Hövsanda ev tikmək istəyənlərdən yerli məmurlar xərac yığır
Hövsanda ev tikmək istəyənlərdən yerli məmurlar xərac yığırLakin bu pulların da əslində hansı ehtiyaclara məsrəf olunduğu heç kəsə məlum deyil .
Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Bakının Hövsan qəsəbəsində müşahidə olunan məmur özbaşınalıqlarından doğan şikayətlər öz əksini tapmaqdadır. Paytaxtın Suraxanı rayonunda yerləşən bu qəsəbədə yerli sakinlərin icra nümayəndəsinin özbaşınalıqlarından əziyyət çəkdikləri təkcə bizə ünvanlanan məktublarda deyil, bir çox instansiyalara göndərilən şikayət ərizələrində öz əksini tapır.
Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, Suraxanı RİH başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevin törətdiyi qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət və sosial problemlər içərisində yaşamalarına səbəb olur. Artıq dəfələrlə qeyd olunduğu kimi, daxil olan məlumatlarda qəsəbədə həyata keçirilən pul yığımlarına dair ciddi narazılıqlar bildirilir. Belə ki, icra nümayəndəsi qəsəbədə ev tikmək istəyən vətəndaşlardan iki hesaba pul yığır. Bu hesablardan biri guya ki, qəsəbənin fonduna aiddir və bura daxil olan vəsaitlər də Hövsanda abadlıq işlərinin görülməsinə məsrəf olunur. Qəsəbədə ev tikmək istəyən hər vətəndaş bu "fonda" 1000 manat mütləq ödəməlidir. Lakin bu pulların da əslində hansı ehtiyaclara məsrəf olunduğu heç kəsə məlum deyil. Çünki Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, indiyədək Hövsan qəsəbəsinin abadlaşdırılması üçün xeyli vəsait ayrılmışdır. Lakin həmin vəsaitlər təyinatı üzrə istifadə olunmamış, daha doğrusu xeyli hissəsi mənimsənilmişdir.
Görülən bir sıra kosmetik xarakterli işlər isə yerli sakinlərdən yığılan qeyri-rəsmi ödənişlərin hesabına həyata keçirilir. Böyük ehtimalla, Ağasəlim Əliyev məşhur bir filmdəki deyimə uyğun olaraq öz şəxsi maraqlarını, dövlətin maraqları ilə səhv salıb. Maraqlıdır ki, sakinlərin pul ödəməli olduqları ikinci hesab artıq bilavasitə Ağasəlim Əliyevin özünə aiddir ki, bura mədaxil olunan pulun da məbləği qeyri-müəyyəndir. Yəni bu məbləği icra nümayəndəsi öz bildiyi kimi təyin edə bilər.
Əlbəttə ki, minimum hədd yenə də 1000 manat olmaqla. Bu baş verənlərdə daha bir maraqlı məqam da bundan ibarətdir ki, Ağasəlim Əliyevin pulyığanı kimi çıxış edən şəxs onun öz doğma oğludur. Həm də bu oğul rəsmi olaraq Suraxanı RİH-nin əməkdaşı hesab olunur. Həm özünün, həm də oğlunun mövqeylərindən sui-istifadə edən icra nümayəndəsi isə sakinlərin güzəranını əsil zülmətə qərq etməkdədir. Buna görə də öz şikayət məktublarında Hövsan sakinləri vəziyyəti belə təsvir edirlər: "Qəsəbə rəhbərliyi sakinlərin problemlərini həll etməkdənsə, özlərinin biznes layihələrini həll edir. Qəsəbədə sakinlər hərtərəfli sıxışdırılır və onların dərdini danışmasına imkan vermirlər.
İcra nümayəndəsi Ağasəlim Əliyev burada əməlli-başlı özbaşınalıqlar edir. Burada torpaq sahələri sakinlərin xəbəri olmadan satışa çıxarılır, kənar şəxslərə satılır və ərazilər zəbt edilir. Qəsəbənin dəniz hissəsində 100 hektarlarla ərazi ayrı-ayrı şəxslərə satılsa da, bu ərazidə biz qəsəbə sakinlərinə pay torpaqların verilməsi qadağan edilib. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırırlar. İş o yerə çatıb ki, hətta əlil və şəhid ailələri üçün nəzərdə tutulan torpaq sahələri də bu adamların əliylə başqalarına satılıb.
İcra nümayəndəsi dədə-baba torpağı adıyla bir akt sənədi düzəldərək torpaqları satır. Bu torpaqların daha rahat satışa çıxarılması üçün isə, Ağasəlim Əliyev hektarlarla əraziləri əvvəlcədən öz qohumlarının və yaxın adamlarının adına sənədləşdirir..."
http://bakisesi.com
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə