövlət seltifikasiya komissiyasından kəsildiyi üçün nazirlik onu işdən çıxardıb. Belə olan halda mən ondan necə pul istəyə bilərəm? Ümumiyyətlə, mən ondan pul istəməmişəm. Biz kənd xəstəxanası olaraq nə işçi götürmürük, nə də işçi çıxartmırıq. O işlərə mənim qarışacağım yoxdur”.
Altay Quliyev Aybəniz Abdullayevanın yaxşı tibb bacısı olduğunu vurğulayıb: “O, gözəl işçidir. Mənim onunla elə də pis münasibətim olmayıb”. Şikayətdə adı keçən Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov isə telefonlarımıza cavab vermədi(AzNews.az)
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı