Qazax meşələrini viran qoyub Gədəbəyə keçən “Meşə Pərviz”
Bolge
Oxunub: 1 920
26 sen 2015 | 08:52
Qazax meşələrini viran qoyub Gədəbəyə keçən “Meşə Pərviz”

















Qazaxlıların lap yaxşı yadındadır. Onu rayona tanıdan sabiq icra başçısı Əsəd Orucovun “yaxın dostu”, Xanlıqların sovxoz direktoru vəzifəsində işləmiş Kamil Şahvələdov olmuşdur. Yəni Kamil Şahvələdovun əli ilə Pərviz Fərhad oğlu Əliyev Qazax Meşə Təsərrüfatı İdarəsinə (həmin vaxt idarə belə adlanırdı) müdir qoyulmuşdur. Həmin vaxt Pərviz Əliyev Qazaxda kənd təsərrüfatı texnikalarının texniki baxışdan keçirilməsi idarəsində xırda bir işdə işləyirdi. Qohumu Kamil Şahvələdov özünün dediyinə görə, Pərvizi sabiq icra başçısı Əsəd Orucova 5000 manat rüşvət verməklə işi həll etmişdir

İdarəyə müdir təyin edilən Pərviz Əliyev bir neçə aydan sonra onu bu vəzifəyə gətirdən Kamil Şahvələdovun üzünə “ağ” olmuşdur. Qohumlar elə bu gün də bir-birini görəndə dodaqlarını büzürlər.

“Bal tutan barmaq yalayar”

Pərviz Əliyev idarədə bir sıra “yeniliklərlə” məşğul oldu. O, meşədə işləyən bütün gözətçilərin əvvəlcə maaşlarına qol çəkdirib mənimsədi, bankomat kartları dəbə düşdükdən sonra, onları yığaraq seyfinə atdı. Hər ay zəhmətkeş insanların qəpiyinə də göz tikərək pullarını ”basıb yedi”. Kəsilməsi qadağan olunan palıd, cökə, qozalı çinar, şam və digər adda ağacları kəsdirərək baha qiymətə satdırdı. Vəzifəcə özündən yüksək olan insanlara pay-püş etdi. İdarədə ondan əvvəl işləyənləri və özünün sonradan götürdüklərini də işdən uzaqlaşdırarq yerlərinə 2000-2500 manat pul alaraq təzə işçilər götürdü. Ən əsas idarəyə yalan danışmaq, kimlərisə gözü baxa-baxa aldatmaq, borc alıb qaytarmamaq, günahsız insanları ayaqlamaq və s. kimi insaniyyətə yaraşmayan hallar gətirdi. Hətta, Pərviz Əliyev meşəni dağıdanda ona bu hərəkətinə görə məsuliyyət daşıyacaqsan, deyənlərə belə söylədi:

-“Mən nazir Hüseynqulu Bağırovun özü ilə yaxınam. Hər il ailəsinin istirahətini də mən təşkil edirəm. Bayramlarda, ad günlərində onlara aparmadığım naz-nemət qalmayır. Bir kəsin məndə işi ola bilməz!”

Meşə dağıldı, Pərviz yerində qaldı

Adam Pərviz Əliyevin söylədiklərinə inanır da, inanmır da… Çünki, yaxşı xatirimdədir. İcra başçısı Rauf Hüseynovun dövründə meşələr yoxlanılaraq çoxlu sayda ciddi nöqsanlar üzə çıxmışdı. Pərvizin məsələsinə rayon şurasında baxıldı. Onun işdən azad olunması haqqında şura qərar verdi və nazirliyə göndərildi. O da yadımdadır ki, Pərviz Əliyevin saxtakarlıqları haqqında şura iclasında çıxışı vaxtilə icra hakimiyyətinin tikinti şöbəsi üzrə müavini, mərhum Tofiq Əhmədov etmişdir. Lakin Pərviz Əliyev yerində qaldı. Bu da onu göstərir ki, ağızdan bütöv olan Pərviz Əliyevin arxasında kimsə var. Pərviz Əliyevin ciddi nöqsanları nazirliyin xırda əməkdaşları tərəfindən gizlədilir. Yaxşı məlumdur ki, Ekolgiya və Təbii Sərvətlər Naziri Bağırov ciddi adamdır. İnanmırıq ki, Pərvizin nöqsanlarını nazir bilsə, onu bu strukturda saxlaya.

Qaysaq bağlayan talançılıq

Pərviz Əliyev Qazax meşələrini dağıdaraq, işçilərin əməyini mənimsəməklə çoxlu varidat əldə edib. Nahaq yerə Qazaxda ona “Meşə Pərviz” demirlər. Adicə, Qazaxın “Çinar Dibi” deyilən yerdən üzü aşağı gedəndə, Qazax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus 100 hektara yaxın “Əriklik” bağını özbaşına puç edərək “külünü göyə”sovurdu. Əriklik bağından 60 sot sahəni qeyri-qanuni zəbt edərək özünə yaxın olan işçilərinin və yaxınlarının adlarına sənədləşdirdi. Həmin 60 sot sahəni 4 sotdan , hər 4 sotu da 3000-3500 manatdan satdırarq vətəndaşlara payladı. Qalanlarını da Qazax bələdiyyəsinə verdi. Hələ azmış kimi bələdiyyənin də torpağna şərik olaraq, üst-üstə 50 000 – ə yaxın vəsaiti rahatca cibinə qoydu. O, həmin vəsaitlə doğulduğu Xanlıqlar kəndinin mərkəzinə yaxın yerdə böyük bir restoran tikdirdi və 1 hektar torpaq sahəsi aldı. Bakını “Sulu təpə” qəsəbəsindən də 1 ha torpaq alaraq villa tikdirdi. Deyilənə görə, Pərvizin puç etdiyi “Əriklik” bağı nazirlər kabinetinin qərarı ilə meşə idarəsinin torpaq sahəsindən ayrılmayıb. Amma torpağı almış rayon vətəndaşları orada evlər inşa ediblər.

Pərviz Əliyevin kənddə böyük mal ferması da vardır. Onun sağdan və soldan gələn gəlirlər hesabına, özünün söylədiyinə görə Gürcüstan sanatoriyalarına gəzdirməyə adamlar da aparır. Bizə məlum olan həmin adamların xarici pasportlarına baxılsa, məsələn ötən il “Sınıq Körpü” Sərhəd Keçid Məntəqəsini eyni gündə keçmələrinin şahidi olarıq. (Həmin admların adlarını məxfi saxlayırıq).

Pərviz və Əkbər Əliyevlərin baka hücumu

Pərviz Əliyev Qazax meşələrinə divan tutması ağacları kəsməklə, yuxarı Salahlı kəndində kömür istehsal etməklə, əkin-biçini saxta yazmaqla, yardımçı təsərrüfatdan gələn gəliri dədəmalı kimi həzm etməklə yekunlaşmır. O, həm də Qazaxdakı “Zamin” bankla saxta əməliyyat usatası kimi də yadda qalıb. Belə ki, idarədə, xüsusilə meşə gözətçilərinin özlərinin xəbəri olmadan adlarına üst-üstə 50 000 manat kredit də götürməsi söylənilir.

O da məlumdur ki, bank fırıldağı ilə təkcə ortancıl qardaş Pərviz Əliyev deyil, onun Xanlıqlar kəndində icra nümayəndəsi işləyən qardaşı Əkbər Əliyev də məşğul olur. “Zamin” bankın Qazax Şöbəsində baş verən maliyyə saxtakarlıqlarında adı mətbuat səhifəsindən düşməyən, hazırda həbsdə olan Xatirə Əsgərova hallansa da, biçarə qadını bu işə sürükləyən, məhz elə Pərvizin qardaşı Əkbər olmuşdur. Əkbər Əliyev “Zamin” banka vətəndaşların əmək haqqısı barədə saxta arayışlar vermişdir. Sadəcə, Əkbər icra hakimiyyətinin işçisi olduğuna görə, adı hələ ki qara siyahıya düşməyib.

Bəli, Pərviz Əliyev kimi belə bir insanın cəmi 6 ay olar ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müdir getməsi çox təəccüblüdür.

Meşələr arxasında “3 dost”

Qazaxda Pərviz Əliyev tək deyil. Onları “Meşələr arxasında 3 dost” hesab edənlər də az deyil. El arsında belə bir kəlam da var: “Dostunu mənə göstər, xasiyyətini deyim!”. Məsələn, sual oluna bilər ki, Qazaxda 4-5 bank fəaliyyət göstərdiyi halda, qara lövhə nə üçün “Zamin” bankın başının üstündədir? Çünki “Zamin” bankın Qazax şöbəsinin müdiri Məzahir Mirzəyev Pərviz Əliyevin yaxın tərəfdaşıdır. Pərviz Əliyevin şirin dili Məzahir Mirzəyevi yoldan çıxarmışdır.

Yəqin ki, hazırda Gədəbəy meşələrinə baş meşəbəylik edən Pərviz Əliyev haqqında son günlər sözügedən rayondan nazirliyə şikayət ərizələri getməmiş olmaz. Qazaxda meşələri dağıdaraq keçəlləşdirən sabiq müdirə Gədəbəydəki sıx meşələr heç zaman xoş gələ bilməz. Meşələrdəki əkin-biçindən idarənin hesabına daxil olmadan nəğdləşdirilən vəsait Pərviz Əliyevin ən başlıca gəlir mənbəyidir. Bunun nəticəsidir ki, idarədə təsərrüfathesablı işləyənlər əmək haqqı üzünə həsrət qalıb. Necə olur ki, meşələrə divan tutan müdir 1 gün cibini pulsuz etmədiyi halda, fəqir-füqarə işçilər 6 aylarla əmək haqqı ala bilmirlər? Axı, onlar da Pərviz kimi ailəli, oğul-uşaq sahibidirlər. Pərviz Əliyev qaynənəsinə bazarlıq etdiyi kimi, onlar da bu minvalla yaşamaq istəyirlər.

P.S. Yazı materialı çapa hazırlanarkən xəbər aldıq ki, Pərviz Əliyev banklara olan borcundan ötrü 4 dəfə məhkəmə qətnaməsi ilə üzləşib. Buna baxmayaraq, o bu yaxınlarda Antaliyadan istirahətdən qayıdıb. Belə borcun içində şir ürəyi yeyərək kef-damaqda olan Pərviz Əliyev, deyilənə görə nə Qazaxda, nə də Gədəbəydə yoxdur. Ölkəni tərk edib.

Gədəbəy meşələrini də Qazaxdakı meşələrin gününə salmaq amalı ilə yaşayan Pərviz Əliyev haqqında araşdırmalarımız davam etməkdədir.(GundemXeber.az)
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı