IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncə şəhərində olublar
Bolge
Oxunub: 1 976
5 okt 2014 | 11:10
IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncə şəhərində olublarQonaqlar Gəncə şəhərinin tarixi və mədəniyyət abidələri ilə tanış olduqdan sonra, görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə hərs olunan beynəlxalq konfransda iştirak ediblər.

Gəncəyə səfər edən IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları şəhərlə tanışlığa Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksindən başlayıblar. Nizami Gəncəvi məqbərəsi və muzeyində olan qonaqlar, Məhsəti Gəncəvi Mərkəzinə gəlib, burada nümayiş olunan eksponatlarla tanış olublar. 28 ölkədən 38 nəfərlik nümayəndə heyəti daha sonra Cavad xan küçəsini gəzib, qədim Gəncə xanının məzarını ziyarət ediblər. Çökək hamam və Cümə məscidi ilə tanışlıqdan sonra xarici qonaqlar Heydər Əliyev parkına gələrək Ulu öndərin adını daşıyan mərkəz və burada yaradılan şəraitlə tanış olublar. Sonra görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə hərs olunan beynəlxalq konfransa qatılan qonaqlar Azərbaycanda, xüsusən də ölkənin ikinci böyük şəhəri olan Gəncədə olmaqdan məmnun olduqlarını bildiriblər.
Rza Talibi Dəryani - Alman və Azərbaycan forumunun sədr müavini: "Həqiqətən, bu səfərdə bilmirdim Gəncəyə gəlim ya Qəbələyə gedim. Sonra dostlarla danışdım. Özüm də bilirdim ki, Gəncə ədəbiyyat mərkəzidir, Gəncəni görmək çox vacibdir. Mən rəhmətlik Nizami Gəncəvinin türbəsini gördüm. Mən fəxr edirəm ki, mənə bu cür mədəniyyət və ədəbiyyat mərkəzinə gəlib, yaxından tanış olmaq nəsib oldu".
Tauçammer Gertrud - Avstriyalı jurnalist: "Bu Azərbaycana ikinci səfərimdir. İlk dəfə Azərbaycana 2008-ci ildə gəlmişəm. Gəncənin bu qədər inkişaf etməsi məni sevindirir. Düşünürəm ki, Azərbaycan zəngin tarixi və mədəniyyəti ilə fəxr etməlidir. Mən buradan xoş təəssüratlarla ayrılıram."
Zarifi Khomrokhon -Tacikistanın keçmiş xarici işlər naziri: "Qədim Gəncədə olmaq mənim üçün çox maraqlıdır. Çünki Nizami Gəncəvi bir şair, filosof və alim kimi Tacikistanda çox məşhurdur. Biz onun şeirlərini öyrənmişik və taciklər Nizami Gəncəvini çox yaxşı tanıyırlar. M. Ş. Vazeh də bizim ölkədə çox məşhurdur. Hətta bizim xalq onu özününkw kimi qəbul edir. Mən əminəm ki, bu şəxsiyyətlər sadəcə Tacikistanda deyil, bütün dünyada məşhurdurlar".
Konfransda qeyd olundub ki, qısa vaxt ərzində bir çox xarici ölkələrin arxivlərindən Gəncəli müdrikin əlyazmalarının surətləri gətirilərək nəfis şəkildə nəşr edilib. Görkəmli ədibin həyat və fəaliyyətini əks etdirən muzey yaradılıb, şairin adına park salınıb və heykəli ucaldılıb. Konfransda Mirzə Şəfi Vazehin yaradıcılığının tədqiqi, nəşri, təbliği, Almaniyada olan əsərlərinin araşdırılması, görkəmli şairin ədəbi irsinin daha dərindən öyrənilməsi və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

http://kepeztv.az
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə