Gəncədə "Bayraq Günü" münasibəti ilə təntənəli bayram tədbiri keçirilib
Tədbirə möhtəşəm memarlıq incisi Zəfər Tağından start verilib. Bir qrup gəncin iştirakı ilə veloyürüş təşkil olunub. Velosipedçilər xüsusi köynəklərdə, bayraqlı velosipedlərlə şəhərin bir sıra prospekt və küçələrindən keçərək Bayraq Meydanına qədər olan məsafəni qət ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri, kollektivlər və şəhər sakinlərinin iştirak etdiyi Bayraq Meydanında düzənlənən tədbirdə əvvəlcə hərbi keçid olub. Üçrəngli bayrağımız hərbçilərin, gənc şahinlərin çiynində nümayiş etdirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıq elan edib. Şəhər rəhbəri tədbir iştirakçılarını salamlayaraq, Bayraq Günü münasibəti ilə sakinləri təbrik edib. O, həmçinin ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan Bayraq Gününün respublikanın ikinci böyük şəhərində də böyük ruh yüksəkliyi ilə qeyd edildiyini diqqətə çatdırıb. Elmar Vəliyev Prezident İlham Əliyevin məlum fərmanı ilə dövlətimizin əsas atributuna olan hörmət və ehtiramın daha da artırıldığını qeyd edib.
Bayram tədbirinin rəsmi hissəsindən sonra Gəncənin gənc incəsənət ustaları və rəqs qruplarınun iştirakı ilə geniş konsert proqramı düzənlənib.
Qeyd edək ki, Gəncə çayının sağ sahilində yerləşən Bayraq Meydanının 2011-ci ildə tikintisinə başlanılıb. 2012-ci ilin yanvar ayının 21-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub. Bayrağın postamenti 4 m, dirəyinin hündürlüyü 100 m, bayrağın eni 25 m, uzunu isə 50 m-dir.

http://www.ganjanews.az

Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə