Laçın səhiyyəsinin durumuna ağlayan gərək...
.jpg)
Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində Laçın Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallardan bəhs edən materiallardan bəhs olunur
Qeyd etməliyik ki, bu xüsusda aldığımız məlumatlarda Laçın səhiyyəsində yaranmış arzuolunmaz duruma görə məhz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun məsuliyyət daşımalı olduğu bildirilir. Artıq qeyd olunduğu kimi, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanası müvəqqəti olaraq Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşir. RMX-nın tabeliyində isə, 18 xəstəxana, 19 ambulator poliklinika, 83 feldşer məntəqəsi və 1 təcili tibb yardım məntəqəsi fəaliyyət göstərir. Artıq dəfələrlə qeyd olunduğu kimi, aldığımız açıqlamalarda vətəndaşların xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında yol verilən maxinasiyaların olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çox olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır. Məlumatlarda qeyd olunur ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Aldığımız məlumatlarda vurğulanır ki, Laçın RMX-nın tam funksional fəaliyyət göstərə bilməsi üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüş, rayonun ümumilikdə səhiyyə sisteminin inkişafı isə bu gün də ölkə rəhbərliyinin diqqətində saxlanılan məsələlərdəndir. Lakin təəssüflər olsun ki, bütün bu tədbirlər və göstərilən dövlət qayğısı hazırda Laçın səhiyyəsinə rəhbərlik edən, RMX-nın baş həkimi Rauf İsfəndiyarov tərəfindən heç də düzgün qiymətləndirilmir. Nəticədə isə öz ata-baba yurdlarından məcburi köçkün düşmüş vətəndaşlarımız tibbi xidmətlərdən yetərincə yararlana bilmirlər. Daxil olan məlumatlarda vurğulanır ki, baş həkim ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, sərəncamında olan resurs və imkanlardan daha çox öz şəxsi mənfəəti naminə yararlanmağa üstünlük verir. Açıqlamalarda Laçın səhiyyəsinə ayrılan dövlət vəsaitlərinin də RMX rəhbərliyi tərəfindən mənmsənildiyi bildirilir. Yayılan məlumata görə, Rayon Mərkəzi Xəstəxanasına təkcə ötən ildə satınalmalarla bağlı 120 min manat və rayonun daxili büdcəsindən isə 250 min manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər isə adı olub özü olmayan tibb məntəqələrinin cari təmiri adı altında silinərək mənimsənilib. Qeyd edək ki, qəzetimizin ötən saylarında da respublikanın bəzi rayonlarında səhiyyə sisteminin bu sahəyə rəhbərlik edən şəxslər tərəfindən son dərəcə acınacaqlı vəziyyətə gətirilməsindən bəhs edən materiallar dərc olunmuşdu. Həmçinin son vaxtlar bir çox rayon mərkəzi xəstəxanalarının fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. Bu materiallarda vurğulanan əsas məqamlardan biri də bundan ibarətdir ki, bu gün ölkəmizdə dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Həm də xüsusilə pul mövzusuna gəlincə, bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Redaksiyamıza daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, Laçın rayonunun səhiyyə sistemində də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun qoyduğu qayda və qanunlar, bu sahədə dövlət qanunlarından daha işləkdir... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu