Gədəbəy İcra Hakimiyyəti döyülən şəxsin xəstəxanaya yerləşdirilməsini yasaqlayıb
Bolge
Oxunub: 1 000
2 may 2016 | 12:49
Gədəbəy İcra Hakimiyyəti döyülən şəxsin xəstəxanaya yerləşdirilməsini yasaqlayıb











Natiq Ələkbərov: “Məmmədov qardaşları pullarına, İcra Hakimiyyətinə arxayın olub istədikləri qanunsuzluğu edirlər”

Gədəbəyin Arıqıran İnzibati Ərazi Dairəsində(İƏD) yaşayan Natiq Yaqub oğlu Ələkbərovu döyüb, boğublar. Onu döyənlərin əlindən zorla çıxan N.Ələkbərov sonrdan daha böyük haqsızlıqlarla üzləşib. N.Ələkbərov redaksiyamıza etdiyi şikayətdə bildirir ki, onu öldürmək istəyən Məmmədov qardaşlarının arxasında dayananlar Gədəbəyin İcra Hakimiyyətinin rəhbərliyində təmsil olunurlar:

“Aprelin 28-də Rabil və Əli Məmmədov qardaşları məni döydülər. Boynuma kəndiri salıb boğmaq istədilər. Məni öldürmək istəyirdilər. Zorla əllərindən çıxa bildim. Daxili İşlər Nazirliyin 102 xidmətini yığmaq istədim, telefonumu əlimdən alıb palçığın içinə atdılar. Bundan 2 gün əvvəl isə üstümə maşın sürmüşdülər. Döyüldüyüm gün birtəhər evə gəldim. Qardaşım oğlu təcili yardım çağırdı. Gədəbəy Rayon Xəstəxanasına aparıldım, orada yardım göstərdilər. Vəziyyətim ağır olsa da, xəstəxanada məni saxlamaqdan imtina etdilər. Bizimlə düşmənçilik edənlər Rabil, Əli, Ramil və Akif Məmmədov qardaşlarıdır. Atam Yaqub Ələkbərov balıq gölü düzəltmək üçün Arıqıran İnzibati Ərazi Vahidliyində torpaq sahəsi almışdı. Torpağımızı İcra Hakimiyyətindəki havadarları vasitəsi ilə zəbt elədilər. Bundan əvvəl mən meşədə gözətçi işləyirdim. Həmin vaxt meşə ərazisində Rabil Bəybala oğlu Məmmədov ”budka" tikirdi. Meşənin ərazisi olduğuna görə qanunsuzluq barədə Meşə Təsərrüfatı İdarəsinə məlumat verdim. Bildirdim ki, tikintinin dayandırılması haqda tələblərimi saymırlar. Məlumatı verdiyimə görə Rabil Məmmədov və qardaşları Əli, Ramil və Akif bizimlə düşmənçilik aparmağa başladılar. Məni və atamı təhqir etməyə, söyməyə başladılar. Məni 2 dəfə döydülər".

Natiq Ələkbərov deyir ki, Məmmədovların Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yaxşı münasibətləri var və xəstəxanaya qəbul olunmamasını xəstəxanaya icra hakimiyyətindən verilən göstərişlə izah edir: “Məmmədovların böyük qoyun sürüləri var, sahibkardırlar. 4 qardaşın 3-ü dövlətdən heç bir əsas olmadan pensiya alır. Arıqıran İƏD-in sədri Zahir Qarayev Məmmədovların xalası oğludur. Onun vasitəsi ilə bizə məxsus torpaqda göl düzəldirlər. Biz də şikayət edirik. Mənə Məmmədovlar açıq şəkildə deyirlər ki, pul bizdə, adam bizdə, İcra Hakimiyyəti bizim arxamızda. Mən də xəstəxanaya getdim, qəbul etmədilər. Ərizə yazıram baxmırlar. Görürəm ki, Məmmədovların dedikləri düz çıxır. Pulları da var, adamları da. Bizim kimi kasıb adamları əzirlər, haqqımızı yeyirlər. Gədəbəy xəstəxanasında məni qəbul etmədilər, məcbur olub Şəmkir Rayon Xəstəxanasına getdik. Orada da məni götürmədilər. Yəqin ki, buranın icrasından tapşırmışdılar deyə götürmədilər”.

Natiq Ələkbərov deyir ki, onu 2015-ci ilin yanvarında işdən çıxarıblar: “Meşə gözətçisi idim. Yazdılar ki, guya iş vaxtı ərazidə olmamışam. Halbuki yanvar ayında Gədəbəy meşələrində 1 metr qar olur. Həmin şəraitdə meşədə hansı qanunsuzluq ola bilər? Məni Məmmədovlar İcra Hakimiyyətindəki adamları vasitəsi ilə işdən çıxarıblar. Bu adamlar Gədəbəyin İcra Hakimiyyətinə arxayın olub istədikləri qanunsuzluğu edirlər. Məni döyüblər, boğublar, atamı təhqir ediblər, torpağımızı əlimizdən alıblar, Gədəbəyin hüquq-mühafizə orqanları şikayətlərimizə baxmır. Döyülməyimlə bağlı ərizəmi alıblar, amma heç bir tədbir görmədilər. Deyirlər ki, guya 2 qardaş məni döyəndə onlara daha ağır xəsarət yetirmişəm. Mən 2 nəfəri necə döyə bilərəm? 3 övladım var, biri əsgərlikdədir, vətəni qoruyur. Bu vətəndə bizim haqqımız, hüququmuz yoxdurmu?”

Natiq Ələkbərov hüquq-mühafizə orqanlarından üzləşdiyi qanunsuzluqla bağlı ölçü götürülməsini, obyektiv araşdırılma aparılmasını xahiş edir.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı