Tərtərin polis rəisindən prezidentə rüşvət şikayəti

Tərtər rayonu V.Hüseynov küçəsi, ev 11 ünvanında yaşayan sahibkar Musayev Kənan Hacı oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sensasion müraciət ünvanlayıb
Vətəndaş müraciətində Tərtər rayon Polis İdraəsinin rəisi Rauf Məcidovdan şikayət edir.
Onun müraciətini olduğu kimi təqdim edirik:
“Cənab Prezident, yazıb sizə bildirirəm ki, mən evimin qarşısında qanuni şəkildə tikdirdiyim mağazada kicik sahibkarlıqla məşğul oluram. 2015-ci il mart ayının sonlarında rəis müavini Nəbi Məmmədov mənə zəng etdi və mağazanın qarşısında görüşdük. O, mənə bildirdi ki, rəisə 3000 AZN hörmət etmək lazımdır. Mən ona bildirən də ki, heç bir cinayətim olmadığı halda, nəyə görə rəisə pul verməliyəm? Nəbi müəllim mənə bildirdi ki, bilmirsən iki mərtəbəli mağaza işlədəndə rəis səndən pul istəyəcək? Mən ona bildirdim ki, sizə veriləsi pulum yoxdur. O isə gedərkən mənə: “Onda buralardan köç get, səni ilişdirəcəklər, – dedi. Bu hadisədən təxminən 3-4 gün sonra baş əməliyyat müvəkkili Natiq Mirzəyev mağazanı şərik işlətdiyim Sənan adlı şəxsi çayxanada görərək ondan mənə xəbər yollayıb. Deyib ki, Kənana de, mənimlə görüşsün, rəisin hörmətini eləmək lazımdır, yoxsa onun üçün yaxşı olmayacaq. Mən Natiq Mirzəyevə zəng edərək onunla mağazanın qarşısında görüşdüm, cox mübahisə edəndən sonra Natiq mənə bildirdi ki, onsuz da rəisə pul verməsən, atan 1949-cu ildə Ermənistandan deportasiya olunduğu kimi səni də Tərtərdən deportasiya edəcəyik.
Cənab Prezident, dəfələrlə DİN-nə məktub yazandan sonra Ramil Usubov cənabları 30.05.2015-ci il tarixdə Bərdə şəhərində şikayətçiləri qəbul edərkən məni də qəbul etdi. Mən orada başıma gələn hadisəni cənab nazirə danışdım və dedim ki, bunları təsdiq edən telefon danışığı olan disk var. Həmin diskdə Nəbi Məmmədov məndən pul istəməyini təsdiq edir. Nazir məndən diski götürmədi, rəisə isə dedi ki, sizə demişəm sahibkarları incitməyin, bu nə məsələdir? Rəis özünü itirərək 8 generalın, 12 rayonun rəislərinin yanında nazirin gözünə baxaraq yalandan danışdı. “Kənanı ona görə incidirik ki, onun qaynı Nicat Suriyada yaralanıb, qaynatası və qaynanası da oradadır”, – dedi. Mən nazirə bildirdim ki, qaynım Nicat “Caspian” telekom şirkətində işləyərkən Bakı Onkoloji Klinikasında əməliyat olunub, burada dərdinə carə olmadığı üçün bir il altı aydır Ankara şəhərində yerləşən “Hacettepe Universiteti”ndə şiş xəstəliyinə görə kimya-terapeya olunur, lazım gələrsə, rəsmi soğular nəticəsində bu məlumatı əldə edə bilərsiniz. Nazir rəisə tapşırdı ki, mənə dediklərini rəsmi subut et. Amma rəis bunu sübut edə bilmədi. Onu da qeyd edim ki, qaynım Nicat artıq 03.07.2015-ci il tarixdə vəfat edib.
Cənab Prezident, məndən rayon prokurorluğunda və DİN-də bu işlə əlaqədar izahatlar alınıb və onların Ankarada xəstəxanada olmaları barədə sənədləri də DİN-nə təqdim etmişəm. Amma bir belə faktlar və şahidlər (cənab nazir və 12 rayonun rəisi, 8 general sahiddir. K.M) ilə hələ də işi uzadırlar və heç bir nəticə yoxdur. Bəzi məmurlar qoymurlar ki, haqqı sizə çatdıraq, amma nə yolla olursa-olsun ümid yerimiz kimi Sizə öz səsimizi çatdıracağıq.
Cənab Prezident, mən o rəisdən şikayət edirəm ki, görün hansı işlər ilə məşquldur:
1. 04.02.2015-ci il tarixdə narkotik satan Dünyamalıyev Səbuhi Zamin oğlu Tərtər Polis Şöbəsində döyülərək öldü. Səbəb o idi ki, narkotikin əsl sahibinin adını məhkəmədə açıqlaya bilər. Dedilər ki, güya özünü asıb və həmin vaxt polis şöbəsində işıq söndüyü üçün vebkameraya düşməyib. Bu da çox gülməlidir. Ölənin yiyələri hücum çəkdi şöbəyə, amma qarşısını aldılar.
2. İki ildir rayon sakini Mirzəyev Sənan Ərşad oğlu şəhərin mərkəzində evində güllələnərək öldürülüb, hələ də hansısa maraqlara görə qətlin üstü açılmır. Rəisin bu kimi özbaşınalıqlarının arxasında isə Baş Prokurorluqda işləyən qardaşı Seyidəli Məcidov durur.
Cənab Prezident, Ulu öndərimiz, rəhmətlik Heydər Əliyev cənabları deyirdi ki, dövlət iki şeydən sarsıla bilər, günahkar cəzasız qalanda və günahsıza cəza verəndə. İndi mən günahsız olaraq cəzaya məruz qalmışam. Xahiş edirəm ki, məni qəbul edib kömək edəsiniz. Yoxsa, bunlar mənim başıma oyun açacaqlar.
Hörmətlə, Musayev Kənan Hacı oğlu.
Tərtər rayon sakini”.
Tərtər rayon sakini”.
Yazıdakı iddilarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc edəcəyik.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu