Sosialist İnternasionalının baş katibi Gəncədə rəsmi səfərdə olub
Bolge
Oxunub: 1 107
30 apr 2016 | 16:16
Sosialist İnternasionalının baş katibi Gəncədə rəsmi səfərdə olub"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təmsil etdiyimiz təşkilatın diqqət mərkəzindədir və bu problem tezliklə həll olunmalıdır". Bu açıqlamanı Gəncədə Sosialist İnternasionalının baş katibi Luis Ayala verib. Sosial Demokratlar Beynəlxalq ailəsinin nümayəndəsi təmsil etdiyi qurumun münaqişələrin həlli ilə bağlı öz töhfələrini verməyə hər zaman hazır olduğunu da dilə gətirib.

Luis Ayala- “Socialist International”ın baş katibi: "Mən Azərbaycanda tez-tez oluram. Əsas məqsədimiz dünyada azadlığın, sülhün bərqərarıdır. Gəncədə də bizi xoş qarşıladılar. Bu şəhərin qonaqpərvərliyi məni valeh etdi. Burada beynəlxalq tədbirlərin təşkili olduqca təqdirəlayiqdir".

Görüşdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyan Luis Ayala Gəncədə ilk dəfə olduğunu, şəhərin gözəlliyinin onu heyran etdiyini, çox qonaqpərvər əhalisi olduğunu söyləyib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Luis Ayalanı Nizami yurdunda salamlayaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı, Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi şəxsiyyətlər haqqında ətraflı məlumat verib.
Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində bu gün bütün sahələrdə sürətli inkişaf prosesi gedir. Şəhərin tarixi qorunmaqla müasir görkəmə salınır. Azərbaycana tez-tez gəldiyini qeyd edən Luis Ayala bildirib ki, burada möhdəşəm beynəlxalq tədbirlər təşkil olunur. Sosial Demokratlar Beynəlxalq ailəsini təmsil edən Luis Ayala xüsusi vurğulayıb ki, təşkilatın əsas prinsipi cəmiyyətdə azadlıq, onun hüquqları kimi ideaları müdafiə edir. Luis Ayala vurğulayıb ki, münaqişələrlə bağlı öz tövhələrini verməyə və quruculuq işləri görməyə təşkilat hər zaman hazırdır.

Görüşdən sonra Sosialist İnternasionalının baş katibi şəhərin gəzməli-görməli yerlərində olub. Əhali ilə həmsöhbət olmaq Luis Ayalada xoş təəssürat yaradıb.

Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı