Vidadi İsayevin işçisi bələdiyyə sədrlərini «tas»a qoyub

Şöbə müdiri Zaur Bəylərov özbaşına əməllərindən nə vaxt əl çəkəcək? Bərdədən AzFakt.com-a daxil olan məlumata görə, rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov bələdiyyələri cana doydurub. Belə ki, rayon icra başçısı Vidadi İsayevlə çox yaxın münasibətlərə malik olan şöbə müdiri icra başçısının bu etimadından istifadə edərək bələdiyyə sədrlərini gözüm çıxdıya salıb. Məlumatda bildirilir ki, Zaur Bəylərov rayon bələdiyyə sədrlərinin yığdıqları vəsaitləri məcburən onların əlindən alır. Belə ki, bələdiyyələrin vətəndaşlardan yığdıqları vəsaitlərə çökən şöbə müdiri heç kəsi saya salmayaraq həmin vəsaitin ona çatacağını bildirir. Məlumata görə, bütün kənd bələdiyyələrinin büdcəsini boşaldan Zaur Bəylərovun bu etdiyi ən böyük özbaşınalıq və cinayətdir. Çünki icra başçısı Vidadi İsayevə arxalanan bu şəxs heç kəsi saya salmır. Bələdiyyələr vətəndaşlardan zorla yığdıqları vəsaitlə hansısa bir iş görmək istəsələr də, bu pullar Zaur Bəylərova qismət olur. İnformasiya mənbəmiz qeyd edir ki, bu yaxınlarda bir qrup bələdiyyə sədri Bərdə rayon İcra Hakimiyyətinə gələrək Zaur Bəylərovun qəbulunda olublar. Bezmiş bələdiyyə sədrləri şöbə müdirinə açıq deyiblər ki, artıq onlar qapı-qapı düşüb, söyülə-söyülə vəsait yığmayacaqlar. İddialara görə, Zaur Bəylərov bələdiyyə sədrlərinə deyib ki, hər hansı bir şikayətiniz varsa rayon icra başçısı Vidadi İsayevə deyin. Şöbə müdirinin bu cür özbaşınalığından bezən bələdiyyə sədrlərinin prezidentə şikayət edəcəkləri gözlənilir. Bildirək ki, Zaur Bəylərovun qaynanası Vidadi İsayevin ştatdan kənar katibəsidir və bir müddət əvvəl icra başçısının kabinetində məhz şöbə müdirinin qaynanası ilə başçısının digər xanım müavini arasında saçyoldu davası olmuşdu. Həmin saçyoldu davasının təfərrüatını va hansı səbəbdən baş verdiyini yaxın günlərdə oxuculara açıqlayacağıq. Qarşı tərəfi də dinləyə bilərik.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı