Güclü külək Samux rayonunun bir neçə kəndini işıqsız qoyub
Bolge
Oxunub: 1 962
21 iy 2014 | 13:51
Güclü külək Samux rayonunda bir sıra problemlərə yol açıb. Daha çox ziyan isə elektrik təsərrüfatına dəyib. Rayon mərkəzi də daxil olmaqla bir neçə kənddə enerji verlişində fasilələr yaranıb.
Güclü külək Samux rayonunun bir neçə kəndini işıqsız qoyub
Ötən gün axşam saat 19:00 radələrindən başlayaraq Samux rayonu ərazisində əsən güclü külək elektrik təsərrüfatında ciddi fəsadlar törədib. Samux şəhəri və ətraf 10 kənddə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb. Bəzi ərazilərdə irigövdəli ağaclar kökündən qoparaq aşıb.
Güclü külək nəticəsində aşan irigövdəli ağaclar elektrik naqillərini və dirəkləri sıradan çıxarıb. Nəticədə sakinlər gecəni qaranlıqda keçirməli olublar.
Rayonun Çobanabdallı, Sərkar, Fizuli, Hacallı, Zazalı və Alıuşağı kəndlərinə 15-ə yaxın dayaq aşıb. Elektrik naqillərinin bir qismi yararsız hala düşüb.
Məhərrəm Hüseynov- sakin: Külək əsən kimi işıqlar keçdi. Sonra isə bu ağacları aşırdı. Hamısı yerdə qalıb.
Xəyal Qələndərov- sakin: Saat 18:30 da külək başladı. Elektrik dirəklərini aşırdı, naqillər qırıldı. Bu üzdən də işığımız gecədən keçib. Külək sonra daha bərk əsməyə başladı.
Gülayə Ağamalıyeva- sakin: Bir külək əsdi ki, bütün aləmi bir-birinə qatdı. Güclü tufan oldu.
Gecə saatlarından başlayaraq aidiyyatı strukturların əməkdaşları fəsadların aradan qaldırılması üçün çalışıblar. Samux elektrik şəbəkəsinin rəisi Razim Qasımovun sözlərinə görə, küləyin fəsadları aradan qaldırılıb, enerji verilişi bərpa olunacaq.
Razim Qasımov- Samux Elektrik Şəbəkəsinin rəisi: Güclü külək nəticəsində Samuxun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Bir neçə kəndimizə enerji verilişi məcburi olaraq dayandırılıb. Dayaqlarımızın bəzilər qəzalı vəziyyətdədir.

Hazırda rayon fövqəladə hallar komissiyası fəsadların aradan qaldırılması ilə yanaşı dəyən ziyanın miqdarını müəyyənləşdirir.

http://kepeztv.az
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır
Dünən, 12:14
Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
Dünən, 11:44
Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır
Dünən, 11:41
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
Dünən, 11:26
Qonşumuza qarşı BÖYÜK hazırlıq - 200-dən çox qırıcı...
Dünən, 11:16
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı
Dünən, 11:06
Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB
Dünən, 10:29
Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
Dünən, 10:14
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Dünən, 10:03
Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Dünən, 09:58
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Dünən, 09:54
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Dünən, 09:33
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Dünən, 09:30
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
Dünən, 09:24
Paytaxtın 7 yolunda sıxlıq var
Dünən, 09:13
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
Dünən, 09:00
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
8-09-2026, 16:00
“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
8-09-2026, 15:46
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
8-09-2026, 15:30
Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
8-09-2026, 14:22
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı