Şəki İcra Hakimiyyətində insident: qəbula gələn vətəndaşı döydülər
Bolge
Oxunub: 1 318
13 iy 2015 | 09:48
Şəki İcra Hakimiyyətində insident: qəbula gələn vətəndaşı döydülər
















“”Göynük mafiyası”nın arxasında Abid Şərifov dayanıb”

Bir neçə gün öncə Şəki şəhər İcra Hakimiyyətində insident baş verib. Belə ki, şəhər sakini, II qrup əlil Rəhimə Novruzəliyeva fiziki zorakılığa məruz qalıb. Bu barədə Arqument.az-a Şəki rayonu, M.Ə.Rəsulzadə prospekti, bina 168, mənzil 21-də yaşayan, ikinci qrup əlil Rəhimə Novruzəliyeva özü məlumat verib.
Onun sözlərinə görə, iyul ayının 10-da icra başçısının qəbuluna gedib, ancaq “sürpriz”lə qarşılaşıb: “İyulun 10-da Şəki İcra Hakimiyyətində polis zorakılığı ilə üzləşdim. Mən rayon sakini olaraq icra başçısı Elxan Usubovun rəsmi qəbuluna getmişdim. Növbəmi gözləyən zaman gözləmə otağına bir dəstə polis gəldi və heç bir izahat vermədən məni (daha bir qadın da var idi. R.N) ta 1-ci mərtəbəyə qədər sürüdülər. Daha sonra zorla polis maşınına oturtdular. Sanki mitinqdəymiş kimi davrandılar. Baxmayaraq ki, mən indiyə qədər heç bir mitinqdə iştirak eləməmişəm, ancaq televiziyada görmüşəm belə şeyləri. Polis dəstəsinin konkret kim tərəfindən çağırıldığını deyə bilmərəm, amma həmin vaxt Elxan Usubovun iki köməkçisi Ziya və Daşqın orada idilər. Anlaşılan bu oldu ki, polisi elə bunlar Elxan Usubovun və ya Həsən Həsənovun əmri ilə çağırıblar. Bəli, bu gün “mənim polisim” məni sürüdü özü də icra başçısının kabinetinin qapısında”.
Vətəndaş icra başçısı və müavinini rayonda dözülməz vəziyyət yaratmaqda və qanunları pozmaqda ittiham edib. O, rayonun “Göynük mafiyası” tərəfindən idarə olunduğunu iddia edib: “Əgər rayon sakinlərinin müraciətləri hansısa icra əməkdaşının vasitəsilə “hörmət” əsasında həll olunursa, icra başçısının 1-ci müavini Həsən Həsənovun “xeyir-duası” olmadan heç bir sakinin problemi həllini tapmırsa və ən başlıcası, Şəki “Göynük mafiyası”nın qanunları ilə idarə olunursa, bəs qanunlar nə üçündür? Elxan Usubov bu mafiyanın öhdəsindən gələ bilmirsə, niyə indiyədək o postda oturub? Niyə bu iki şəxs vəzifəsindən uzaqlaşdırılmır? Bunları əvəzedəcək kadrmı yoxdur? Nə vaxta qədər Elxan Usubov və Həsən Həsənov rayon camaatına qənim kəsiləcək? Görünən budur ki, qəbula gələn rayon sakinlərinin haqlı tələbini yerinə yetirə bilməyən icra başçısı çox zəif fiqurdur. “Göynük mafiyası”nın arxasında isə Abid Şərifov dayanıb, onlar baş nazir müavinin həmkəndliləridir. Əgər icra başçısı və müavini qəbula gələn vətəndaşların üstünə polis dəstəsi gətirəcəkdilərsə, niyə qəbul keçirdirdilər? Elxan Usubov prezidenti aldadır, yoxsa rayon sakinlərini? Şəki rayonunu Həsən Həsənova kim satıb?”.
R.Novruzəliyevanın sözlərinə görə, icra başçısının birinci müavini Həsən Həsənov onunla düşmənçilik edir: “Mən 2-ci qrup əliləm. 50 manat əlil pensiyası alıram. Bu pulla yaşamaq mümkün deyil. Ona görə də qanuna uyğun olaraq, yaşadığım mənzilin altında yerləşən boş zirzəminin mənə verilməsini istəmişəm. Neçə aydır ki, icra başçısının müavini Həsən Həsənov məni süründürür. Gah deyir ki mümkün deyil, gah da müxtəlif idarələrə yollayır. Hər yerdə isə cavab eynidir: İcra Hakimiyyətinin balansında olan daşınmaz əmlaka İcra Hakimiyyəti rəsmi icazə verməlidir. Onlar da deyirlər ki, İcra Hakimiyyəti rəsmi məktub yazsın, həll edək. Həsən Həsənov isə zirzəmini almağıma əngəl olur, hələ mənə təzyiq də edir”.
“2013-cü ildə mənim Prezident İlham Əliyevə şikayətim əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 saylı Şəki rayon Sosial Müdafiə Mərkəzinin rəisi Nəsibov Məmməd vəzifədən çıxarıldı. Həmin müraciət mətbuatda da dərc olunmuşdu. İndi o gün bu gündür ki, Şəkinin yerli məmurları, konkret icra başçısının 1-ci müavini Həsən Həsənov mənə düşmən kəsilib. Mən Prezident cənab İlham Əliyevə müraciət edirəm ki, mənə kömək etsin. Yoxsa Həsən Həsənov və adamları mənə xətər yetirəcək”, – deyə vətəndaş ölkə başçısına müraciət edir.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU