Goranboy rayon İcra Hakimiyyətində qalmaqal: Başçı qadın müavini işdən çıxardı
Bolge
Oxunub: 2 234
24 iy 2015 | 06:41
Goranboy rayon İcra Hakimiyyətində qalmaqal: Başçı qadın müavini işdən çıxardı
















“Qadınların arxasında durmaq lazımdır”

Goranboy rayon İcra Hakimiyyətinin başçısının qadın müavini Elnarə Yusifova işdən kənarlaşdırılıb.

Modern.az xəbər verir ki, Goranboy rayonu icra başçısı Nizaməddin Quliyev qadın müavinini işdən çıxardıb.

Prezident Administrasiyasının hər bir rayonda icra başçılarının müavinlərindən birinin qadın olması barədə tapşırığından sonra N.Quliyev də humanitar məsələlər üzrə müavini vəzifəsinə Elnarə Yusifovanı təyin etmişdi. Artıq icra başçısı E.Yusifovanı işdən azad edib və yerinə yeni təyinat aparılıb. İndi icra başçısının humanitar məsələlər üzrə qadın müavini Mirvari Ağamalıyevadır. Bu barədə artıq Goranboy rayon İcra Hakimiyyətinin saytında da yenilənmə aparılıb.

Məsələ ilə bağlı açıqlama verən işdən çıxarılan Elnarə Yusifova səbəb kimi icra hakimiyyətindəki haqsızlıqları önə çəkib.

“İcra başçısı ilə aramda narazılıq oldu. Belə ki, tabeliyimdə olan müəssisələrdə yoxlamalar aparmışdım və işlərində səhvlər aşkarlamışdım. İşlərində olan nöqsanların aradan qaldırılması istiqamətində hər hansı nəticə əldə edə bilmədim və ərizə yazıb işdən ayrıldım”.

Gözlədiyi iş prinsipinin Goranboy rayon İcra Hakimiyyətində olmadığını deyən E.Yusifova işdən çıxarılan ilk qadın müavin olmasını da kəskin pisləyib.

“Qadın müavinlərin içərisində ilk çıxarılan mənəm və bunu pis qiymətləndirirəm. Qadınları vəzifədə irəli çəkməklə deyil ki, onların arxasında durmaq lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, işləyərkən tabeliyimdə olan müəssisələrdə nöqsanlar bundan sonra heç düzəlməyəcək.

Əgər bu nöqsanların heç olmazsa 20 faizi həll olunmursa, o zaman bu işi aparmaq nəyə lazımdır, bu icra hakimiyyəti nəyə gərəkdir?

Bu məsələlər icra başçısı ilə də müzakirə olunub və nəticəsiz qalıb. Belə olan halda isə mən ərizəmi verdim və ayrıldım”.

Bundan əvvəl orta məktəbdə ibtidai sinif müəlliməsi, daha sonra İcra Hakimiyyətində baş məsləhətçi işlədiyini deyən keçmiş müavin Prezident Administrasiyasına müraciət edib:

“Qəbula düşmək istəyirəm. Bundan sonrakı fəaliyyətimi necə istiqamətləndirmək sahəsində məsləhətlər almaq istərdim. Hələ ki gözləyirəm, bir ay əvvəl teleqram vurmuşam, məktub da yazmışam. İşdən ayrılmağıma rayon ictimaiyyəti, qohumlarım da narazıdır”.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu