Gədəbəydə Ramiz həkimin əmmaları
Gədəbəyin MRX-da xəstələr Ramiz həkimin diqtəsi ilə soyulurlar.
O, isə sadalanan iradları qəbul etmir və hər işin öz axarınca getdiyini bildirir.
Görəsən, onun danışdıqları həqiqətdir, yoxsa cəfəngiyyat.
O, isə sadalanan iradları qəbul etmir və hər işin öz axarınca getdiyini bildirir.
Görəsən, onun danışdıqları həqiqətdir, yoxsa cəfəngiyyat.
Hələ bir müddət bundan əvvəl, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Ramiz Pirverdiyevin qol qoyduğu qanunsuzluqlar barədə məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirirdi ki, o, ona verilmiş səlahiyyətlərdən geninə-boluna yararlanaraq minbir hoqqalara qol qoymaqda davam edir. Onun iş başındakı həngamələri qalsın bir yana, məni nazirliyə çağırıblar adı altında tez-tez Bakıya gəlməsinin də, sən demə özəl səbəbləri olurmuş. Bu haqda həm bəzi KİV dərc olunan açıqlamalar, həm də yerli mənbənin verdiyi məlumatlar, bizim xeyli məlumatlara malikik olmağımıza səbəb olur.
Ramiz həkimin qol qoydugu əməllər barədə məlumatları informasiya mərkəzimizə çatdıran mənbə qeyd edir ki, bu gün mərkəzi xəstaxanadakı idarəçilik sanki müstəbid bir idarəçiliyə oxşayır. Yəni, baş həkim nəyi necə düşünürsə, idarəçiliyi də həmin qaydada həyata keçirir. Məsələn, həkim kollektivinin, tibb bacılarının və digər texniki işçilərin günün hansı saatlarına qədər iş başında olmalarını tənzimləyən qanunun mövcud olmasına baxmayaraq, baş həkim qanunun bu tələbini heç vecinə belə almır və hər işi bildiyi qaydada müəyyən edir. Elə ki, kollektiv üzvündən bir kimsə üzürsüz səbəbə görə işə gəlmədi, vay həmin kəsin halına! Dərhal, Ramiz həkimin əksəriyyəti zinhara gətirən cəza maşını işə düşür. Yəni, tabeçiliyində olanlara xoşagəlməz ifadələr işlətməsi qalsın bir yana, hətta onların aldıqları əmək haqlarının müəyyən hissəsinə də göz dikməsi, heç bir əndazəyə sığası məsələ olmur.
Mənbə onu da bildirir ki, bəlkə də Gədəbəy MRX-nın tarixində Raiz həkim kimi pula, vara-dövlətə həris ikinci bir vəzifə sahibi olmayıb. Elə bu səbəbdəndir ki, hal-hazırda xəstəxananın ştat cədvəlində neçə-neçə ölü canlar var ki, onların da əmək haqları, hər ay baş həkim tərəfindən həzmi-rabedən keçirililir. Bu haqda xəstəxanada çalışan və adının çəkilməsini istəməyən qadın həkimlərdən biri bildirir ki, belə ölü canları daha çox tibb bacısı işləyənlər təşkil edirlər. Onlar da baş həkimin dobro deməsindən sonra iş üzü tanımırlar və bankomat kartları da Ramiz həkimin cibində yuxulayır. Həmin qadın həkimin bildirdiyinə görə, belə tibb bacılarının sayı təqribən 12-13 nəfərə yaxındır.
Bundan əlavə onun daha çox diqqəti cəlbedən başqa bir marağı da var ki, o da mümkün qədər daha çox texniki işçilərin adlarını ştat cədvəlində saxlamaq və hər ay külli miqdarda var-dövlət əldə etməkdir. Xəstəxanadakı mövcud ab-hava da, xoşagəlməz durumdadır. Məsələn, xəstələrə verilməli olan ərzaq məhsulları, sanki kimlərinsə gözünə kül ufürmək xatirinə verilir. Dərman preparatlarının taleyi haqda danışsaq isə, yəqin ki əksəriyyət sətəlcəm olar.
Ümumiyyətlə baş həkimin bugünkü idarəçiliyi, sanki Gədəbəy səhiyyəsi üçün qara bir ləkədir. Çünki açıq-aydın görünür ki, o, böyük bir səhiyyə ocağında əməlli-başlıca at oynatmaqdadır. Onu da qeyd edək ki, bizim dediyimiz at heç də, nə Koroğlunun Qıratıdır, nə də ki, Düratıdır. Bu at tamam başqa bir atdır ki, onun da önündə hələ ki, cənab Ramiz doxtur öz xodu ilə getməkdədir.
Elə ki, müxtəlif yollarla eşitdiklərimiz və xəstəxanadaxili mənbənin verdiyi məlumatlar əsasında bir çox məsələlərdən agah oluruq və qol qoyulan qanunsuzluqlar haqda baş həkimə sual verib cavab əldə etmək istəyirik, dərhal o, daş atıb başını tutur ki, sizin danışdıqlarınızın hamısı şərdi-böhtandır deyir. Mənim rəhbərlik etdiyim xəstəxanada heç bir qanunsuzluq filan yoxdur. Bərəkallah, təki siz deyən olsun cənab baş həkim! Düzdür, Ramiz həkim həmişə çalışır ki, sudan duru çıxsın, hansısa mənimsəmədə, hansısa maxinasiyalarda adı hallanmasın. Amma, fakt budur ki, bu gün Gədəbəy MRX-nın adı çəkiləndə əksəriyyət həm vəlvələyə, həm də zəlzələyə düşür.
Xəstəxananın giriş hissəsində inşa olunan və Ramiz həkimə məxsus olduğu bildirilən yeməkxanada satılan ərzaq malları haqda da, hələ ki, geninə-boluna danışmırıq. Danışacağımız bircə o olacaq ki, həmin yeməkxanada rus arağı adı ilə satılan spirtli içkilərin aksız markası yoxdur və belə bir halın varlığı da onu sübut etməyə əsas verir ki, satılan spirtli içkilər respublikamıza qaçaqmalçılıq yolu ilə gətirilir. Bu da açıq-aydın vergidən yayınmaq, eyni zamanda dövlətə vergi, vətənə sevgi anlayışına xəyanət etməkdən başqa bir şey olmur.
Bundan əlavə, mərkəzi xəstəxananın bir neçə il bundan əvvəl inşa olunub istifadəyə verilməsinə baxmayaraq, artıq bəzi otaqlarda xoşagəlməz görkəm yaranmaqdadır. Belə bir halın əmələ gəlməsinin müəyyən səbəbləri var ki, bunu da yəqin ki, Ramiz həkim çox gözəl bilir. Xəstəxanaya, xüsusilə də doğum şöbəsinə ayaq basan hər kəsin isə, ilan qabığı kimi soyulmaları artıq müdhiş həddə çatıb.
Bütün bunlar Ramiz həkimin idarəçiliyinin görünən tərəflərdir ki, bunu da hər kəs görür, diqqətlə anlayır. Əslində idarəçiliyin belə bir qaydada həyata keçirilməsi, Azərbaycan səhiyyəsinə düşünülmüş şəkildə vurulan zərbədən başqa bir şey deyil.
Növbəti açıqlamamızda Ramiz həkimin sahib olduğu əmlakın dəyərindən, aylıq gəlirindən və digər maxinasiyalarından bəhs edəcəyik.
Elmar
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil