Tərtərdə Məmmədov soyadlı şəxs bələdiyyə sədridir, yoxsa polis əməkdaşıdır?

Daşıdığı, bəlkə də daşımadığı vəzifəsinin məsuluyyətini lazımınca dərk etməyən, bəzi hallarda isə hansısa hoqqalara qol qoymağa çalışan Tofiq Məmmədovun, özünü gah bələdiyyə sədri, gah da polis əməkdaşı kimi təqdim etməsinin arxasında, yəqin ki, minbir hiylələr durub
Bir neçə gün bundan əvvəl informasiya mərkəzimizə şikayət ərizəsi ünvanlayan və hələlik adının çəkilməsini istəməyən xanım müəllimə bildirdi ki, Tərtər rayonunda yeni bələdiyyə sədri peyda olub. Amma, olmayan bələdiyyənin sədri olaraq! Belə bir açıqlama diqqəti cəlb etdikcə o halda bilib başa düşdük ki, deməli burda hansısa əmmalar var ki, Tofiq Məmmədov adlı Tərtər sakini, xanım müəllimə ilə “görüşməyin” müqabilində, özünü olmayan bələdiyyənin sədri kimi ona təqdim edib. Çox maraqlı təqdimat, təəccüb doğuran açıqlamadır! Axı, niyə bələdiyyə sədri, məhz, başqa vəzifə sahibi yox! Bax, belə bir sualın özü, bu gün də bizi düşündürməkdədir.
Olayın necə əmələ gəlməsi haqda lazımi məlumatları əldə edərkən o zaman bəlli oldu ki, sən demə Tofiq Məmmədov, adının çəkilməsini istəməyən xanım müəllimə ilə “görüşmək” üçün, ona bir könüldən min könülə “aşiq” olur. Amma, səmimiyyətə söykənməyən “aşiq”liyinin varlığı, çox keçmir ki, olmayan bələdiyyəyə sədrlik edən Tofiq Məmmədovu “qaşiq” edir. Yəni, həftələr, aylar uzunu xanımın “eşq-atəş”i ilə od tutub “yanan” Məmmədov, çox keçmir ki, həsrətində olduğu müəllimə ilə “görüşməyin” müqabilində, özünü ona gah bələdiyyə sədri, gah da polis əməkdaşı kimi təqdim edir. Və uzun-uzadı telefon danışıqlarından sonra, görüşüləcək ünvanın Bərdədəki “Çinar” restoranında baş tutmasını arzulayan Məmmədov, çox keçmir ki, verdiyi qərarı qərarsızlaşdıraraq 14 may gününə yeni görüş vaxtı təyin edir. Amma, bu dəfə fərqli ünvanda, fərqli məkanda!” Necə deyərlər, “Kəhriz” restoranında!
“Kəhriz” restoranının Bərdə-Ağcabədi yolunun üstündə, bir qədər də dəqiq desək Qaradəmirçilər kəndi ərazisində fəaliyyət göstərməsi haqda məlumatlı olanlar yəqin bilirlər ki, həmin zonada “prestijnı” ünvanlardan biri olaraq xüsusi ad-san çıxaran bu ünvana sahibliyi, Bərdə RPŞ-nin bugünkü rəhbəri cənab Hikmət müəllimin bacanağı Çoban adlı şəxs edir. Diqqəti cəlb edən hal o olur ki, “Kəhriz” restoranında baş tutan görüşdə T.Məmmədov xanım müəlliməyə özünü bələdiyyə sədri deyil, polis əməkdaşı kimi təqdim edir. Hətta, bu azmış kimi onu da bildirir ki, “mən 16 il komandir rota işləmişəm, bu gün isə Bərdə RPŞ-nin növbətçi hissəsində işləyirəm” də deyir. Düzdür, belə bir açıqlamanı söyləmək müəyyən mənada risk tələb etsə də, T.Məmmədov danışdığı sözün-söhbətin mahiyyətinə varmayaraq, nə gəldi danışır. Yəni, “mən polis əməkdaşı olmuşam və bu gün də bu sahədə çalışıram” deməsi, artıq ciddi məqamlardan xəbər verir. Yəqin ki, belə bir təqdimat, onu heç də məsuliyyətdən kənarda qoymayacaq və aidiyyəti qurumlar onun danışıqlarını lazımınca ayrıd da edə biləcək. O halda biz də bilib görəcəyik ki, özünü gah bələdiyyə sədri, bir qədər keçdikdən sonra isə, polis əməkdaşı kimi təqdim etməyin özü, böyük bir məsuliyyətdir. Bütün bunlar qalsın bir yana, xanım müəllimə ilə “Kəhriz” restoranında söz-söhbətin qızğın çağında “polis əməkdaşı” olan şəxsin yeni iddiaya düşməsi də, heç də diqqətdən kənarda qalmır. Yəni o, istəyir ki, Tərtər rayonunda “zaqs”a da rəhbərlik edə bilsin. Maşallah, sən iştaha bir bax!
Diqqəti cəlb edən hallardan biri də odur ki, xanım müəllimə ilə “görüşünü” həyata keçirmək istəyən T.Məmmədovun, həmin xanımı “Kəhriz” restoranına aparmasıdır. Çünki, verilən məlumatda o da bildirilir ki, “Kəhriz” restoranı adi restoran kimi deyil, daha çox qadınların cinsi istismarına şərait yaradan ünvan olaraq fəaliyyət göstərməkdədir. Elə bu kimi səbəblər üzündəndir ki, tam əksəriyyət, o cümlədən özünü əvvəlcə bələdiyyə sədri, bir qədər keçdikdən sonra isə polis əməkdaşı kimi təqdim edən, daha sonra isə rayonun “zaqs”ına rəhbərlik etmək iddiasını ortaya qoyan Məmmədov da, “yek” qərarını həmin restorana getməkdə görür. Çünki, bilir ki, həmin restoran digər ünvanlardan fərqli olaraq həm “prestijnı,” həm təhlükəsiz (yəni, kimin əliinin “Kəhriz”ə yetərincə dəstək olduğu bəllidir), həm də ki, qadınların cinsi istismarını həyata keçirmək üçün bənzəri olmayan bir ünvandır. Elə ki, “polis əməkdaşı” olan şəxsin əməllərindən bəhs edib, kimlərisə məlumatlandırmağa çalışacağıq deyə T.Məmmədova zəng etdikdə, onun etdiyi, danışdıqları hərəkətlər qaısın bir yana, nalayiq söyüşlər söyüb hədə-qorxu gəlməsi, bu gün də bizi təəccübləndirməkdədir. Belə bir addım atması qalsın bir yana, hələ ona yaxın bir şəxsin də (050) 675-58-69 nömrəli mobil telefonla zəng edib bizi hədələməsi isə, artıq başqa-başqa mətləblərdən xəbər verir.
Bütün baş verən olaylardan, saxta təqdimatlardan sonra hər kəs bilib başa düşəcək ki, “Kəhriz”i kəhriz edən hansı səbəblərdir. Odur ki, T.Məmmədov da, seçimini edərkən deyəsən heç də yanılmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.
Abdulla
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı