Xuliqanlıq edən icra başçısına yeni vəzifə verildi

Bir müddət əvvəl Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılan Gəncənin Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayevə yeni vəzifə verilib
Gəncədəki mənbələrdən əldə edilən məlumata görə, Məharət Mustafayev bu yaxınlarda Gəncə Şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin olunub. Qalmaqallı hərəkətləri ilə ad çıxaran Məharət Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olub. Onu da qeyd edək ki, icra başçısı vəzifəsini itirsə də Məharət Mustafayev qeyri-rəsmi şəhərin baş memarı vəzifəsini icra edirdi. Onun təyinatı isə bu günlərdə rəsmiləşdirilib.
Xatırladaq ki, Məharət Mustafayev hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb (bu barədə mətbuatda da kifayət qədər yazılıb). Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub.
Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, M.Mustafayevin adı bu tipli insidentlərdə ilk dəfə hallanmır. Sabiq başçının hələ ötən ilin iyun ayında Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.
Bundan başqa, M.Mustafayevi adı avtobus sürücüsünün burnunu qırmaqda, polis əməkdaşını döyməkdə də hallanırdı.
Xatırladaq ki, M.Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmamışdan əvvəl Yevlax rayon torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb.(gununsesi.info)
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı