Qaxda Gül bayramı
Bolge
Oxunub: 3 528
10 may 2014 | 13:23
Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir. Əlamətdar gün münasibəti ilə artıq neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində "Gül bayram"larının keçirilməsi bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş Dahi Şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
Bu gün Qax rayonunda da əsil bayram ovqatı yaşanmaqdadı. Həzin musiqi sədaları günəşli may günündə hər bir qaxlını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Heydər Əliyev Parkında keçirilən ümumrayon "Gül bayramı"na səsləyirdi. Park başdan-başa gül-çiçəyə bürünmüşdü.
Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Gül bayramında təbii güllərdən hazırlanaraq nümayiş etdirilən əl işləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olurdu. İştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar.
Rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər güllər düzdülər. Sonra tədbir iştirakçıları Heydər parkında hazırlanmış gül kompozisiyaları və əl işləri ilə tanış oldular.
"Gül bayramı"ndan sonra Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə elmi- praktik konfrans keçirilmiş, tədbir Nizami parkında təşkil olunmuş konsert proqramı ilə yekunlaşmışdır.
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Qaxda Gül bayramı
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil