GDU-da dekanla danasatan dostunun birgə «əməliyyatı»-ŞOK

İldırım Qasımovun dostu Eldəniz Alıyev özünü əvvəlcə Təhsil Nazirliyinin, daha sonra MTN-in işçisi kimi təqdim etməsi ortalığı qarışdırıb, iş polisə düşsə də, müəmmalı şəkildə bağlanılıb
Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımovla bağlı yetərli qədər şikayətlər olsa da, onun haqqında hər hansı bir tədbirin görülməsi indiyədən müşahidə olunmayıb. Xüsusən də yeni rektor Yusif Yusifovun himayəsinə sığınmış Qasımov universitetdə sözün həqiqi mənasında «at oynadır».
Bildirək ki, İldırım Qasımovun neqativ işləri, lazımi səviyyədə bacarığının və biliyinin olmaması da çoxdanın müzakirə olunan məsələlərindəndir. Amma son günlər onunla bağlı olduqca ilginc bir məsələ ortaya çıxıb. Və işin üstü açılsa da, yenə də hər hansı bir tədbir görülməyib. İndi isə iki il bundan əvvəl baş vermiş hadisənin təfərrüatları ilə tanış olun.
Redaksiyamızın əldə etdiyi məlumata görə, 11.03.2013-cü il tarixdə İldırım Qasımov Bərdənin mal bazarında heyvan satışı ilə məşğul olan dostu Eldəniz Alıyevi Gəncəyə yanına çağıraraq, ona şikayət edir. Şikayətinin məğzi də ondan ibarət olur ki, rektor Yadigar Əliyev onu incidir və belə davam edərsə, aqibəti yaxşı olmayacaq. Ona görə də, danasatan dostuna tövsiyyə edir ki, plan qurub və onun icrasında yardımçı olsun.
Eldəniz Alıyev təbii ki, dostunun xahişini yerə salmır. Və rektoru qorxutmaq üçün planın icrasına başlanılır. İldırım Qasımov adıçəkilən şəxsi özü ilə bazara aparıb, ona yaxşı bir kostyum, ayaqqabı, çanta, bloknot və dəftər alaraq, abıra salır. Sonra isə geyindirib, keçindirib GDU-ya gətirir. Daha sonra isə Alıyevi universitetin kollektivinə təqdim edərək bildirir ki, bəs, bu şəxs Təhsil Nazirliyindən gəlib, yoxlama aparacaq.
Rektor Yadigar Əluyev də baş verəndən narahat olaraq, təcili addımlar atır. Qısa müddətdə danasatan oğlana otaq ayırır. Onun narazı qalmaması üçün isə bütün şəraiti yaradır. Eldəniz Alıyev də plana uyğun olaraq, bütün müəllim və tələbələri yanına çağıraraq, onlardan izahat alır, tələbələrin davamiyyətini yoxlayır.
İşin üstü çox keçmir ki, açılır. Buna səbəb isə Təhsil Nazirliyindən gələn qəfil zəng olur. Belə ki, rektora nazirlikdən zəng edən şəxs ona müəyyən bir tapşırıq verildiyini çatdırır. Amma rektor bildirir ki, Təhsil Nazirliyindən yoxlama gəlib və bu səbəbdən də həmin işi icra edə bilməz. Nazirliyin əməkdaşı isə «Biz GDU-ya heç bir yoxlama göndərməmişik» deyib, israr edincə rektor məsələni araşdırmağa başlayır.
Sabiq rektor danasatan Eldəniz Alıyevini yanına gələrək, ondan kim olduğunu soruşur. Qarşı tərəf də işin üstünün açılacağını görərək, iddia edir ki, bəs, o, guya, Təhsil Nazirliyindən deyil, MTN-in təhsilə nəzarət şöbəsindən gəlib. Hətta rektoru inandırmaq üçün ona saxta sənəd də göstərir.
Təbii ki, rektor bunun tələ olduğunu anlayır və təcili olaraq MTN-nin Gəncə şəhər şöbəsi ilə əlaqə saxlayaraq, onlara məlumat verir. Nəticədə məlum olur ki, ümumiyyətlə, MTN-də belə bir şöbə yoxdur və Eldəniz Alıyev də saxtakarlıqla məşğul olub. Bu azmış kimi, universitetə polis çağırılır və İldırım Qasımovla danasatan dostu Eldəniz Alıyev Nizami rayon Polis Şöbəsinə aparılır.
Redaksiyamızın araşdırmalarına görə, işin təhqiqatını baş leytenant Elçin Dünyamalıyev aparıb. Həmin vaxtı Eldəniz Alıyev işin çətinə düşdüyünü görərək, bütün hər şeyi açıb, deyir. Amma maraqlıdır ki, ortada bu cür ciddi fakt varkən, məsələ təhqiqat səviyyəsindən o yana keçməyib. Və iki il bundan əvvəl baş vermiş olay bağlı olaraq qalıb.
Bu əsnada onu da bildirək ki, sözügedən işlə bağlı rəsmi sənəd də artıq üzə çıxıb. Həmin sənədə əsasən aparılan araşdırmalar isə yaxın günlərdə oxuculara təqdim olunacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu