Binəqədidə “yaşıl soyqırım” – FOTOREPORTAJ

Bakının bir sıra yerlərində yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi qadağan edilsə də, təəssüf ki, belə hallara hələ də rast gəlinir. Bir sıra ərazilərdə yaşayış binaları inşa edən tikinti şirkətlərinin qanunsuzluğuna bu dəfə sadə vətəndaşlar da şərik olmağa başlayıblar. Söhbət Binəqədi rayonunda, Zərifə Əliyeva parkının qarşısında, “Zeytunluq” adlanan yaşıllıq massivində ağacların məhv edilməsindən gedir
Bu barədə publika.az-a məlumat verən sakinlər bildiriblər ki, hər gün buradan zeytun yığıb satan ayrı-ayrı şəxslər ağaca çıxmağa ərindiklərindən onları sındırır, budaqlarını qırırlar. Söylənənləri araşdırmaq üçün əraziyə baş çəkdikdə deyilənlərin doğru olduğunu gördük. Burada ağacların, budaqların necə qırıldığını gördükdə gözlərimizə inanmadıq. Naməlum şəxslər budaqları qıraraq onların üzərindəki zeytunları yığıblar. Bütün bunlar bir yana, əraziyə zibil torbaları, məişət tullantıları da atıblar. Müşahidə apardığımız vaxt iki qadın “iş başı”nda idi. Onlar ərazidə fotoçəkiliş apardığımızı gördükdə tələsik aradan çıxdılar. Özlərindən sonra qoyduqları iz isə qırıb yerə atdıqları nazik, cavan budaqlar idi.
Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, zeytun yığanlar bura daha çox günün ikinci yarısında təşrif buyururlar: “Onlar ağaca dırmaşmaq əvəzinə, ağacların budaqlarını əyərək qırırlar. Bununla bağlı dəfələrlə şikayət etsək də, heç bir faydası olmayıb. Hər gün neçə adama başa salmağa çalışırıq ki, zeytun yığmaq üçün ağacı, yaxud onun budağını kəsmək olmaz. Elə bayaq iki-üç nəfər zeytun yığmağa gəlmişdi. Neçə budağı qırıb yerə atdılar. Üstündəki zeytunu yığıb getdilər. Binəqədi Rayon İcra Hakimiyyətinə bununla bağlı dəfələrlə şikayət etmişik. Şikayət yazmışıq, qol çəkmişik, göndərmişik icra hakimiyyətinə. Şikayətimiz protokollaşdırılıb və polisə göndərilib. Amma yenə faydası olmadı. Ağacları, budaqları qırmaqda davam edirlər. Üz tutmadığımız rəsmi struktur qalmayıb”.
Yaşıllıq massivində dincələn bir neçə ağsaqqalla da söhbətləşdik. Dedilər, əgər əraziyə nəzarət gücləndirilməsə, ağacların budaqlarını qıranlar sərt cəzalandırılmasa, burada daha pis mənzərələr yaranacaq: “Günorta saat 4-də burada “ov” başlayır. Həmin vaxt gəlin, özünüz görün ki, nələr edirlər. Quş kimi qonurlar ağaclara, budaqları qırıb yerə atırlar. Sonra yerə düşüb budaqların üstündəki zeytunları yığıb gedirlər.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları da ərazidə olur, ağaclara qənim kəsilənlərin qarşısını almağa çalışırlar. Lakin zeytun yığanlar onların da nəzarətindən yayınıb ağacları, budaqları qırır. Ağacları qıranlar əsasən yaxınlıqdakı ərazidə yaşayanlar, məcburi köçkün ailələridir”.
Binəqədi sakini, sabiq millət vəkili Kərəm Əliyev də “Zeytunluq” yaşıllıq massivinə nəzarətin zəif olmasından şikayətləndi: “Dünən də gördüm ki, zeytunu asan yolla yığmaq üçün ağacın budaqlarını qırıb yerə atıblar. Bəziləri hətta budaqları otun, samanın altında gizlətməyə çalışır. Belə hallara hər gün rast gəlirik. Dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Burada daha nələr baş verir. Şəxsən rayon icra başçısının özünə də deyilib. Hər bir rayonda yaşıllıq sahəsi var. Amma onlar yaxşı qorunur. Təəssüf ki, bu ərazidə yaşıllıqlara nəzarət edilmir. Ona görə də zeytun yığanlar ağacları kəsir, budaqlarını qırırlar.
Əvvəllər belə hallara rast gələndə prokurorluğa müraciət edirdik. Həmin şəxslər barəsində müvafiq cəza tədbirləri görürdülər. Ona görə də ağacları qırmırdılar. Amma indi…
Hər yerə müraciət etmişik. Amma yenə ağacları, onların budaqlarını məhv edirlər. Yaxşı ki bu məsələni ictimailəşdirirsiniz. Bəlkə, bunun bir faydası oldu. Çox istərdik “Zeytunluğ”a nəzarət gücləndirilsin. Bu baxımsız yer qocaların, ağsaqqalların toplaşdığı, dincəldiyi yerdir. Hər gün gəlib burada nərd oynayırlar. Zeytun yığanlar ağacları məhv etdikdən sonra onlar harada dincələcəklər?”
Fotolar Elçin Muradındır
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı