Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Bolge
Oxunub: 1 221
2 sen 2015 | 09:30
Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi

















Axı, hər iki şəhid xalqımızın yaxın tarixidir, millətimizin qürür hissidir! Bu belə olduğu halda, görəsən Yusif Əzizovun “bezpredel” idarəçiliyinə, şəhid ruhuna, şəhid adını daşıyan küçəyə bəslədiyi sayğısızlığa nə ad vermək olar?

Ölkə əhalisinin sosial problemlərinin aradan qaldırılması, lazımi təminatlarının ödənilməsi, hüquq və azadlıqlarının qorunması və digər əhəmiyyət kəsb edən məsələlərin həlli, bu gün də dövlət hakimiyyət orqanlarının qarşısında duran mühüm vəzifələrdəndir. Belə bir məsələlərin həlli, hər şeydən öncə vəzifə sahiblərinin üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlmələrindən, şərəfli vətəndaş adını necə doğrultmalarından çox asılıdır.

Hal-hazırda əksəriyyətin nəzər-diqqəti daha çox bölgələrə yönəldiyindən, şəhər və rayonlarda yaşanan ab-havanın varlığı, vəzifə sahiblərinin sıravi sakinlərə qarşı münasibətləri, problemlərin həllinə yanaşmaları və.s kimi məsələlər də, olduqca əhəmiyyət daşımaqdadır. Bəzi hallarda isə ayrı-ayrı vəzifə sahiblərinin atdıqları ötkəm addımlar, bir kimsəni saya salmamaları, sıravi vətəndaşlara bəslədikləri aşağılayıcı münasibətləri isə, çox zaman əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilir.

Məsələn, bir neçə gün bundan öncə redaksiyamıza şikayət ərizəsi ünvanlayan Yevlax şəhər sakinlərinin əsas narazılıqları, şəhərin Kommunal Təsərrüfatı İstesalat Birliyinin rəhbəri Yusif Əzizovun “bezpredel” idarəçiliyindəndir. Onlar yazdıqları ərizələrində bildirirlər ki, “bizim yaşadığımız küçə, Qarabağ müharibəsində dünyasını dəyişən şəhid Baxşəli İmanovun adını daşıyır. Həmişə görmüşük ki, şəhid adını daşıyan küçələrin təmizliyinə aidiyyəti qurumlar tərəfindən daim diqqət yetirilir, əmələ gələn problemlər isə qısa zaman kəsiyində aradan da qaldırılır. Amma, yaşadığımız küçədə hər şey tərsinə baş verir. Belə ki, küçədən keçən kanalizasiya boru xətləri uzun müddətdir ki, tutulduğundan çirkli sular aşıb daşır, ətrafı isti yay günlərində üfunət iyi bürüyür. Dəfələrlə şəhərin KTİB-nin rəhbəri Yusif Əzizova və onun tabeçiliyində olanlara, problemlərin həlli məqsədilə müraciətlər etsək də, nədənsə dərdimizə bir əlac edən tapılmır ki, tapılmır. Səbəb isə, qeyd olunan qrum rəhbərlərinin öz ampulasında olmaları olur. Hətta bu azmış kimi, şəhərin yol polisi şöbəsinin arxa hissəsində yerləşən şəhid İlqar Dəmirovun adını daşıyan küçə də, oxşar problemləri yaşamaqdadır. İndi fikir verin, yayın bu isti günlərində baş alıb gedən üfunətin iyinə necə dözmək olar?”

Sözsüz ki, belə bir açıqlamalar şəhər sakinlərinə məxsus olduğundan hələlik bir söz deyə bilmərik. Deyəcəyimiz söz yalnız o olacaq ki, canını Vətən yolunda fəda edən və şəhidlik

zirvəsinə ucalan hər iki şəhidin adını daşıyan küçənin problemlər məngənəsində boğulması olduqca faciədir. Axı, hər iki şəhid xalqımızın yaxın tarixidir, millətimizin qürür hissidir! Bu belə olduğu halda, görəsən Yusif Əzizovun “bezpredel” idarəçiliyinə, şəhid ruhuna, şəhid adını daşıyan küçəyə bəslədiyi sayğısızlığa nə ad vermək olar? Bəyəm, həmin küçələrdə kanalizasiya boru xətlərini qaydaya salmaq o qədərmi çətin məsələdir? Hətta, “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, qeyd olunan küçələrdə əmələ gələn problemlər barədə bir neçə dəfə yerli televiziya kanallarında reportajlar verilsə də, şəhid adını daşıyan küçələrdə problemlər həllini tapmır ki, tapmır.

Diqqəti cəlb edən hal odur ki, hələlik adının çəkilməsini istəmədiyimiz bir KİV nümayəndəsi, problemin varlığı ilə bağlı Yusif müəllimə telefon zəngi edərkən “ mən şəhid-filan tanımıram, siz nəsə yazmaqla məni işdən çıxara biləcəksiniz? Bilin və başa düşün ki, məni bu vəzifəyə cənab Elmar Vəliyev təyin edib, odur ki, bir kimsədən nə qorxuram, nədə ki, çəkinirəm” deməsi, olduqca müzakirəyə ehtiyacı olan bir açıqlamadır. Hələ bu azmış kimi, onun KİV nümayəndəsinə “xox” gəlməsi də, heç də diqqətdən kənarda qalmır. “Gedin işinizlə məşğul olun, müxbirsiz, kimsiz bilmirəm, mən işdə deyiləm vso” deyib mətləbdən yayınması, bir daha onu sübut etməyə əsas verir ki, KTİB-nin rəhbəri şəhid adını daşıyan küçənin problemlərinə biganə yanaşan, birbaşa sayğısızlıq göstərən vəzifə sahibidir. Əslində Yusif müəllimin problemlərin həllinə belə bir formada yanaşması, nəinki sakinlərə, hətta şəhidlərin ruhuna da edilmiş hörmətsizlik kimi qiymətləndirilməlidir.

Onun belə bir açıqlamasından sonra çox götür-qoy etdik ki, axı Yusif Əzozov niyə belə bir yanaşma nümayiş etdirməli və Elmar Vəliyevin adını da xüsusi vurğulamalıdır? Axı, bu gün şəhər və rayon rəhbərləri içərisində Elmar müəllim qurucu və yenilikçi vəzifə sahibi olaraq xüsusi ad çıxarıb. Çünki, Gəncənin son 3-4 il ərzində dəyişən siması, hər kəsdə belə bir qənaətin formalaşmasına da səbəb olub. Bu belə olduğu halda biz heç cür inana bilmərik ki, Yusif Əzizovun vəzifə təyinatında bəlkə də rol oynamış Elmar Vəliyev, onun qol qoyduğu qanunsuzluq əməllərinə hansısa formada dəstək versin.

P.S. Şəhid adını daşıyan küçələrdə yaşanan ab-havanın varlığını diqqətdə saxlayıb, yaxın günlərdə daha geniş açıqlamalarla çıxış edəcəyik.

Mirzə


Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Yevlaxda idarə rəhbəri jurnalistə “xox” gəldi
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"