"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
Bolge
Oxunub: 2 087
4 may 2016 | 15:31
Bu gün Gəncədə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin açılış mərasimi baş tutub. Mərasimdə Avropa Gənclər Forumu, Avropa Gənclər Paytaxtları Şəbəkəsi, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, Gənclərin Anlaşma və Mübadilə Təşkilatı, Nüfuzlu xarici milli şuralar, Xarici ölkələrin səfirləri də iştirak edib. Gün ərzində şəhərdə bir neçə tədbir keçirilib. Rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir günün ikinci yarısında Cavad Xan küçəsində davam etdirilib.

"Gəncə Avropa Gənclər Paytaxtı 2016"nın rəsmi açılış mərasimi Heydər Əliyev park-kompleksində ulu öndərin abidəsini ziyarətlə başladı. Heydər Əliyev Mərkəzində baş tutan toplantıda isə Prezident İlham Əliyevin "Gəncə Avropa Gənclər Paytaxtı 2016" münasibəti ilə gənclərə təbrik məktubu oxundu. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi münasibəti ilə çap etdirdiyi poçt markası nümayiş etdirildi. Ölkə gənclərinin qazandığı böyük nailiyyətlərdə Gəncə gənclərinin də böyük əməyi var və Gənclər paytaxtı seçilməsi Nizami yurduna köhnə qitə ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verəcək.
Bu gün Gəncədə “Gənclər evi” də istifadəyə verildi. Heydər Əliyev parkında 975 kv.m ərazidə inşa olunan “Gənclər evi” zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada idman zalları, müxtəlif dərnəklərin fəaliyyət göstərməsi üçün otaqlar, rəsm və video studiyası, konfrans zalı yerləşir. Ümumilikdə binada müxtəlif təyinatlı 50 otaq var. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. “Gənclər evi”nin açılışında iştirak edən avropalı qonaqlar da Avropanın Gənclər Paytaxtı seçilən Gəncədə gənclər üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər.
Andras Farkas- Avropa Gənclər Paytaxtları Şəbəkəsinin rəhbəri: "Təşkilatçılıq yüksək səviyyədədir. Ancaq tədbirin təşkilatçılığından əlavə, məni yaxşı mənada təəccübləndirən şəhərdə gənclər üçün yaradılan infrastruktur oldu. Biz 2014-cü ilin avqust ayında burda olmuşduq və gənclər mərkəzinin təməli qoyulmuşdu, artıq tikilmə prosesi gedirdi. Bu gün gənclər üçün belə bir mərkəzin istifadəyə verilməsini görmək çox yaxşıdır".
Anton Şaparin- Rusiya Gənclər Təşkilatları Milli Şurasının rəhbəri: "Biz ümid edirik ki, bu tarixi hadisə möcüzəvi şəhərə böyük töhfə verəcək. Burada çox binalar inşa edilib. Biz görürük ki, gənc siyasətçilərin yetişməsi Azərbaycanın dövlət prioritetlərindən biridir. İnanırıq ki, Azərbaycan və Avropanın əlaqəsi, həmçinin Azərbaycan və Rusiya əlaqələri ildən-ilə daha da möhkəmlənəcək".

"Gəncə Avropa Gənclər Paytaxtı 2016"-nın rəsmi açılışı çərçivəsində tədbirlər günün ikinci yarısında da davam etdirildi. Qonaqlar misgərlik, dulusçuluq, oymaçlıq kimi qədim sənət növləri ilə tanış oldu, rəsm əsərləri və əl işlərinə tamaşa etdilər. Gəzinti zamanı qonaqların iştirakı ilə üzərində Gəncə-Qazax bölgəsinin ornamentləri və “Gəncə AGP 2016” loqosunun əks olunduğu iki xalça kəsildi. Bayram ab-havasına bürünən küçədə qədim xalq çalğı alətləri ifaçıları öz məharətlərini göstərdilər.
Cavad xan küçəsindəki gəzintisi yekunlaşan qonaqların növbəti dayanacağı Məhsəti Mərkəzinin önü oldu. Burada onları Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi qarşıladı.
Kollektiv çox gözləməli olmadı... Qonaqlar burada milli rəqslərə tamaşa etdi, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarını dinlədilər. Avropalı qonaqlar Gəncə qonaqpərvərliyi və Azərbaycan mədəniyyətinə heyran qaldılar.
Maria Petrova- Gənclərin Anlaşma və Mübadilə Təşkilatının nümayəndəsi: "Gəncə çox möhtəşəm şəhərdir. Bu 3 gün ərzində burada olmaqdan çox şadam. Sizin qonaqpərvərliyinizə heyranam. Yeməklərinizi çox bəyəndim. Çayınız da çox dadlıdır".
Tədbirin davamı olaraq "Gəncə Avropa Gənlər Paytaxtı 2016" İctimai Birliyinin ofisi də istifadəyə verildi. Səmaya sülh rəmzi olan göyərçinlər və 2016 hava şarı buraxıldı.
3 mərtəbəli binada 23 nəfər fəaliyyət göstərir. 1000-ə yaxın könüllü Gəncə AGP 2016 İctimai Birliyində cəmləşib. Otaqlar müasir avadanlıqlar və internetlə təmin olunub.
Açılış mərasimindən sonra qonaqlar "Gəncə çay" park-bulvar kompleksi ilə gəzintiyə davam etdilər. Burada ADAU, ATU və GDU-nun kollektivləri qədim Azərbaycan şirniyyatlarını nümayiş etdirdilər. Daha sonra qonaqlar Gəncənin Hərbi Orkestrının müşayəti ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” parkına yollandılar. Burada könüllülərin iştirakı ilə flaşmob nümayiş olundu. Tədbir Azərbaycan Silahlı qüvvələrinin əsgərlərinin nümunəvi çıxışları və gənclərin “Azərbaycan, Azərbaycan” sədaları ilə yekunlaşdı.

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" tədbiri böyük coşqu ilə qeyd edilir

kepeztv/az
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı