Görüş yerini dəyişmək olmaz!
Bir neçə gün bundan əvvəl Qax rayonunda yaşanan olaylardan, rəhbərliyin həyata keçirdiyi səriştəsiz idarəçilikdən, rayonun müxtəlif ərazilərində əmələ gələn saysız-hesabsız sosial problemlərin varlığından və.s bəhs etmişdik. Düzdür, yaşanan sosial problemlərin varlığı haqda ictimaiyyətə az-çox məlumatlar versək də, amma əksəriyyətin gözləmədiyi, ağlına belə gətirmədiyi məqamlara toxunmamışdıq. Yalnız yazıb onu qeyd etmişdik ki, icra başçısı vəzifəsini daşıyan şəxs, rəhbərlik etdiyi şəhərdə, rayonda yerli sakinlərə bir çox göstəriciləri, davranışı və digər xarakterik xüsuiyyətləri ilə nümunə olmalıdır. Buna səbəb, icra başçısı vəzifəsini daşıyan şəxsin, ölkə rəhbərinin yerlərdə səlahiyyətli nümayəndəsi olmasıdır.
Amma təəssüf doğuran hal odur ki, bu gün bir çox vəzifə sahibləri kimi, Qax rayon rəhbərliyi də, tələb olunan göstəricilərə cavab verməyən vəzifə sahiblərindən biri hesab olunur. Buna səbəb olan amillərdən ən əsası, cənab Musa müəllimin kifayət qədər hazırlıqlı şəxs olmaması və atdığı addımları yüz ölçüb bir də biçə bilməməsidir. Məsələn, onun atdığı addımlardan biri haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə qeyd edir ki, hələlik adını çəkmək istəmədiyimiz xanım bir "jurnalist" (..alə adlı), bir müddət bundan əvvəl Musa müəllimin qəbuluna üz tutur. Diqqəti cəlb edən hal o olur ki, rayon rəhbərliyinin hüzuruna üz tutan xanım "jurnalist"lə, Musa müəllimin "duzlu-məzəli" söz-söhbəti bir müddət davam edir. Və elə ki, ümumi söz-söhbətə yekun vurulur, bu zaman cənab başçı xanım "jurnalist"i inşaası başa çatdırılmış hamam və tualeti göstərmək fikrinə düşür və ona oranı da göstərir. Əldə etdiyimiz digər məlumatlara görə, hamam, tualet icra başçısının əyləşdiyi iş otağına lap bitişik yerdədir və onlardan yalnız səlahiyyət sahibi olan vəzifə sahibi istifadə edir. Həmin vaxt dəvəti qəbul edən xanım "jurnalist" dərhal ayağa qalxır və inşaası başa çatdırılmış hamama, tualetə "baş çəkmək" zorunda da qalır.
Diqqəti cəlb edən digər hal da odur ki, xanım "jurnalist"i cənab Musa Şəkiliyevin qəbuluna istiqamətləndirən başqa bir KİV nümayəndəsi olur.
Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, rayon rəhbərliyi iş saatlarında əhəmiyyət kəsb edən problemlərin həlli ilə deyil, etik qaydalara sığmayan əməllərlə məşğul olduğundan, o, öz adı ətrafında müəyyən söz-söhbətlərin də əmələ gəlməsinə şərait yaradır. Mənbə onu da bildirir ki, adətən Musa müəllimin xanım "jurnalist"lərlə görüş yeri, paytaxt Bakımızda metronun Elmlər Akademiyasının ətrafı olurdu. Son vaxtlar isə, onun belə bir görüş yerləri şəhərimizin Yeni Yasamal ərazisində baş tutur.
Bu kimi olaylara toxunmaqda məqsədimiz ondan ibarətdir ki, cənab Musa müəllimə qarşı belə bir ictimai münasibətin formalaşmasına səbəb, yalnız onun atdığı addımlar olur. Bəlkə də, Musa Şəkliyevin xeyli müddət rayonun meşə təsərrüfatına rəhbərlik etməsi, onun belə bir düşüncə sahibi olmasına səbəb olan amildir. Nə demək olar, bəlkə də qeyd etdiyimiz amil əsas səbəbdir.
Bəli, bu gün Qaxda rəhbərliyi həyata keçirən cənab Musa müəllim, atdığı addımları ilə hər kəsin diqqətini özünə cəlb etməkdədir. Məsələn, o, ona verilmiş səlahiyyətlərdən geninə-boluna yararlanaraq qohum-əqrəbasını, özünə yaxın bildiyi şəxsləri "yağlı" vəzifələrə təyin etdirib. Hətta elə hallar da olur ki, rayon rəhbərliyinin müxtəlif vəzifələrə "əyləşdirdiyi" vəzifə sahibləri, müəyyən söz-söhbətlər zamanı bildirirlər ki, "bizim arxamızda Musa müəllim dayanıb, kim bizə nə deyə bilər" deyirlər. Elə bu arxayınçılığın nəticəsidir ki, hal-hazırda rayonun təsili bərbad gündədir, səhiyyəsi rüşvətxorluq girdabında çabalayır, sosial həyatında analoqu olmayan problemlər yaşanır, yerli icra strukturlarında süründürməçilik halları tüğyan edir, sakinlərin ictimai narazılığı pik həddə çatıb. Sözsüz ki, bu kimi olayların məsuliyyəti, birbaşa rayon rəhbərliyinin üzərinə düşür.
P.S. Yaxın bir-iki günə, Qax rayon rəhbərliyi ilə bağlı bəzi məqamların açıqlamasını, geniş oxucu auditoriyanın diqqətinə çatdıracağıq. Bu zaman əldə etdiyimiz fotoşəkillərdən, mənbə kimi də istifadə etməyə çalışacağıq. Odur ki, diqqətiniz bizdə, eyni zamanda sizləri müəyyən mətləblər haqda məlumatlarla məlumatlandırmağa çalışacağımız açıqlamalarımızda olsun.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu