Yevlax MERO-sunun müfəttişi nə işlə məşğuldur?

Yelmar Həsənov vətəndaşları incitməklə özünə böyük sərvət toplayıb
Ucar rayonu 20 Yanvar küçəsi ev 20 sakini Purqafari Azər Ələsgər oğlu qəzetimizin elektron poçtuna şikayət məktubu göndərib. Vətəndaş deyir ki, camaat arasında MERO kimi tanınan Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis kapitanı Yelmar Həsənov 62 manat dövlət rüsumu olan avtomobilin öz adından başqa şəxsin adına qeydiyyata aldırması üçün ondan 200 manat alıb: "Bunu sübut edən videoçəkiliş də var. Bunu şikayət ərizəmizi araşdıracaq hüquq mühafizə orqanına təqdim edəcəyik.
Belə ki, mənə məxsus olan "Mersedes BENZ" C 180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilimi Ucar rayon sakini Xəlilov Hüseyn İslam oğluna satdım və onun adına qeydiyyata aldırmaq üçün 15 sentyabr 2015-ci il tarixdə Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə getdik. Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov bizə bildirdi ki, avtomobiliniz bankda girovdadır. "Bunun xərci çoxdur" deyib bizdən 230 manat istədi. Pulumuzun az olmasını 15 manat da yol pulu saxlamaq lazım olacağını dedikdən sonra ona 200 manat verdik. Bu pulu alıb bizə minnət də qoyub dedi ki, 200 manata həm avtomobilin qeydiyyatını dəyişdim, həm də texniki baxış etdim. Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunu da deyib onu kassaya ödətdirdi. Bütün bu prosesləri videolentə aldıq ki, bu vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər. Çünki Yelmar Həsənov orada 6 nömrəli kabinetdə oturub bu minvalla camaatın "problemlərini” həll edir. Hər gün külli miqdarda pul qazanır.Yeddi rayonu əhatə edən Yevlax RQİ və TBŞ-yə hər gün yüzlərlə insan gəlir. Onlar bu formada incidilir.
Deyirlər ki, Yelmar Həsənovun 100.000 manatdan baha olan avtomobili, Heydər Əliyev sarayının arxa hissəsində böyük "şadlıq sarayı", "kafesi", "min bir xırdavat magazasi", birdə böyük "ərzaq mağazasi" var. Görəsən bütün bunlar hansı puldandır? Texpasport 130 manata dəyişilir, nömrələr baha satılır, texniki baxış 60 manat və s. Bu da onu göstərir ki, dövlətin ayırdığı vəsaitə baxmayaraq Yelmar Həsənov daha çox pul qazanmaq üçün camaatı soğan qabığı kimi soyur. Ancaq hesablansa, onun özünün gün ərzində 6 nömrəli kabinetdə qazandıqlarının miqdarı həmin obyektlərin qazancından qat-qat çoxdur. Bunu onun kabinetinin qarşısında növbəyə duran insanların sayı ilə hesablamaq kifayətdir. Biz bu cinayət faktı barədə prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşər Nazirliyinə və digər aidiyyətı orqanlara şikayət ərizələri ilə müraciət edəcəyik. Əlimdə olan görüntüləri də aidiyyəti orqanlara təqdim edəcəm. Bu şəxsin fəaliyyətinin araşdırılıb tədbir görülməsində zərurət var". Məsələyə qarşı tərəflə aydınlıq gətirmək istəsək də, cəhdlərimiz nəticə vermədi. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəis müavini Mədət müəllim zənglərimizə cavab vermədi. İnanırıq ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi qanunları pozan şəxslə bağlı ölçü götürəcək.
Qarşı tərəfi də dinləyə bilərik.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı