2500 manat ver birinci qrup əlil ol – BƏRDƏDƏ

Bölgələrdə fəaliyyət göstərən bəzi tibbi-sosial ekspert komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat etməkdədir.
Bildiyimiz kimi, vətəndaşların dəfələrlə kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntuları qeyd olunub.
Əlillik təqaüdü ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, ağır xəsarət alma, eyni zamanda əmək zədəsi, peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada iştirak etmək və digər səbəblərə görə verilir. Əgər əlillik hərbi xidmət zamanı baş veribsə, o zaman təqaüdün miqdarı bir qədər çox olur. Çox təəssüflər olsun ki, bu gün ölkədə saxta əlillərin sayı heç də az deyil. Söz yox ki, onların sayının artmasının əsas günahkarı məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan tibbi sosial ekspert komissiyaları (TSEK) və onların sədrləridir.
Azerinews.org-a Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Rəfail Quliyevlə bağlı ilginc məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, vətəndaşlar komissiyaya düşmək üçün aylarla gözləməli olurlar: «O sağlıq durumunda heç bir problemi olmayan vətəndaşlara əlillik dərəcəsinin verilməsini təmin edir. Bərdə TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Onun rəhbəri olduğu komissiyada asanlıqla əlillik dərəcəsi almaq mümkündür. Belə ki, 1-ci, 2-ci və 3-cü qrup əlillik dərəcəsinin əldə olunması üçün sədrlə birbaşa ünsiyyətdə olmaq lazımdır. O nəyi necə etməyi vətəndaşlara başa salır. Əksər hallarda TSEK rəhbərliyi əmək qabiliyyətini itirən şəxsin haqqı olan əlillik dərəcəsini təyin etməkdən bilərəkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Saxta əlillik dərəcəsi almaq istəyənlərin tələbləri isə bir sıra yollara baş vurmaqla həll olunur. Rəfail Quliyev ekspertizadan keçən, xəstəliyi məlum olan və xəstəliyə görə pensiya müəyyənləşən insanları incidir. Həqiqi xəstələr qalıb bir yanda, burda bazar açıblar. Hazırda 1-ci qrup əlillik dərəcəsi alınması üçün sədrə 2500 dəfə «minnətçi» düşmək lazımdır. Tərtər və Bərdə rayonlarında hər kəs yaxşı bilir ki, TSEK-dəki komissiyadan keçib “müsbət” cavab almaq üçün Rəfail Quliyevlə razılıq əldə etməlisən». Əldə etdiyimiz məlumatlara görə, işini qeyri-şəffaf quran TSEK sədri məhz qanunsuz yollarla külli miqdarda gəlir əldə edir. Deyilənə görə, onun Bərdə rayonunda bir neçə mağazası, qoyunçuluq ferması, eləcə də Bakıda dəbdəbəli villası var. Bundan başqa Bərdənin çıxışında bu yaxınlarda tikintisinə başlanılan restoranın da TSEK sədrinə məxsus olduğu deyilir. Ümidvarıq ki, ƏƏSMN rəhbərliyi bu şəxslə bağlı tezliklə ölçü götürüb 21 saylı TSEK-də şəffaflığı bərqərar edəcəklər. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı