Lənkəranın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib
Bolge
Oxunub: 1 737
24 mar 2015 | 20:45
Bu gün Lənkəran rayonunun Şıxəkəran kəndinə 22 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub.
APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov Novruz bayramı münasibətilə kənd sakinlərinə təbriklərini çatdıraraq, təbii qazın onların evlərinə sevinc, toy-düyün bəxş etməsini arzulayıb. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrdən söz açan icra başçısı bununla 56-cı yaşayış məntəqəsinin qazlaşdırıldığını, rayon üzrə qazlaşdırmanın 80 faiz təşkil etdiyini bildirib.
Lənkəran ŞİH başçısının Şıxəkəran inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Ramin Səfərov, kənd Ağsaqqallar Şurasının sədri Şəfiq Əliyev, kənd məktəbinin müəllimi Üzrayə Əsədzadə, kənd sakini Xanlar Səfərov və digərləri çıxışlarında uzunmüddətli fasilədən sonra təbii qazın verilməsinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Azəriqaz İstehsalat Birliyinin kollektivinə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, Şıxəkəran kəndində 791 abonentə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında 12,722 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və 34,662 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 791 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sonda Taleh Qaraşov sakinlərlə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırıb.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə