Gəncənin icra başçısından Prezidentə və ölkənin birinci xanımına şikayət
“Atam icra başcının sözlərinə inanaraq Prezident İlham Əliyevə minnətdarlıq məktubu yazdı, amma…”
“Gəncə Şəhər icra hakimiyyətində mənə və atama verilən sözün bu günə kimi heç biri həllini tapmayıb”
Hörmətli redaksiya, xahiş edirəm bu müraciətimi Prezident İlham Əliyevə və ölkənin birinci xanımı, hörmətli Mehriban Əliyevaya çatdırasınız.
Bildirim ki, 30 iyun 2014 cü ildə İlham Əliyev Heydər oğluna atam Qocayev Hafizin maddi vəziyyətinin ağır olması, müflis vəziyyətinə düşməsi, evimizin satılması, acınacaqlı həyat şəratində yaşamağımız barədə müraciət etmişəm. Həmin müraciətimdən sonra Gəncə şəhər icra hakimiyyətinin başcısı Elmar Vəliyev atamı icra hakimiyyətinə dəvət etdi.
Gəncə Şəhər İcra Başcısı Elmar Vəliyev atama vəd verdi ki, səni münasib işlə təmin edəcəm və oğlunun müalicə olunmağına lazımı köməklikləri edəcəyəm. Atam Qocayev Hafiz də icra başcının sözlərinə inanaraq, icra hakimiyyətinin işcilərinin diqtəsi ilə, Cənab Prezident İlham Əliyevə minnətdarlıq məktubu yazdı.
Cənab Prezident İlham Əliyevə təşəkkür məktubu yazılandan sonra, Gəncə Şəhər icra hakimiyyətində mənə və atama verilən sözün bu günə kimi heç biri həllini tapmayıb.
Mən və atam buna görə də yenidən Heydər Əliyev Fonduna və Prezidentə çoxsaylı məktub ünvanlasaq da, bu günə kimi həmin müraciətlərə baxılmayıb.
Ailəmizdə heç bir şəxs işləmir, kirayə pulunun ödənilməsinə yaxın qohumlarımız tərəfindən köməklik olunur.
Diqqətinizə çatdırım ki, mənim nitqimin problemi və eşitmə qüsurum var və nitqimin açılması üçün “Loqoped” müəllim tutulmalıdır, ailəmizdə isə heç bir şəxs işləmir, ona görə də “loqoped” müəllim tutmağa imkanımız yoxdur.
Mən belə düşünürəm ki, mənim Prezidentə və Heydər Əliyev Fonduna ünvanladığım müraciətim görünür ki, prezidentə məruzə olunmayıb.
Ailəmizin müflis vəziyyətinə düşməsinə səbəb mənim xəstəliyimdir.
Cənab Prezident, ona görə də Sizə təkrarən müraciət etmək, ailəmizin maddi vəziyyətini, çıxılmaz durumda olmağımızı, qardaşımın maddi imkansızlıqla bağlı təhsilini davam etdirə bilməməsini, mənim müalicə xərclərimin ailəmin ödəmək imkanının olmamasını, kirayədə yaşadığımız evin aylıq pulunu belə verməkdə çətinlik çəkdiyimizi, atamın heç bir yerdə işləmədiyini nəzərə alaraq ailəmizə köməklik etmənizi Sizdən övladınız kimi xahiş edirəm.
Siz dəfələrlə şəhid ailələrini, Qarabağ qazilərini, veteranları qəbul edib dinləmisiniz, onlara lazımı köməklik göstərmisiniz. Sizdən xahiş edirəm, ikinci qrup əlili kimi bizim ailəmizi də qəbul edəsiniz.
Mən inanıram ki, bu müraciətimdən sonra bizim ailəmizi bu fəlakətdən xilas edərək lazımı köməklik göstərəcəksiniz.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı