GDU rektorunun yeni macəraları: xarici avtomobillər, imtahan maxinasiyaları və…
Bolge
Oxunub: 1 276
28 sen 2015 | 07:11
GDU rektorunun yeni macəraları: xarici avtomobillər, imtahan maxinasiyaları və…









Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur. Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Bu dəfə cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlar xüsusilə ilgincdir

Bu yazımızda isə adıçəkilən təhsil ocağında yaşanan rüsvayçılıqlarla bağlı bir neçə konkret fakt göstərmək istərdik. Beləliklə, ötən yazının anonslarından da bildiyiniz kimi, GDU-da özü Rusiyada yaşasa da, adı universitetdə gedən, hər ay əmək haqqı alan müəəlim də varmış. Bu yazımızı həmin məqam üzərində qurmasaq da bir məqamın üzərində dayanaq ki, Gəncə Dövlət Universitetinin Coğrafiya Kafedrasının müdiri Yeganə Əliyevanın həyat yoldaşı Teymur İsmayılov uzun illər Rusya Federasiyasında yaşasa da bu onun hər ay GDU-dakı ştatına görə maaş almasına mane olmayıb. 2007-2011-ci illər aralığında Rusiyada yaşamış Teymur İsmayılovun dərslərini isə Yeganə Əliyevanın özü əvəz edib. Mənbəmiz bildirir ki, baş vermiş olayla bağlı Gəncə Şəhər Prokurorluğuna da məlumat verilib. Biz isə redaksiya olaraq bu məsələnin sıradan bir saxtakarlıq olmadığını xatırladaraq müvafiq orqanların səslənən ittihamları nəzarətə götürəcəklərinə ümid edirik. Növbəti yazımızda isə aşağıdakı suallara cavab tapmağa çalışacağıq:

– Rektor Yusif Yusibovun kimya kafedrasına “xüsusi simpatiyası”nın mübhəm səbəbləri…
– Mətbuat katibi Maqbet Əhmədov universitetdə kimlə daha çox “mehriban”dır?
– Yusif Yusifov GDU-da kimləri küllü ixtiyar sahibinə çevirib və niyə? – işə gəlməyən texniki işçi heyəti və onların havadarları;
– GDU-nun hansı tələbələri ümumiyyətlə dərsə gəlməsə də onlara “qaib” yazılmır?- Hansı fakültədən nə qədər yığılır və bütün bunların başında kim dayanır?


Amma bundan başqa, elektron poçtumuza daxil olan məlumata görə ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu, Gəncə Dövlət Universitetinda xəyal olaraq qalır. Bildirək ki, Paytaxtin ali məktəblərində professorlar üçün 1000-1200 manat, dosentər üçün 700-800 manat, adi müəllimlər üçün 500-600 manat əmək haqqı verilir. Gəncədə yerləşən və Kənd Təsərrüatı Nazirliyinə tabe olan ADAU-da da (tələbələri GDU-dan azdır) son bir tədris ilində əmək haqı bir neçə dəfə artırılıb. Lakin GDU-da maaşlar bu rəqəmə çatmır. Bütün bunlar haqda məlumatlı mənbənin cumhuriyyet.az-a yazdığına görə, GDU-da pul vəsaitlərin xərclənməsində israfçılıq olunur: “Uzun müddət idi ki, GDU-da yalnız rektor və tədris işləri üzrə prorektor üçüniki xidməti avtomobil var idi. Bu digər universitetlərdə də belədir. İndi isə 5 prorektordan 4-nə xarici avtomobil alınmışdır. Bu az imiş kimi, rektorun köməkçisinə də bir xarici avtomobil AA seriyası ilə ayrılmışdır. Ümumiyyətlə, universitetdə 10-dan çox avtomobillər var. Əksəri xarici narkalı maşınlardır. Heç kim bunun əleyhinə deyil. Amma bunlara verilən böyük məbləğ pul əmək haqqının artırılmasına sərf olunsaydı, yaxşı olmazdımı”.
GDU-nun kollektivinin Y.Yusifovdan ən böyük narazılıqlarından biri imtahanlarrın keçirilməsi ilə bağlıdır. Semestr imtahanlarının kompüter üsulu ilə keçirilməsi, yoxlanması və nəticələrin qiymətləndirilməsi bir mərkəzdən idarə olunur. Amma məktub müəlliflərinin redaksiyamıza bildirdiyinə görə, fənn müəllimlərinin isə imtahanların keçirilməsi və yoxlanmasından xəbəri yoxdur. Bu isə Təhsil Nazirliyinin sənədləri ilə ziddir. Çünki, Boloniya sistemində imtahanlar yazılı şəkildə keçirilməlidir. Yəni tələbə imtahanda bilet çəkməlidi, cavabları yazmalı vəmüəllimi tərəfindən yoxlandıqdan sonra ona qiymət verilməlidir. Ancaq GDU-da buna riayət etmirlər. Çünki mərkəzləşdirilmiş imtahanlar “Şərq-Qərb” nəşriyyatının sahibi, oliqarx məmur Yusif Yusifovun yeni qazanc yeri, rüşvət mənbəyidir.
Fənnin imtahan saatı müəllimin dərs yükünə daxildir. Əgər GDU-da imtahanlar kompüter ilə götürülürsə, bu saatları müəllim faktik yerinə yetirmir. Gəncə Dövlət Universitetində 2010-cu ildən belədir. Bu ənənəni Y.Yusifov davam etdirir. Ancaq mərkəzləşdirmədən imtina etməyin vaxtı çatıb. Əks təqdirdə kollektiv özü bunu edəcək.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu