Zərdabda 1500 manat qalmaqalı-İDDİA
Bolge
Oxunub: 1 627
26 avq 2015 | 07:05
Zərdabda 1500 manat qalmaqalı-İDDİA














Lütfəli Babayevin adından alınmış 1500 manat pul icra başçısı ilə Azərpoçt rəhbəri arasında toqquşmaya gətirib çıxarıb

Zardab rayonunda icra başçısının adı hallanan qalmaqal baş verib. Redaksiyamıza məlumat verən rayon sakinlərinin bildirdiyinə görə, qalmaqala səbəb Poçt Şöbəsinin sabiq müdiri Şəmsi Əhmədovun 1500 manat alaraq, başqa birini işə götürməsidir.

Həmin məlumatda iddia olunur ki, Ş.Əhmədov işdən çıxardığı Sahib adlı inkassatorun yerinə Ruslan adlı şəxsi gətirib. Və ondan icra başçısı Lütfəli Babayevə verəcəyi adı ilə 1500 manat pul alıb. «Lakin Sahib məhkəmə yolu ilə işinə qayıdıb. Ruslanı isə məcbur olub işdən çıxarıblar. İndi Ruslan da pulunu tələb edir».

Məlumatı verənlər qeyd edirlər ki, məsələ artıq Zərdabın icra başçısına qədər gedib çıxıb. «Həmin vaxt Lütfəli Babayev Şəmsi vasitəsi ilə Ruslana xəbər göndərib ki, pul ona deyil, Azərpoçtun rəhbəri Qənbər Bəybalayevə verilib və pulunu da ondan alsın».

Redaksiyamıza məlumatı verən şəxslər iddia edirlər ki, icra başçısının Azərpoçtun rəhbərinin adını ortalıqda hallandırması səbəbsiz deyil. Belə ki, Şəmsi Əhmədovu işdən çıxarıldıqdan sonra onun yerinə Romil Nəcəfovu gətirmək istəyən Lütfəli Babayev istəyinə nail olmayıb. «Qənbər Bəybalayev Romili yaxşı tanıdığından onun təqdimatını qəbul etməyib. Bu da Lütfəli Babayevin xoşuna gəlməyib. Ona görə də, poçtda hər hansı bir problem yarandığı təqdirdə, Bəybalayevin adını hallandırır. Maraqlıdır ki, artıq tərəflər dolayı yollarla bir birlərini ittiham edirlər. Hətta Qənbər Bəybalayev Lütfəli Babayevə xəbər göndərib ki, onun Zərdab poçtuna təqdimat verdiyi iki şəxsin hansı əməl sahibi olmasından xəbərdardır və bir daha bu təqdimatlara baxmayacaq».

Məsələdə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Dünən, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Dünən, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Dünən, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Dünən, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dünən, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini