Kürdəmir rayonu inkişaf yolunda
Son vaxtlar Kürdəmirdə tikinti-abadlıq işləri ilə əlaqədar xeyli canlanma hiss olunur. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə rayonda abadlıq aylığının keçirilməsi barədə rayon İcra Hakimiyyəti Başçısnın müvafiq sərəncamı bu istiqamətdə görüləcək işlərə aydınlıq gətirmiş, konkret vəzifələr müəyyən etmişdir.
Müəyyən edilmiş abadlıq ayı çərçivəsində hazırda küçə və meydançalar təmizlənir,səkilər qaydaya salınır,hasarlar rənglənir,digər bərpa işləri həyata keçirilir.Keçirilən iməciliklər işlərin görülməsinə xüsusi təkan verir.Bu yolla rayon mərkəzində və rayonun boş ərazilərində ağaclar əkilir,yeni yaşıllıqlar salınır.
Rayonda görülmüş və görülməkdə olan işlərə nəzər salsaq deyə bilərik ki, Kürdəmir şəhərinin küçə və prospektləri tikinti meydanını xatırladır.Çəkilməkdə olan istinad divarları milli memarlıq üslubunda tikilir,küçələr boyunca müasir işıq dirəkləri qoyulur,divarlar aqlay matreialı və keramik tavalarla üzlənir,piyada yolları və səkilər mozaik örtüklərlə düzəldilir.
Şəhərin mərkəzində nəqliyyat sıxlığını azaltmaq və avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə şəhər ətrafında dolama yollar çəkilmişdir.Bundan əlavə Kürdəmir şəhərində uzunluğu 1700 metr olan Vaqif küçəsinin dörd zolaqlı yola rekonstruksiya edilməsi başa çatdırılmış,yol boyunca dekorativ hasarlar çəkilmiş ,əsası yenidən üzlənməklə təzə asfalt örtüyü vurulmuş,yeni ikitərəfli piyada yolları çəkilmiş,müasir tipli işıqlandırma dirəkləri quraşdırlmışdır.
Uzunluğu 20 metr, hündürlüyü 8 metr olan rayona giriş monimentinin quraşdırılmasına hazırlıq işləri aparılır.
Hazırda şəhərin M.F.Axundov ,Şəhriyar,Babək və s. küçələrində ,Heydər Əliyev prospektində yenidənqurma və abadlıq işləri davam etdirilir.Vağzalyani ərazidə hər biri üç fəvvarədən ibarət olan kompleks inşa edilir.Heydər Əliyev parkında drenaj şəbəkəsi işlənilir və asfalt örtüyü çəkilir.
Rayonun Mürtülü və Xınıslı kəndlərində hər biri 180 şagird yerlik tam orta məktəbklərinin tikintisi davam etdirilir.Rayon mərkəzində tikiləcək hər biri 100 uşaq yerlik iki uşaq bağçasından birinin beton özülü qoyulmuş,digərində isə bu iş yaxın günlərdə başlanacaqdır.Su və Kanalzasiya xətlərinin çəkilişi də davam etdirilir.
Rayonda diqqəti cəlb edən və xüsusi razılıq doğuran işlərdən biridə Şəhidlər Xiyabanın yenidən tamamilə qurulmasıdır.Burda Qəhrəmanlıq abidəsi ucaldılır.
Rayonda tikinti-abadlıq işləri ,əldə ediləcək mühüm nəticələr eyni zamanda Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə laiqli töhvə olacaqdır.
Bütün bu işlərin görülməsində rayon rəhbərliyinin böyük zəhməti vardır.
Hazırda Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərovdur. C. Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir. C. Cəfərov 03 .03 2011-ci il tarixdən 16.04.2014 tarixədək Tərtər rayon İcra Hakimiyyətinin başçısı işləmişdir və onun Tərtər rayonunda abadlıq və quruculuq yolunda gördüyü işlər və fəaliyyəti danılmazdır.
C. Cəfərovun Kürdəmir rayonunda görəcəyi işləri və fəaliyyəti layiqli və təqdirəlayiq olacaqdır.
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil