YAP-ın Şəmkir namizədi haqda şok faktılar – Rüşvət və saxtakarlıqla yüksəliş
Bolge
Oxunub: 1 401
21 sen 2015 | 09:27
YAP-ın Şəmkir namizədi haqda şok faktılar – Rüşvət və saxtakarlıqla yüksəliş

















YAP namizədlərinin siyahısını açıqlayan kimi redaksiyamiza olduqca maraqlı məlumat daxil olub

Hakim partiyanın 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyini irəli sürdüyü Əliyeva Sona Sakit qızı sən demə Rayon İcra hakimiyyətini ictimai – siyasi humanitar məsələlər uzrə müavini imiş. Mənbə bu məqama çatmasına qədərki dövrdə namizəd xanım haqda maraqli faktlar açıb. Belə ki xanim müavin Əhməd Cavad adina orta məktəbdə biologiya müəlliməsi işləyib. Paralel olaraq rayon təhsil idarəsinin müdiri Məcid Şıxlinski Sona Sakitqızını “nəyinsə” (mənbənin iddiasina görə 10000 manat rüşvət alinib) müqabilində işlədiyi təhsil idarəsinə metodist vəzivəsinə işə götürür. 2012-ci ildə ilin ən yaxşı müəlliməsi müsabiqəsində qalib gələrək mükafata layiq görülür.
Maraqlı məqam isə odur ki bu müsabiqədə metodist ishtirak edə bilməz. Elə bu səbəbdəndir ki təhsil şöbəsinin müdirı xanim namizədi bir qədər əvvəl əmrlə işdən çıxararaq müsabiqədən sonra işə bərpa edir. Daha bir maraqlı məqam burasıdır ki, elə həmin ili karyerasında “sürətli” addımlarla irəliləyən Sona xanım Prezident tərəfindən əməkdar müəllimə adi ilə təltif olunur. Və bu işdə də Prezidentə yalan məlumat verilir. Azərbaycan Respublikasında fəxri adlarin verilməsi haqqında Azərbaycan Prezidentinin 22 may 1998-ci ildə imzaladığı 706 sayli fərmana əsasən 20 ildən yuxarı müəllimlik staji olan insanlar bu ada layiq görülə biləcəkləri halda Sona xanım bu ada layiq görüləndə heç 9 il staj sahibi olmayıb. Belə ki 2000-ci ildən müellimə işləyən xanimin 3 övladi var. Doğum tarixləri 2001, 2003 və 2005-ci illərə təsaduf edən əməkdar müəllimənin analıq məzuniyyətlərini də iş stajından çıxsaq mənzərə çılpaqlıgı ilə ortada qalir.
Beləliklə vəzifə pillələrini sürətlə qalxan namizəd xanım 2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunur. Vəzifəyə gələn kimi rayon Gənclər və İdman idarəsinin müdiri Gözəlov Pərvin Teymuraz oğlunu vəzifəsindən azad etdirərək yerinə öz adamı olan İsmayılov Emin Həsən oğlunu təyin etdirir. Yeni müdir də şefi kimi işinə “məsuliyyətlə” başlayır. Belə ki idarənin tabeliyində fəaliyyət göstərən Uşaq və Gənclər İdman məktəbinin məşqçi müəllimlərinin bankdan maaş kartlarının yenisini çıxartdiraraq bu ilin aprel, may, iyun, iyul aylarının maaşlarını hər ay üçün 5000 olmaqla 20000 manat bankomatdan götürür. Müəllimlərin və özunun həyat yoldaşının şikayəti əsasinda Şəmkir şəhər prokurorluğunda barəsində cinayət işi qaldırılır. Emin müəllim kollektivdə boynuna almasa da istintaqa ifadəsində tərəfindən bankomatlardan götürdüyü 20000 manatın 15000 manatını Sona Əliyevaya verdiyini etiraf edir. Sona xanimin haqqında cinayət əməli bununla bitmir. Qardaşı Əliyev Asəf törətdiyi xuliqanlıq əməlinə görə Şəmkir rayon Məhkəməsinin qərarı ilə 3 gün azadlıqdan məhrum edilsə də bu yuxarı dairələrdən, o cümlədən prezident aparatından gizlədilir. Sona xanımın bütün bunlara rəğmən hakim partiyanin siyahısına düşməsinin sirri isə İH dəhlizlərində tamamilə başqa cür yozulur. Xanim namizədin saatlarla İcra Hakimiyyəti başcısının kabinetindən çıxmamasının sirrinin yekunda onu hakim partiyanin namizədinə cevrəcəyini agıllarina belə gətirməyən icra məmurlari bu gün də hesab edirlər ki, İH başçsı Alimpaşa Məmmədov onu bu vəzifəyə təyin etdirən Fazil Məmmədovu da aldadır. Xanımın adının hansısa müəmmalı yollarla YAP-in namizədləri sırasına salınmasının sirri də onu məşhurlaşdıraraq yaxınlarda onu izləyəcəyi ehtimal olunan cinayət təqibindən xilas etməkdir. Hər halda prokurorluq orqanları YAP-ın rəsmi namizədinin haqqında cinayət işi başlatmağa cəsarət etməzlər. Bundan əlavə payonun bir neçə orta məktəbinin müəllimləri bu namizədə etiraz olaraq Prezident aparatı qarşısında aksiya keçirəcəkləri bildirilir.(elchi.az)
Qarşı tərəfin faktlarla bağlı fikirlərini dərc etməyə haziriq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı