Oğuzun polis rəisi restoran tikdirdi, fəhlələrin pulunu vermədi-FOTOLAR
Tahir Quliyevin “Qızıl Balıq” restoranında çalışan işçilərə 7250 manat borcu var, pulu ödəməmək üçün onları təhdid etdiyi bildirilir
Oğuzun polis rəisi Tahir Quliyevdən şikayət var. Şikayətçi isə Ucar rayonu, 28 May küçəsi ev 17-də yaşayani Əhmədov İlyas Mirabdulla oğludur.
Ucar sakini redaksiyamıza yazır ki, polkovnik Tahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, onun 7250 manat pulunu mənimsəyib. İlyas Əhmədov iddia edir ki, bu ilin yanvarında polis rəisi Tahir Quliyevə məxsus Bərdə rayonu ərazisində yerləşən "Qızıl balıq" otel-restoranının tikntisinin kafel-metlaq və taxta işləri aparıblar. “5 hektardan çox ərazini əhatə edən həmin otel-restoranda böyük binalar, 15 ədəd kiçik evlər, çoxlu sayda “besedka”ların bütün kafel, metlax və taxta işlərini gördük. Atam, mən və iki qardaşım 6 ay burada gecə-gündüz zəhmət çəkib işlədik. Polis rəisindən pulumuzu istədikdə üstümüzə qışqırıb bizi həbs etdirəcəyi ilə hədələyib, qovdu və pulumuzu vermədi”.
O qeyd edir ki, bu tikinti işi çox geniş olduğundan özləriylə Ucar rayonundan Bərdəyə 10 nəfər fəhlə də aparıblar. “Polis rəisi pullarımızı vermədiyi üçün məcbur olub "Ford" markalı şəxsi avtomobilimizi 5500 manata satıb fəhlələrin pulunun bir hissəsini verdik, bir hissəsi isə qaldı. İndi isə çıxılmaz vəziyyətdə qalmışıq. Çünki fəhlələri biz aparmışdıq, onların pulnu verməliyik, hələ öz zəhmət haqqımızı demirik. Düz 6 ay polis rəisinə möhtəşəm bir otel-restoran inşa etmişik”.
İlyas Əhmədov redaksiyamıza yazdığı şikayət məktubunda bildirib ki, Tahir Quliyev əslən Bərdə rayonundandır və imkanı da çox-çox genişdir. “10.000 başdan çox qoyun sürüsü, Bərdə rayonunda iki böyük quşçuluq broyleri var. Ancaq bu boyda imkanlarının olmasına baxmayaraq, bizim haqqımızı yeyib”
Qeyd edək ki, Tahir Quliyev bundan əvvəl Ucar Rayon Polis Şöbəsinin rəisi işləyib. Bu ilin iyun ayında isə Oğuz RPŞ-yə rəis təyin edilib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı