Cəlilabadın rüşvətxor məmurları arasında yeni ad: İLHAM SALMANOV

Obyektiv və qərəzsiz yazı yazmaq çox çətin məsələdir. Əslində, yazsan da olmur, yazmasan da…
Xüsusən də daşıdığı vəzifəsinin qabağına “dövlət” sözü yazılmış bəzi məmurlardan. O məmurlardan ki, nə dövlət, nə millət, nə Allah onlardan heç nəyi əsirgəməyib. Pul, yaraşıq, mülk, obyekt, gün-güzaran… Həm də belələrinin şüurunda özünə yer eləmiş: – “Allahın ucaltdığını bəndə nəkarədi endirsin!” – məntiqi bir ilan olub boğazına dolananda əlin-qolun yerdən-göydən üzülür öz yerində, istər-istəməz hesab edirsən ki, haqqa və ədalətə aparan yol köməksizi minməkdən, imkansızın cibini soyundurmaqdan keçir. Doğurdanmı bizlər Allahımızı doğru-dürüst tanımırıq? Olsun! Fərz edək Allahı tanımırıq. Bəs, hər bir dövlət məmurunun stolunun bəzəyinə çevrilməli milli konustitusiyamıza, qanun və məcəllələrimizə, hökumətin çoxsaylı tövsiyyə və təlimatlarına, hörmətli Prezidentimizin demək olar ki, hər gün səsləndirdiyi fikirlərə, məmurlara yönəli tələb və göstərişlərə nədən məsuliyyətimizi bəzən anlamırıq?
Heş kimə sirr deyil ki, KİV-də təmsil olunan şəxsin vəzifəsi qanuna müvafiq qaydada araşdırma aparmaqdan, informasiya toplamaqdan, eyni zamanda apardığı araşdırma və topladığı informasiya müqabilində hazırladığı mətni paylaşmaqdan yaxud dərc etdirməkdən ibarətdir. Bizdə necədir? Xəta olur, hansısa dövlət qurumu və ya dövlət məmuru haqqında nə isə yazırsan. Pəh, gəl bundan sonra onların fors-fıstırığının, təhdid və təxribatlarının qabağında dayan. Söz yox, əgər onların təzyiqlərinə tab gətirib sınmırsansa, vəziyyət dəyişir. O mənada ki, etdikləri və gələcəkdə edəcəkləri iyrənc əməlləri yuxarı dövlət qurumlarının tələbi kimi dəyərləndirərək, özlərinin yazıq və köməksiz obrazlarını yaradırlar və sonda qarşına suallar qoyurlar: “Axı mən sənə nə etmişəm? Niyə mənim çörəyimə bais olursan?” – kimi. Suallara bax eee… Guya onlar bizə nəsə etməyiblərsə, demək yazmaq haqqımız yoxdur. Yaxud karyerdə daş atıb çörək qazanırlar, amma biz onların çörəyinə bais olmaq istəyirik. Rolların o qədər gözəl oynayırlar, hətta kövrəlirsən, “rəhm” etməkdən başqa çarə tapa bilmirsən, dəhşətli peşimançılıq hissi keçirirsən, yazını yaradanlara nifrət etmək istəyirsən. Amma nə yaxşı ki, mətbuatımıza xoş münasibəti, diqqət və qayğını əsirgəməyən Dövlət Başçımız vardır. Əks təqdirdə bəzi dövlət məmurları sevənərimizi ağladıb, göz yasları ilə iyli corablarını yudurdardılar.
…Hesab edirəm əsas mətləbə keçməyin tam vaxtıdır. Bu dəfəki yazı Cəlilabad rayon təhsilinin başına daş salmış, hal-hazırda İH başçısının 1-ci müavini vəzifəsində çalışan Vidadi Dövlətova yox, onun əziz-xələfi – Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən İlham müəllimə həsr edilir.
Doğrusu, İlham müəllim rayon təhsilinin “anasın kor qoyub, atasın şil edib”- kimi epitetlərdən istifadə edib imanımı yandırmaq istəmirəm. Çünki ona qədər “ananı kor”, “atanı şil” etmişdilər və yaxın zamanlarda kiminsə həmin “ata-ana”nı müalicə edəcəyi inanılmazdır. Əgər “oyunda” İlham müəllim varsa, heç inanılası deyil. Məsələ ondadır ki, bu dəfəki müdirin gözlərində zərrə qədər də xır-filan yoxdur. Siz heç kiminsə vəzifəyə başladığı gün 1000 manat rüşvət aldığını bildinizmi? Bilmədinizsə bilin və tanış olun: İlham Salmanov! Amma xahiş edirəm müdir Salmanovu rayon Təhsil Şöbəsinin ən əzəmətli personası hesab edilən digər Salmanov soyadlı “bərkgedən”lə qarışdırmayın.
…Həm araşdırmalar davam etdiyinə görə, həm kiminsə “çörəyinə” bais olacağımdan ehtiyyatlanaraq yazımı bu yerdə saxlayıram. Amma gələn yazıda biləcəksiniz:
1.Təhsil Şöbəsinin keçmiş müdiri Vidadi Dövlətov yeni müdir İlham Salmanovun aldığı 1000 manatlıq rüşvət olayında hansı rolu oynayıb?
2.İlham Salmanov kimə görə və kimdən 1000 manatı alıb?
…Qorxuram, İlham Salmanov rəhbərlik etdiyi Təhsil Şöbəsinin təsərrüfat hesablı olduğunu bəyan etsin. Bəzi müdirlər kimi. Olsun! Hələlik qəbz tələb etmirik.(İdeologiya.az)
Hüsaməddin Əhmədov (Hüsamə bin Sərxan)
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur