İcra başçısı ilə bağlı şok iddia: Qardaşı oğlu Olimpiya Kompleksində qumarxana açıb?

Mübariz Ağayevin qardaşı oğlu hələ keçmiş icra başçısı Mənsur Məmmədovun vaxtında da Kompleksdə özbaşınalıq edib
Göyçayın icra başçısının qardaşı oğlu Olimpiya İdman Kompleksinin bir çox otaqlarda dostları və "özəl" qonaqları üçün qumarxana yaratdığı iddia olunur.
Uzun müddətdir ki, ölkədə məmur övladlarının və qohumlarının özbaşınalığı əsas problemlərdən birinə çevrilib. Hətta bu məsələ ölkə başçısı səviyyəsində də müzakirə olundu, bir sıra məmurlar və övladları cəzalandırıldı. Amma buna baxmayaraq, bəzi məmurlar hələ də nəticə çıxarmırlar.
Bu günlərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qohumları, xüsusən də, məmur qardaşı oğlu ilə bağlı ilginc iddia ortaya çıxıb.
Rayondan AzMedia.info-ya daxil olan məlumata görə Mübariz Ağayevin qardaşı oğlu rayon Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində çalışır. O, kompleksdə rəhbər olduğu vaxtdan burada qanunsuzluqlar baş alıb gedir. Belə ki, rayondakı Olimpiya Kompleksinin zalları müxtəlif şəxslərə icarəyə verilib. Pulsuz məşq etməli olan idmançılardan belə, hər ay pul tələb olunur.
Mənbə bildirir ki, o, hələ keçmiş icra başçısı Mənsur Məmmədovun vaxtında da Kompleksdə özbaşınalıq edib. Ancaq rayon icra başçısı Mübariz Ağayev gələndən sonra sanki kompleks onun şəxsi obyektinə çevrilib və buradan öz mülkiyyəti kimi istifadə edir.
İddia olunur ki, icra başçısının qardaşı oğlu kompleksdəki idman zallarını ayrı-ayrı sahibkaralara icarəyə verərək bu yolla pul qazanır. Kompleksin böyük zallarını bölərək sauna kimi işlədən icra başçısının qardaşı oğlu ilə və burda baş alıb gedən əxlaqsızlıqla bağlı bir neçə dəfə aidiyyatı orqanlara şikayət edilsə də, sonda heç bir nəticə əldə olunmayıb.
Mənbə iddia edir ki, Mübariz Ağayevin qardaşı oğlu bir çox otaqlarda dostları və "özəl" qonaqları üçün qumarxana yaradıb. Həmin qumarxanalarda demək olar ki, hər gün gecələr Göyçay rayonunda məmur işləyən şəxslərin övladları əylənir, müxtəlif qumar oyunları ilə məşğul olurlar.
Qeyd edək ki, Göyçay Olimpiya İdman Kompleksi 2010-cu il fevralın 12-də istifadəyə verilib. Burada stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun inzibati binası da müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 15 metrdir. Burada sauna və digər yardımçı otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və məşqçi otaqları yaradılıb. Kompleksdə tennis kortları, mini-futbol, voleybol və digər idman növləri üzrə meydançalar və eləcə də futbol stadionu inşa edilib. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 55 nəfərlik ikimərtəbəli mehmanxana və iki kottec tikilib.
Müasir avadanlıqla təchiz edilmiş trenajor zallarında, böyük zalın tamaşaçı tutumu 635 nəfərdir. Üzgüçülük hovuzunda isə yarışların gedişini 252 tamaşaçı izləyə bilər.
Yazıdakı iddialarla bağlı sözügedən şəxslərin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (AzMedia.info)
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı