Neftçalanı bir-birinə vuran xanım icra nümayəndəsindən icra başçısı niyə vaz keçə bilmir?
Bolge
Oxunub: 1 210
29 may 2016 | 08:52
Neftçalanı bir-birinə vuran xanım icra nümayəndəsindən icra başçısı niyə vaz keçə bilmir?











Son zamanlar Neftçala rayonunda sakinlərin əsas narazılıq obyektilərindən biri Neftçala şəhər icra nümayəndəsi Gülqədəm Mirzəzadədir

Neftçala şəhərinin xanım icra nümayəndəsinin fəaliyyəti Neftçala şəhərində ciddi narazılıq yaradır və xanım icra başçısı tək özünü deyil, həmçinin Neftçala rayon İcra başçı İsmayıl Vəliyevi də narazılıq obyektinə çevirir.

Son zamanlar xanım kadrların icra hakimiyyətlərində başçı müavini, ya da başqa məsul vəzifələrə təyin olunmaları bir ənənə halını almaqdadır. Bu ənənə qadınların cəmiyyətimizdə və ölkənin idarəetməsində rolunun artırılması üçün nəzərdə tutulsa da, bəzən irəli çəkilən xanım kadrlar rayonlarda narazılıqların yaranması üçün katalizatora çevrilirlər. Elə ənənəyə uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də şəhər icra nümayəndəsi vəzifəsinə bir xanımı nümaynədə təyin təyin edib. Elə bu təyinatdan sonra da Neftçala xanım nümaynədənin fəaliyyəti əsas narazılıq obyekti olub.

Öncə qeyd edək ki, Neftçaladan narazı sakinlərin Anaxeber.az-a ünvanlıdıqları şikayətdə bildirilir ki, İsmayıl Vəliyev Neftçalaya qadın kadr təyin edərkən “quşu gözündən vurub”. Çoxlu sayda xanım kadrlar içindən İsmayıl vəliyevin seçimi məhz Neftçalada heç də müsbət reputasiyaya sahib olmayan bir xanımın üzərində düşüb. Və bu zaman Gülqədəm xanımın natamam orta təhsilli olması da İsmayıl Vəliyevin “seçiminə” təsir etməyib.

Belə ki, bir müddət əvvəl mətbuatda Gülqədəm Mirzəzadənin diplomunun saxta olması ilə bağlı məlumat yayılıb. Bu məsələ ilə bağlı Anaxeber.az-ın Neftçala da apardığı araşdırma aparıb. Gülqədəm xanımı yaxından tanıyan Xıllı qəsəbə sakinlərinin bildirdiyinə görə Gülqədəm Mirzəzadə orta məktəbi belə qurtarmayıb və natamam təhsil alıb. İsmayıl Vəliyev Neftçalaya icra başçısı təyin olunduqdan sonra isə birdən birə Gülqədəm xanımın ulduzu parlayıb. Elə vəzifə həvəsinə düşən Gülqədəm xanıma təcili diplom gərəkib. Diplom almaq üçünsə Gülqədəm xanımı Qazaxa yönləndiriblər. Anaxeber.az-ın əldə etdiyi məlumata görə Gülqədəm Mirzəzadənin Azərbaycan Müəllimlər İnstitunun Qazax filialından aldığı diplom həqiqətən də saxtadır və bu saxta diplom Gülqədəm Mirzəzadəyə saxta diplom alverinə görə həbs olunan Azərbaycan Müəllimlər İnstitunun Qazax filialının sabiq direktoru İsa Veyisov tərəfindən Gülqədəm Mirzəzadəyə satılıb. Yəni kamal atesstatı belə olmayan Gülqədəm xanım çox asanlıqla diploma sahib ola bilib. Və hətta iddiaya əsəasn Gülqədəm Mirzəzadənin adı Azərbaycan Müəllimlər İnstitunun Qazax filialında belə getməyib. İsa Veyisov sadəcə Gülqədəm Mirzəzadənin adına Təhsil Nazirliyinin nömrələnmiş diplomunu verib.

Diplomunu aldıqdan həmən sonra isə Gülqədəm Mirzəzadə Neftçala rayon Xıllı qəsəbə nümayəndəsi vəzifəsinə təyin olunub. Burdakı fəaliyyəti ilə sakinlərin ciddi narazılığına səbəb olmasına baxmayaraq, bir müddət sonra Neftçalanın icra başçısı Gülqədəm Mirzəzadəni daha məsuliyyətli və daha gəlirli vəzifəyə təyin edib. Adi savadı olmayan və diplomunun da saxta olduğunu bütün rayonun bildiyi Gülqədəm Mirzəzadənin İsmayıl Vəliyev üçün niyə sevimli kadra çevrilməsi isə Neftçala sakinləri üçün hələ cavabsız sualdır. Çünki daha əvvəllər İsmayıl Vəliyev Neftçalada apardığı abadlıq işlərinə görə neftçalalıların rəğbətini qazanıb. Lakin rayon mərkəzinin və bir neçə iri qəsəbədə Gülqədəm Mirzəzadənin hakimi mütləq olması Neftçala sakinlərinin heç də xoşuna gəlməyib və hazırda İsmayıl Vəliyevin Gülqədəm Mirzəzadə “sindromu” neftçalılarla İsmayıl Vəliyevin arasında narzılıq “almasına” çevrilib.

Anaxeber.az-a daxil olan məktubda bildirilir ki, Neftçalanı istədiyi kimi idarə edən xanım icra nümayəndəsindən İsmayıl Vəliyevə dəflərlə kütləvi şikayətlər olsa da, başçı bu şikayətləri eşitmək istəmir. Hətta Gülqədəm Mirzəzadənin yaxınlarının Neftçalada törətdikləri özbaşınalıqları da İsmayıl Vəliyev görməməzlikdən gəlir. Belə ki, bir müddət əvvəl Gülqədəm Mirzəzadənin həyat yoldaşı Əbdüləzim birdən birə Neftçalada “Çay Evi”nin sahibinə çevrilib. Elə həmin “Çay Evi”ndə də Əbdüləzim bir müddət əvvəl Neftçala şəhər bələdiyyəsinin keçmiş sədri Ağayar Dadaşovu döyüb. Döyülmə şahidlərin qarşısında baş verib və Ağayar Dadaşov çoxlu sayda xəsarət almasına baxmayaraq, rayonda Gülqədəm Mirzəzadənin həyat yoldaşına qarşı Ağayar Dadaşovun şikayəti qəbul olunmayıb. Şikayətin qəbul olunmamasının səbəbini isə neftçalalılar İsmayıl Vəliyevin hüquq-mühafizə orqanlarına verdiyi tapşırıqla əlaqələndirirlər.

Həmçinin Anaxeber.az-a daxil olan məktubda göstərilir ki, Gülqədəm Mirzəzadə insanlarla həddindən artıq kobud davranır. Qəbuluna gələn insanlara qarşı vəzifə borcundan irəli gələn hörmət nümayiş etdirməyən şəhər nümayndəsi hətta yanına gələn şikayətçiləri otağından qovur, onları söyərək aşacılayır. Bu hallar hətta Qarabağ əlilərinə qarşı da baş verir.

Qeyd edək ki, Gülqədəm Mirzəzadənin qəbulunda baş verən qalmaqallarla bağlı növbəti yazımızda oxucularımızı daha ətraflı və şahidlərin ifadəsi ilə məlumatlandıracağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı