Pərviz İsgəndərov Cəlilabad DSMF-ni özəlləşdirib? – ŞOK FAKTLAR (ÖZƏL)
Bolge
Oxunub: 2 776
25 sen 2015 | 08:21
Pərviz İsgəndərov Cəlilabad DSMF-ni özəlləşdirib? – ŞOK FAKTLAR (ÖZƏL)

















Cəlilabad tarixən təkcə ziyalıları, yazarları, incəsənət xadimləri, din adamları ilə deyil, eyni zamanda sədaqətli dövlət və partiya işçiləri ilə sayılıb-seçilən rayonlardan olmuşdur

Əvvəllər, yəni mənim gənclik illərimin təsadüf etdiyi sovet hakimiyyəti dövründə idarədə işləyənlərə qulluqçu deyərdilər və qulluqçu olmaq istəyi ilə alışıb-yananlar o qulluqçulara baxıb həsəd aparardılar. Əslində isə həsəd aparmalı heç nə yox idi. Çünki sovet hakimiyyəti illərində ən aşağı məbləğdə əmək haqqı qulluqçulara verilirdi. İndi bələdiyyə idarəsi xaric, hansı dövlət idarəsində işləsən adına məmur deyəcəklər.

Bu günün məmuru normal əmək haqqı alır, cəmiyyətin digər təbəqələri ilə müqayisədə daha yaxsı yasayır, sayılıb-seçilir. Lakin bəzi məmurlar bahalı evlərə, bərkgedən maşınlara, müxtəlif təyinatlı özəl obyektlərə sahiblik etsələr də, nəfslərindən şulüzümbə qalmayıb ən ağıla sığmaz vasitələrə belə əl atırlar. Təbii ki, öz işinə, səxsiyyətinə hörmətlə yanaşıb sadə həyat tərzi keçirən, insanların çətinliklərinə, problemlərinə obyektiv mövqedən yanaşan məmurlarımız daha çoxdur. Və nə yaxşı ki, bu belədir. Əks təqdirdə cəmiyyəti formalaşdıran antaqonist təbəqələr bir-birinin ətini yeyər, it günündə yaşayan yoxsul insanlarla şahzadə kimi həyatlarını sürdürən məmurlar arasında müharibələr sonzuzluğa qədər davam edərdi.

Amma mən bu dəfə yaxşı məmurdan yox, pis məmurdan bəhs edəcəm. O məmurdan ki o, təkcə pis deyil, həm də peşəkar dilənçidir. Sifətinə baxanda elə zənn edirsən – bu adam mələkdi. Cəlilabad rayonunun ən yakışıklı iki-üç məmurundan biridi. Zalım balası model olmalıymış! Nədən məmur masasına əyləşdiyini anlamaq üçün, gərək ən azından Məşədi Kərbəlayi Hacı Miko səviyyəsinə yetişəsən.

Beləliklə, haqqında söhbət açacağım antiqəhrəmanın adı Pərviz, soyadı İsgəndərovdur. DSMF Cəlilabad rayon şöbəsinin nömrə bir əməkdaşıdır. 25 ildir tanıyıram bu adamı. Rayondakı nəki yetim-sağır idarəsi var, hamısının qazanında çömçədi. “Harda aş var, orda başdı”. Başı girməyən yerə burnu ilə yox, ayaqları ilə dürtülər. Həm də ayaqqabısın çıxartmadan. Haram pulun harınlatdığı bu məmurun təkəbbüründən rayonun təpə və dağları sərhəddi pozub İran ərazisinə keçmək istər.

Baş yemək şakəri var. Xaş yox aaa… baş. Tovlayıb yemədiyi baş qalmayıb.

Uzağa getmirəm, elə biri DSMF Cəlilabad rayon şöbəsinin müdiri Cavid İbrahimov. Pərviz İsgəndərov onun başın necə yeyibsə, yazıq müdir Cəlilabad rayonuna düşəndən başını tapa bilmir. Ağıllı adamlar deyirlər ki, ay Cavid müəllim, başını tapmaq istəyirsənsə, ilk növbədə Pərviz İsgəndərovdan canını qurtar. Cavid müəllim də qalıb girinc-giriftar. İşin-gücün bu bol vaxtinda Pərvizi tapmaq olar! Dünyada baş verən iqtisadi böhran da onun işlərini əngəlləyə bilmir. Səsi tez-tez atası Çapar İsgəndərovdan qardaşı Xalid İsgəndərova miras qalmış Cəlilabad rayon Arxiv İdarəsindən gəlir. Bir ayağı Cəlilabad rayon Broyler Fabrikində, digər ayağı Şabanlı kəndindədir. Çünki Pərviz müəllim “xeyirxah” işlərlə məşğuldur.

Hansı və nə kimi “xeyirxah” işlərlə?! Bax bunu, növbəti yazıda biləcəksiniz.

P.S. Xəbər portalımıza daxil olmuş Pərviz İsgəndərovun bir neçə kəndin yüzlərlə sakininin sosial təqaüdünü yeznəsindən ona miras qalmış Sabir adına kolxozun Sovetdən qalma möhürü ilə təsdiqlənmiş saxta arayışlarla əmək təqaüdünə necə çevirməsi, eyni zamanda yanmış broyler fabriki vasitəsi ilə həyata keçirdiyi qanunazidd əməllərlə dövlətə vurduğu milyonlarla ziyanları və digər qandonduran şok korrupsiya faktlarını açıqlayacağıq. Eyni zamanda Pərviz İsgəndərovun sehirli çubuğu ilə sosial təqaüdlərin əmək təqaüdünə qanunsuz yollarla necə çevrilməsini əks etdirən yüzlərlə vətəndaşın adlı siyahılarını təqdim edəcəyik.

Hüsaməddin Əhmədov (Hüsamə bin Sərxan)

İdeologiya.az Cənub, Şirvan bürosu : ( 050 ) 363 06 20 ; ( 070 ) 281 62 12

Özəl xəbərlərdə istinad zəruridir
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı