Yevlax şəhər SSİ idarəsində müdhiş olaylar baş verir

Telman müəllimin rəhbəri olduğu qurumun adı ona görə dillər əzbəridir ki, onun rəhbərlik etdiyi idarədə bənzəri olmayan olaylar baş verir, saysız-hesabsız maxinasiyalara da qol qoyulur
Bu da bir faktdır ki, Yevlağın Aran qəsəbəsindəki Suvarma Sistemləri İstismarı idarəsində, yəni Telman müəllimin rəhbərlik etdiyi qurumda qol qoyulan qanunsuzluq əməllərindən, baş alıb gedən maxinasiyalardan bu günədək əksər mətbu orqanlarda silsilə tənqidi məqalələr yazılıb, problemləri daim qabardılıb. Dərc olunan məqalələrdə bildirilib ki, əgər Telman müəllimin ötən illər ərzində rəhbərlik etdiyi idarəyə vurdğu ziyanın araşdırılması aparılarsa, ümumi məbləğin həcmi, bəlkə də milyon manatlarla ölçülər. Çünki, redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, Yevlağın Aran qəsəbəsindəki Suvarma Sistemləri İstismarı idarəsi, bu gün rayon ərazisində ən çox korrupsiyaya bulaşmış, büdcə vəsaitlərini sağa-sola səpələyən idarə olaraq xüsusi ad çıxarıb. Buna səbəb rəhbərliyin yarıtmaz idarəçiliyi, tabeçiliyində olan vəzifə sahibləri arasında ayrı-seçkiliyə yol verməsi, adı ştat cədvəlində olub özü idarə üzü görməyən bir neçə “ölü can”ların varlğı, idarəyə verilən yanacağın, sürtkü yağlarının, bir çox avadanlıqların bu və ya digər yollarla mənimsənilməsi və.s kimi problemlər, cənab Telman müəllimin hansı xarakterə, hansı idarəçilik prinsipi ilə idarəetməni həyata keçirdiyini müəyyən etməyə imkan verir.
Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, daşdığı vəzifəsindən ikiəlli yapışan Telman müəllim, deyəsən vəzifəsini itirməmək üçün, hələ bir müddət bundan əvvəl “yuxarı”larla danışıqlara da gedib.
İndi isə bəzi məlumatların açıqlamasına diqqəti yönəldək. Verilən məlumatlarda o da bildirilir ki, Telman müəllim uzun müddətdir ki, SSİ idarəsinin rəhbəridir. Kifayət qədər təcrübəyə malik olan bu şəxsin hal-hazırda qazancı, daha çox dövlətin verdiyi yanacağı “xırıd” etməsindən əldə olunur. Məsələn, məlumatlı mənbə bildirir ki, yanacaq əvvəlcə Bərdə Neftbazaya gətirilir və oradan da paylanır. Bu zaman idarəyə ayrılmış yanacaq Telman müəllimin diktəsi ilə şəhərin Xaldan qəsəbəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə çatdırılır və orada da satdırılır. Bundan əlavə adı ştat cədvəlində olan işçilərə aldıqları əmək haqqından əlavə pul yazır və elə ki, onlar əmək haqlarını alırlar, bu zaman o, həmin pulları işçilərindən geri tələb edir. Məsələn, belə işçilərdən ikisi şəhərin Nərimankənd kəndində yaşasalar da, digərləri isə Aran qəsəbəsində yaşayırlar. Dövlətin idarəyə verdiyi nəqliyyat vasitəsindən də, o, sanki şəxsi avtomobili kimi istifadə edir.
Redaksiyamızı məlumatlandıran mənbə onu da bildirir ki, büdcədən suvarma sistemləri istismarı idarəsinə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Yəni, əksər hallarda rəhbərlik və onun əlaltıları tərəfindən, külli miqdarda yeyintilərə yol verilir. Təəccüb doğuran hal odur ki, Telman müəllimin uzun illərdir belə bir əməllərə qol qoymasına baxmayaraq, bugünə kimi onunla bağlı heç bir tədbir görülməyib. Buna səbəb, yəqin ki, onun yuxarı instansiyalarda güclü himayədarının olmasıdır. Elə bu arxayınolmanın nəticəsidir ki, bu gün o, nə bir kimsədən çəkinir, nə də ki ehtiyat edir. Belə bir səbəblər üzündəndir ki, cənab Telman müəllim, hələ bir müddət bundan əvvəl idarənin balansına verilmiş bir neçə ədəd transformatorun və bir çox avadanlıqların da altından girib üstündən çıxmağı bacarıb. Hər kəsi təəccüb içində qoyan və analoqu olmayan olayların tüğyan etdiyi idarədə yaşanan ab-hava, bu gün sözün həqiqi mənasında olduqca təhlükəli məqamlardan xəbər verir.
Diqqəti cəlb edən digər hal odur ki, bu qədər maxinasiyalara, hər cür qanunsuzluq əməllərinə, sayı-hesabı bilinməyən hoqqalara və.s qol qoyan Telman müəllim, bu gün də Yevlax şəhər ərazisində strateji bir sahəyə rəhbərlik edir. Və daşıdığı vəzifəsi ilə dövlətə məxsus vəsaiti sağa-sola səpməklə məşğul olur. Amma, bütün bunların qarşılığında bir kimsə ona qaşın üstə qara var demir, bir kimsə onun xətrinə dəymir. Bax budur bizi təəccüb içində qoyan hal, bizi düşündürən məqam! Axı, necə ola bilər ki, tutduğu əməlləri ilə korrupsiyaya bulaşan, ən yüksək instansiyalardan verilən tapşırıqları əksər hallarda qulaqardına vuran, tabe olduğu vəzifə sahiblərindən bəzilərini saya salmayan Telman müəllim, bu gün də iş başındadır, özü üçün var-dövlət qazanmaqdadır.
Hörmətli oxucular! Yaxın günlərdə sizləri daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Problemlərin varlığını diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq
Abdulla
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu