Mingəçevir polis bölməsindəki intiharla bağlı – YENİ TƏFƏRRÜATLAR
“O, divardan 6 metr uzaq məsafəyə düşüb”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubova müraciət edəcək.
Bu barədə AzVision.az-a hüquq müdafiəçisi özü məlumat verib.
E.Behbudov bildirib ki, nazirə ünvanlandığı müraciət polis idarələrindəki saxlanma məntəqlərində pəncərələrə dəmir barmaqlıqların quraşdırılması ilə bağlıdır.
Onun sözlərinə görə, Mingəçevirdə baş verən intihar hadisəsindən sonra bu məsələyə diqqət yetirilməlidir.
Polis bölmələrində nəzarətin gücləndirilməsi ilə bağlı nazirə müraciət etmək istədiyini deyən E.Behbudov Mingəçevir sakini Bəhruz Hacıyevinin polis şöbəsində intihar etməsinin səbəblərini araşdırıb.
“Müavinim Elçin Şirinov və köməkçim Nizaməddin Rüstəmovla birlikdə Bəhruz Hacıyevin Mingəcevir Polis Şöbəsinin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsinin səbələrini araşdırdıq. İlk olaraq intihar edən şəxsin əmisi və atası ilə görüşdüm. Onlardan şikayətlərini soruşdum. Bildirdilər ki, şikayətlərindən biri odur ki, əməliyyatçı niyə Bəhruzun həmin idarədə təkbaşına qalmasına şərait yaradıb?
Onlardan soruşdum ki, cəsədin üzərində, əllərində, qollarında işgəncə əlamətləri var idi? Onlar isə bildirdilər ki, Bəhruzun əlində, ayağında heç bir iz olmayıb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, ailəsi Bəhruzun saat və telefonunun yoxa çıxdığını iddia edir.
“Monitorinq zamanı Bəhruz özünü atan otağa baxış keçirdim. Otaq çox balacadır. Pəncərələri də kiçikdir. Əgər Bəhruzu oradan itələsəydilər, divarın dibinə düşərdi. Amma o, divardan 6 metr uzaq məsafəyə düşüb.
Hadisə ilə əlaqədar həmin polis idarəsinin rəisi Ələsgər Bədəlovla görüşdüm. Ondan soruşdum ki, sizdə elektroşokerlər varmı? Rəis bildirdi ki, həmin cihazları təzə alıblar. Daha sonra cihazlara baxış keçirdik. Məlum oldu ki, həmin cihazların heç birinə toxunulmayıb və üzərlərində olan möhürlər də şökülməyib. Rəis dedi ki, onların əllərində Bəhruzun şöbəyə daxil olmasın əks etdirən videogörüntülər var. Bəhruz otağa çıxdıqdan 6 dəqiqə sonra özünü atıb.
Araşdırma zamanı işi aparan baş müstəntiq Qurban Səfərovla telefon əlaqəsi saxladım. O bildirdi ki, müstəntiq Şahlar Şahlarzadənin Bəhruzu kabinetdə nəzarətsiz qoyduğu üçün günahkardır. O, hal şahidlərini qəbul edib və üzərlərinə baxış keçirməyib. Şübhəli şəxsi dindirən zaman vəkili çağırmayıb.
Daha sonra məlum hadisə ilə əlaqədar saxlanılan 16 nəfərə də baş çəkdik. Onlar polisə müqavimət göstərdikləri üçün həbs olunublar”.
Qeyd edək ki, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb.
Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu