Kürdəmir SMM-in rəisi sərxoş vəziyyətdə qəbul keçirir?

Asif Abdullayev arxasında nazirliyin və icra başçısı Ceyhun Cəfərovun dayandığını deyir, vətəndaşlar isə Bakıya gəlib, etiraz aksiyası keçirəcəklərini deyirlər
Artıq bir neçə gündür mütəmadi olaraq Redaksiyamızın elektron ünvanına Kürdəmir rayonundan müxtəlif sahələrlə bağlı şikayət məktubları daxil olur. Həmin məktublar sırasında əsas üstünlük isə yerli Sosial Müdafiə Mərkəzində baş verən özbaşınalıqlarına verilib.
Rayon sakini Nazim Həsənov bizə yazır ki, onlar SMM-də baş verən olaylarla bağlı dəfələrlə həm nazir Səlim Müslümova, həm də aidiyatı qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmır. Onun sözlərinə görə, Kürdəmir SMM-in direktoru Asif Abdullayevin özbaşınalığından artıq beziblər və bu şəkildə davam edərsə, yığışıb Bakıya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında dərdlərini dilə gətirəcəklər.
Nazim Həsənov Redaksiyamıza yazdığı məktubunda qeyd edir ki, Asif Abdullayev rəhbəri olduğu qurumu bildiyi kimi idarə edir. Elə bu səbəbdəndir ki, mərkəzlə vətəndaşlar arasında narazılıq pik həddə çatıb. «Təsəvvür edin ki, Kürdəmir SMM-də müraciət edən vətəndaşa yuxarıdan aşağı baxırlar. Onlara qarşı münasibətlərdə bütün dəyərlər ayaqlar altına atılıb. Bu azmış kimi, Asif Abdullayev və işçiləri Arzum Həmidov, Ramin Mürsəlov, Elşad Qurbanov, Nemət İsmayılov, Hamil Hidayətov və daha bir neçə nəfər vətəndaşları süründürməçiliyə məruz qoyur, onları bezdirir, sənədlərini qəbul etməkdən imtina edirlər».
Şikayətçi vurğulayır ki, Kürdəmir SMM-ə müraciət edənlər arasında qadınlar da var. Lakin mərkəzin rəhbərliyi onlara qarşı da kobud davranır. «Artıq bu adi hal alıb. Mərkəzin içində qadın, uşaq, böyük, kiçik bilmədən istənilən səviyyədə nalayiq ifadələr eşitmək mümkündür. İşin əcaib tərəfi isə odur ki, bu ifadələri dilə gətirənlər elə SMM-in öz işçiləridir».
Nazim Həsənov bildirir ki, Kürdəmir SMM-də nazirliyin tətbiq etdiyi poçt vasitəsi ilə sənədlərin göndərilməsi prosesinə əmək olunsa da, yekun nəticə tamam başqadır. «SMM-in işçiləri birmənalı olaraq vətəndaşlara bildirirlər ki, əgər ünvanlı sosial yardım alarlarsa, o zaman mütləq mərkəzin işçilərinin və rəisinin haqqını çatdırmalıdırlar. Əks təqdirdə, həmin şəxslərin yardım almaması üçün bütün addımlar atılacaq».
Maraqlı məqamlardan biri də odur ki, Kürdəmir SMM-də hətta sürücü belə özünü nazirin ən yaxın adamı olaraq təqdim edir. Nazim Həsənov yazır ki, İmaməddin İbrahimov Mərkəzdə bildiyi şəkildə hərəkət edir və kimsə ona söz demək haqqına sahib deyil. Çünki qarşısındakı adamın kim olmağından asılı olmayaraq, həmin şəxsi təhqir edə bilər.
Redaksiyamıza məlumat verən Kürdəmir sakini qeyd edir ki, Asif Abdullayev də işçilərindən geri qalmır. Onun sözlərinə görə, davranış qaydalarına ümumiyyətlə riyayət etməyən mərkəz direktoru, hətta işi o qədər böyüdüb ki, vətəndaşları içkili halda qəbul edir. «Bu adamların bu qədər əl-qol açmalarının səbəbləri bizə məlumdur. Onların arxalarında Bakıda, nazirlikdə adamlar dayandığı qədər, rayonda da icra başçısı Ceyhun Cəfərov dayanır. Bunu özləri də açıq şəkildə deyirlər və kimsədən qorxmadıqlarını bildirirlər».
Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı