Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Qaxda daha bir layihə reallaşmışdır
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2003-cü ildən uğurla davam edir. Qrant yardımı proqramı çərçivəsində indiyədək rayonda bu layihə də daxil olmaqla, 5 layihə reallaşmışdır. Bu layihələr əsasən təhsil, tibb və ekologiya sahələrini əhatə edir.
Qeyd olunan layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında 2013-cü il oktyabrın 18-də imzalanmışdır.
Ekologiya sahəsini əhatə edən bu layihənin əsas məqsədi Qax rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasını təmin etməkdir. Bu məqsədlə Qax şəhərindən kənarda yanma kameraları inşa olunmuşdur.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyi yarım il ərzində Qax rayonuna ilk dəfə səfər etdiyini, rayonun füsunkar təbiətinin onu valeh etdiyini bildirmişdir. Diplomat qeyd etmişdir ki, tullantıların idarə olunmasının təkmilləşdirilməsi insanların gündəlik həyatı üçün çox önəmlidir. Səfir layihənin bu baxımdan gələcəkdə də öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülmüş işlərlə yaxından tanış olmuş, çeşidləmə bunkerlərinə baxmış, yanma kamerasının iş prinsipini izləmişlər.
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil