Kürdəmir ƏSMM-də Asif Abdullayev «böhranı»
İddialara görə, direktor yuxarıların «haqqı»nı verərək, məsələləri ört-basdır etməyə çalışır
Kürdəmir rayonu Əhalinin Sosial Müdafiə Mərkəzində özbaşınalıq pik həddə çatıb. Rayon sakinləri mərkəzin direktoru Asif Abdullayevin əlindən zinhara gəliblər. Redaksiyamız xəbər verir ki, edilən ardıcıl şikayətlərə baxılmaması isə mərkəz direktorunun daha da əl-qolunu açır.
Həmin şikayət məktubunda vurğulanır ki, ünvanlı sosial yardımların verilməsində neqativ halların çoxluğu, yardımların konkret olaraq rüşvət qarşılığında təyin olunması ilə bağlı yetərli qədər etiraz var.
Redaksiyamız vasitəsiylə Prezident İlham Əliyev, millət vəkili Mehriban Əliyeva və Baş Prokurorluğa ünvanlanmış müraciətdə deyilir ki, Asif Abdullayev ünvanlı sosial yardımların elektron qaydada təqdim edilməsi barədə qərarın çıxmasından sonra daha da özbaşınalığa qol qoyub. «Rayon camaatının yüzlərlə şikayətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab olaraq konkret faktlar istəyib. Maraqlıdır, Səlim Müslümov daha hansı faktları istəyir? Məgər bizim yazdıqlarımız, təqdim etdiklərimiz fakt deyilmi?:»
Şikayətçilər yazırlar ki, mərkəzin direktoru Asif Abdullayev bütün işçilərinə qəti tapşırıq verib ki, ünvanlı sosial yardım təyin olunmuş şəxslərdən məcburi qaydada pul tələb etsinlər. «Xüsusilə, bu sahədə Arzum Həmidov, Nemət İsmayılov, Ramin Mürsəlov, Hamil Hidayətov və digərləri sosial yardım təyin olunan vətəndaşları mərkəzə dəvət edərək, onlardan rüşvət tələb edirlər. Bildirirlər ki, «sizin işinizi biz düzəltmişik 3,4 və ya 5 ayın sosial yardımın verməlisən». "Bu günün sabahı var", yaxud da "sosial yardımınızı " kəsəcəyik sözləri ilə hədələyərək, pullarnı əllərindən alırlar. Acınacaqlısı odur ki, qanunlardan xəbərsiz olan vətəndaşlar onların təklifi ilə razılaşmalı olur».
Edilən şikayətlərə rəğmən, Asif Abdullayevlə bağlı tədbirlərin görülməməsi Kürdəmir sakinlərinin daha da qəzəbinə səbəb olub. Çünki onlarda belə bir qənaət formalaşıb ki, mərkəz direktoru və onun işçilərinin adamları nazirliyin yüksək vəzifəli şəxsidir. Və bu səbəbdən də edilən şikayətlər gözardı edilir.
Daha sonra qeyd edilir ki, Kürdəmir ƏSMM-də baş verənlərdən icra başçısı Ceyhun Cəfərov və yerli hüquq mühafizə orqanlarının da xəbər var. Onların sözlərinə görə, sadəcə, Asif Abdullayevin onlara vaxtında «haqq» verməsi baş verənlərə göz yumulmasına gətirib çıxarıb.
Redaksiyamıza yazan şikayətçilər qeyd edirlər ki, mərkəz direktoru etik normaları da gözləmir. Belə ki, Asif Abdullayev dəfələrlə içkili vəziyyətdə vətəndaşları qəbul edib.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı