Şəkidə 7 nəfərlik ailə Suriyaya necə gedib? - TƏFƏRRÜAT
Bolge
Oxunub: 1 716
22 avq 2015 | 08:51
Şəkidə 7 nəfərlik ailə Suriyaya necə gedib? - TƏFƏRRÜAT






















“İndi də peşman olub, geri götürmək istəyir”

Şəkidə bir ailənin 7 üzvünün Türkiyədə yaşamaq adı ilə Suriyaya getməsinin təfərrüatı üzə çıxıb.

Azerinfo.az Axar.az-a istinadən xəbər verir ki, rayonun Cuma kənd sakini olan Rövşən Səfərov bu il mayın 12-də ailəsini götürərək ölkəni tərk edib.

Onlara gedişdə kömək göstərən qardaşı Elnur Səfərov isə Şəkidə həbs olunub. Onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir.

R.Səfərovla birlikdə həyat yoldaşı Vüsalə Səfərova, qızları - Dünya, Dərya, Damla və Dina da gediblər. Onlara Rövşənin anası Firəngiz Səfərova da qoşulub. Bu ailənin ölkədən getməsində evin kiçik oğlu - Elnur Səfərov iştirak edib. Elnur şəxsi avtomobili ilə onları Gürcüstana aparıb, oradan Türkiyəyə yollanıblar. Özü isə Şəkiyə qayıdıb.

Atası Səlim Səfərovun dediyinə görə, ailə üzvləri Sakarya şəhərinə gediblər:

“Mayın 12-dən telefon bağlantımız olmayıb. Bir dəfə Rövşən Vatsapla səsini göndərib ki, çatmışıq. Onların getməyinə razı deyildim. Mənə də təklif etdilər ki, gedək Türkiyədə yaşayaq, istəmədim.

Rövşən anasını da apardı ki, ilk vaxtlarda uşaqlara baxmaq çətin olacaq, köməklik etsin, sonra qayıdar. Türkiyədə dostu Seymur var. Rövşənə deyirmiş ki, burda mədrəsələr var, uşaqları oxumağa qoyarsan, məscidlər çoxdur. Rövşən də, Elnur da namaz qılandırlar. Onlar tez-tez dini müzakirələr aparırdılar”.

S.Səfərov şübhələnir ki, ailəsi Suriyaya gedib:

“Belə təxminimiz var, gələn məlumatlar da belə deyir. Ancaq heç bir əlaqə qura bilməmişik ki, yerini dəqiq öyrənim.

Üç ay, səkkiz gündür ki, xəbər tuta bilmirəm. Elnur onları Tiflisə aparıb. Rövşənin qayınanası Sona Hüsnəliyeva da ondan polisə şikayət edib ki, onları sən Suriyaya göndərmisən. Əlində heç bir fakt olmadan şikayət ərizəsi verib, indi də peşman olub, geri götürmək istəyir. Rövşəngil mayın 12-də gedib. Elnuru isə 2 ay sonra - iyulun 12-də tutublar.

Ona narkotik ittihamı verilib. Şəkinin İstintaq Təcridxanasında saxlanılır. Elnur Sonaya deyirdi ki, öz maşını ilə aparmasa, özləri də Türkiyəyə gedə bilərdilər”.

S.Səfərovun sözlərinə görə, oğlu Rövşən 2008-ci ildə Bakıdakı “Sədərək” yarmarkasında ticarətlə məşğul olub:

“Hətta ticarət məqsədilə dəfələrlə Suriyanın Dəməşq, Hələb şəhərlərinə gedib-gəlib. Övladlarımızın heç vaxt dini sektalarla əlaqəsi olmayıb. Rövşən həmişə istəyirdi ki, uşaqları Türkiyəyə aparsın, orda mədrəsədə təhsil alsınlar”.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu