İcra başçısı sahibkarları rayondan qaçaq salıb
Bolge
Oxunub: 1 347
20 avq 2015 | 10:31
İcra başçısı sahibkarları rayondan qaçaq salıb

















Keçmiş Dəvəçi, hazırda Şabran adlanan rayon münbit torpaqları, meşələri, meyvə bağları, zəngin faunası ilə fərqlənir

Rayonun ərazisində Qalaaltı kimi istirahət mərkəzləri və digər müalicəvi obyektlər var. Bir sözlə, Uca Allah Şabrandan və şabranlılardan heç nəyi əsirgəməyib. Yəni camaatın təbiət sarıdan bəxti gətirib. Bu boyda zənginliyin qarşılığında şabranlıların icra başçısı sarıdan bəxti gətirməyib. Bir çox kütləvi informasiya vasitələrinin yazdığına görə 10 ilə yaxındır ki, rayona başçılıq edən Novruz Novruzov rayonda talamadığı yer qoymayıb. Əmək fəaliyyətinə kitabxanaçı kimi başlayan, sonra “komsomol” işiçisi olan Novruz Novruzov bir neçə rayonda, daha dəqiq desək, əvvəllər Lerikdə və Goranboyda icra başçısı işləyib. Sonra gəlib çıxıb Şabrana. Əvvəllər rayonda xırda və orta sahibkarlıq xeyli inkişaf eləmişdi. Novruz Novruzov rayona başçı təyin olunan kimi yazıq sahibkarlara o qədər “vergi-töycü” qoydu ki, hamının işdən əli soyudu, bəzi sahibkarlar isə rayondan qaçaq düşdülər. Sahibkarlardan tələb olunan rüşvət heç bir əndazəyə sığımır. Razılaşmayanların obyektləri yerlə-yeksan etdirilir. İcra başçısı sahibkarlara qarşı hətta yolverilməz metodlardan da istiifadə edir. Belə məqamlarda zərif cinsin nümayəndələri də icra başçısının köməyinə çatır. (musavat.com) Məlumdur ki, rayonda xeyli münbit sahələr vətəndaşlar tərəfindən meyvə bağları kimi istifadə olunur.

Bu işdə ölkə başçısının sahibkarlara dəstək verməsi və bu dili “Kənd təsərrüfatı ili” elan etməsi və digər atılan mühüm addımlar nədənsə Şabranda öz nəticəsini vermir. Çünki icra başçısı üçün vacib olan dövlətin maraqları deyil, məhz öz cibidir. İcra başçısı öz cibi üçün hətta sahibkarları, iş adamlarını şərlədib “içəri” də saldıra bilir. Vəziyyət o dərəcədə dözülməzdir ki, Novruz Novruzov icra başçısı təyin olunanadək normal işləyən ticarət obyektləri bağlanıb. Çünki o qədər “şapka” tələb olunur ki, iş adamları işləmək istəmirlər. Bəzi iş adamlarının isə ümidi dövlət rəhbərlərinə teleqram vurmağa çatır. İcra başçısı isə o qədər həddini aşıb ki, iş adamlarına deyir ki, hara şikayət etsəniz də sonda mənə gələcək. İcra başçısı yüz hektarlarla meşə ərazilərini zəbt edərək orada heyvan saxlatdırır. Hər təpədə icra başçısının fermaları var. İcra başçısı rayon mərkəzindəki keçmiş idarələrin ərazisini zəbt edərək özəlləşdirib. Rayonun abadlaşdırılması üçün dövlətin ayırdığı milyonları mənimsəyən icra başçısı, sonra abadlaşdırma işlərini sahibkarların boynuna qoyur. (musavat.com) İcra başçısının rayonda böyük camışçılıq təsərrüfatı var. İcra başçısı eyni zamanda öz müavini ilə birlikdə Qalaaltı kurortunun ərazisini özlərinin əsas biznes yerinə çeviriblər. Burada villalar, kotteclər tikərək baha qiymətə məmurlara satırlar. İcra başçısı Novruz Novruzov ərazidə 40-dan çox villa stilli evlər tikib. İcra başçısının müavini də Novruz Novruzovdan geri qalmır onun da təxminən 20 dən çox villa tipli evi var və bu evlərin qiyməti 60 min manatdan 150 min manata kimi dəyişir.(pia.az)
Nopvruz Novruzovun Qalaltı ərazisində bir neçə İstirahət Mərkəzi də mövcuddur və bu İstirahət Mərkəzlərində çoxlu sayda kotteclər var. Bu kotteclərin gündəlik kirayəsi 80 manatdan başlayır. Novruz Novruzov Şabranda topladığı var-dövlətinin bir hissəsini də paytaxt Bakıya və doğulduğu Lerik rayonuna köçürüb. Belə ki, icra başçısı Bakının Badamdar qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villa inşa etdirib .(pia.az) Həmçinin şəhərin müxtəlif yerlərində yeni inşa edilən binalarda çoxlu sayda ev alıb. Mənbə qeyd edir ki, Novruz Novruzov bir vaxtlar rayonun Udulu deyilən ərazisində yüz hektarlarla torpaq sahələrini icarəyə götürüb qoyunçuluq təsərrüfatları yaratmışdı. (musavat.com)Hətta Şabran sakinləri Novruz Novruzovun ölkə başçısına həqiqətə uyğun olmayan məlumat verməyi ilə bağlı da mətbuata müraciət ünvanlayıblar. Şabran sakinləri qeyd edir ki, Şabran Rayon İcra Hakimiyyəti başçısının ilin yekunları ilə bağlı dedikləri öz təsdiqini tapmır.

İcra başçısı deyir ki, yüzlərlə iş yeri açıb, küçələri abadlaşdırıb. Bəs, biz şabranlılar niyə həmin abad küçələri görmürük..? Şabran sakinləri qeyd edir ki, ölkə başçısına düzgün olmayan məlumat vermək vətənə xəyanət etmək kimi bir cinayətdir. Sonda onu da qeyd edək ki, rayondakı kənd təsərrüfatı təyinatlı torpaqlardan tam başqa məqsədlər üçün istifadə edilir. Məlumdur ki, ölkə başçısı 2015-ci li “Kənd təsərrüfatı ili” elan edib. Qafqaz Xəbər Agentliyi bildirir ki, Şabran icra hakimiyyətinin rəhbərliyi isə bu qərara zidd olaraq iş adamlarının rayonda kənd təsərrüfatı ilə məşğul olmasına mane olur. İcra hakimiyyətinin rəhbərliyi rayondakı münbit torpaqları ancaq öz qohumlarına uzun müddətə icarəyə verir. Başqa iş adamlarına vermir ki, qohumları üçün rəqib olmasın. Rayonda rəqabət mühiti olmadığı üçün bu qohumlar camaatı qul əvəzinə işlədir və onlara ayda 100-120 manat əmək haqqı verirlər. Bir sözlə, Şabranda ədalətsizlik, haqsızlıq, zülm ərşə dirənib. Yəqin ki, möhtərəm Prezidentimiz belə özbaşınalığın davam etməsinə imkan verməyəcək və Şabran camaatını yaşadıqları zülmdən azad edəcək.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu