Mingəçevirdə Musa “həkim” səhiyyəmizə üzqaralığı gətirir
Bolge
Oxunub: 1 953
20 iy 2015 | 12:02
Mingəçevirdə Musa “həkim” səhiyyəmizə üzqaralığı gətirir



















Diqqəti cəlb edən hal o olur ki, ümumi vəziyyətdən xəbərdar olan baş həkimin müavini də “çalışın ondan uzaq durun, o həkim deyil, əməliyyat etdiklərinin əksəriyyəti şil-kütdür” deyir

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının trovmatologiya şöbəsinə müdirlik edən Musa həkimin adı çəkiləndə, yəqin ki, əksəriyyət “sətəlcəm” olur. Buna səbəb, onun Azərbaycan səhiyyəsinə daim üzqaralığı gətirməsidir. Belə desək, bu gün onun həkimlik fəaliyyəti də, böyük şübhələrə yol açır. Məsələnin kökündə nələr durur və ona qarşı belə bir münasibətin formalaşmasına səbəb nədir deyə araşdırmalar apardıqda, bu zaman meydana müəyyən qədər həqiqətlər də çıxır.

Əsas mətləbə keçməzdən öncə onu vurğulamaq istərdik ki, hal-hazırda Azərbaycan səhiyyəsinin durmadan inkişaf etməsi, lazımi təminolunmalarla təminatının ödənilməsi, səhiyyə müəssisələrinin əsaslı təmiri və bərpası, yenilərinin tikilməsi və.s onu söyləməyə əsas verir ki, həqiqətən də bu sahə günü-gündən inkişaf etməkdədir. Və nəticədə o olur ki, Azərbaycan vətəndaşlarının səhiyyəmizə olan inamı getdikcə artır. Bəs səbəb nədir ki, Mingəçevirin Mərkəzi Xəstəxanasında aparıcı bir şöbəyə rəhbərlik edən Musa həkimin həkimlik fəaliyyətinə, əksəriyyət hələ də şübhə ilə yanaşır? Niyə də ki, yanaşmasınlar? O, ixtisasca trovmotoloq olsa da, deyəsən trovmotologiyadan ümumiyyətlə xəbəri yoxdur. Əgər bu belə olmasaydı, 28 may 2015-ci il tarixdə Yevlax-Mingəçevir yolunun “Aran” qəsəbəsində avtomobil qəzasına düşən Hümbətov İbrahim Qubad oğluna qarşı, Musa həkim bir az diqqətcil olardı. Problemin mahiyyəti ondadır ki, qəza nəticəsində İbrahim Hümbətovun bir ayağı iki yerdən sınsa da, gözünün üst hissəsi ciddi xəsarət alsa da, şöbə müdiri onu rentgen etməklə kifayətlənməli olur. Və onun gözünün üst hissəsini təmizləmədən tikiş qoyması qalsın bir yana, sınıq ayağına necə gəldi gips qoyması da, sonradan problemli söz-söhbətə səbəb olur. “Sümüklərin üst-üstədir, odur ki, müalicəni başqa bir ünvanda da davam etdirə bilərsən” deyən Musa “həkim”, deyəsən belə bir gedişlə, heç də məsuluyyətini hiss etməyib.

Təəccüb doğuran hal o olur ki, İbrahim Hümbətov müalicəsini başqa ünvanda davam etdirərkən, həmin vaxtdan heç üç-dörd gün keçməmiş, Musa “həkim”in qoyduğu gips yerindən tərpənir və əməlli-başlıca problemə də çevrilir. Gözünün üst hissəsindən tikişləri sökən başqa bir həkim isə görür ki, İbrahim Hümbətovun tikiş qoyulmuş gözüstü hissəsində saralmış otlar, şüşə qırıntıları, torpaq və başqa natəmizliklər var. Elə ki, o Bakı şəhərinə qayıdır, bu zaman istər ayağında, istərsə də gözüstü hissələrində baş qaldıran ağrılara dözə bilmir. Və məcbur olur ki, yenidən həkimə müraciət etsin. Təkrar həkim baxışı zamanı ayağına yenidən gips qoyulur və zədə almış gözünün isə əməliyyat olunması məsləhət bilinir.

Hələ bunlar azmış kimi, İbrahim Hümbətovla birlikdə avtomobil qəzasına düşən onun bacısı oğlu Həsənov Vüsal Rafiq oğlunun da, vəziyyəti olduqca ağır olur. Buna səbəb Musa “həkim”in səhlənkarlığı, yaxud da bacarıqsızlığı olur. Yəni, onu da rentgen etməklə kifayətlənən Musa həkim “Vüsal sənin bud nahiyəndə və qolunda sınıq var” deməklə işini bitmiş hesab edir. Təqribən 20 gün xəstəxananın cərrahiyyə şöbəsində müalicə olunan Vüsala, heç kim lazımi diqqət göstərmir. Gecələr baş qaldıran ağrılara dözə bilmədikdə isə, ona həkimlər ağrıkəsici iynələr vurmaqla kifayətlənməli olurlar. 20 gündən sonra isə, Musa “həkim” Vüsal Həsənova “get Bakıya və Trovmatologiya Xəstəxanasında təkrar rentgen ol” deyir. Bu zaman ona göndəriş belə vermir.

Diqqəti cəlb edən hal odur ki, avtomobil qəzasına düşən Vüsalın daxili orqanları zədə aldığından o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunsa da, nə onun qolunun, nə də ki, bud nahiyyəsinin sınıq yerlərinə gips qoymaq bir kimsənin vecinə olmur. Gipsin qoyulması üçün nə Musa həkim, nə də ki, cərrahiyyə şöbəsinin digər həkimləri təşəbbüs göstərmirlər. Əslində daxili orqanları əməliyyat olunan zaman, Vüsalın qoluna və bud nahiyəsinə gips qoymaq olardı. Sadəcə bir

istək lazım olsa da, onlar belə bir addımı atmamış və nəticədə Vüsalın qolu əyri bitmişdir. Belə olan halda kim deyə bilər ki, Musa “həkim” və digərləri and içdikləri “Hippokrat andı”na sadiqdirlər.

Bakıda öz vəsaiti hesabına rentgen olunan zaman, Vüsalın bud nahiyəsində və qolunda sınıq olduğu aşkar olunur və həkimlər ona “qoluna gips qoyulmadığından qolun əyri bitib, odur ki, əməliyyat olunmalısan” deyirlər. Əslən Ağdam rayonundan olan və maddi imkansızlıq şəraitində yaşayan Vüsal, Trovmatologiya Xəstəxanasında əməliyyat olunmaq istəsə də, ondan istənilən “haqq-hesab”ı verə bilmir və yenidən Mingəçevirə qayıtmağa məcbur olur. Elə ki, Vüsal Musa həkimlə təkrar görüşüb əməliyyat olunmaq istədiyini bildirir, bu zaman o, “ Vüsal mən sənin qolundakı sınığı və qolunun əyri bitdiyini bilirdim” deyə cavab verir. Bu zaman meydana belə bir sual çıxır ki, əgər bilirdinsə niyə vaxtında tədbir görmürdün? Deməli....

Musa həkimin Vüsalı əməliyyat olunmaq üçün yaxına buraxmaması, əslində onun həm xarakterinin və həm də həkimlik fəaliyyətinin şübhə altına alınmasına, müəyyən qədər əsaslar verir. Diqqəti cəlb edən hal o olur ki, ümumi vəziyyətdən xəbərdar olan baş həkimin müavini də “çalışın ondan uzaq durun, o həkim deyil, əməliyyat etdiklərinin əksəriyyəti şil-kütdür” deməsi olur. Belə bir yanaşmalar, söylənilən fikirlər bir daha onu söyləməyə əsas verir ki, həqiqətən də Musa “həkim”in bugünkü fəaliyyəti, Azərbaycan səhiyyəsinə utanc gətirən addımlardır.

Təəssüf doğuran hal odur ki, bu gün Azərbaycan səhiyyəsində peşəkar həkimlərimizlə bərabər, üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gələ bilməyən, and içdiyi “Hippokrat andı”na naxələflik edən, xəstələrin başına minbir “corab” toxuyan Musa kimi həkimlərimiz də var. Bütün bunlara isə yalnız təəssüflənmək lazımdır ki, belə bir xarakterə, belə bir savada malik “həkimlər”, bu gün sanki Azərbaycan səhiyyəsi üçün sanki bir ləkədir. Ləkələri yox etmək üçün isə.....

Elmar
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu