Xoşbulaq sakinləri təbii qaz həsrətiylə yaşayır
Təxminən 5 il əvvəl Xoşbulaq kəndinə qaz xətti çəkiləndə hamı tezliklə mavi yanacaqdan istifadə edəcəklərinə böyük ümid bəsləyirdi. Ancaq aradan xeyli müddət keçməsinə baxmayaraq, bu ümidlər özünü doğrultmayıb. Sakinlər hələ də təbii qazın həsrəti ilə yaşayırlar.
Baxmayaraq ki, Xoşbulaq kəndində qazpaylayıcı stansiyadan daşıyıcı xəttin çəkilişi başa çatdırılıb. Məhəllədaxili xətlər isə qismən çəkilsə də, sonradan işlər yarımçıq dayandırılıb.
Saleh Qurbanov- sakin: “Təəssüf ki, 90 ev qaz istifadə etmək üçün nəzərdə tutulmuşdur, onlar da yararlana bilmirlər. Ümumiyyətlə kəndin özünə də qaz xətti çəkilib. Ancaq evlərə paylanma işi başa çatmır. İldən-ilə bu gecikdirilir”.
Buna görə də sərt iqlimə malik kənddə sakinlər qızınmaq üçün meşələrə üz tuturlar və bununla da ətraf mühitə ziyan vurmaq məcburiyyətində qalırlar.
Xoşbulaq bağlarında meyvə ağaclarının sayı da azalır. Səbəb isə yenə də eynidir. Əlacsız qalan sakinlər meyvə ağaclarını kəsərək odun sobasında yandırırlar.
Sakinlər kəndin qazlaşdırılacağına inamlarını itiriblər. Çünki illər əvvəl çəkilən qaz xətləri artıq korroziyaya uğrayıb, sayğaclar isə işlənmədən istismar müddətini başa vurub.
Fəridə Quliyeva- sakin: “Heç vaxt qazdan istifadə etməmişik. Zülm çəkirik, əziyyət çəkirik. Pulumuz olmayanda odun ala bilmirik, soyuqda qalırıq”.
Kəmalə Musayeva- sakin: “Uzun illərdir odun sobasından istifadə edirik. Odunun isə maşınını 250 manata alırıq. Qışı həmin odunla yola veririk”.
Şəmkir Regional Qaz İstismar İdarəsinin rəsmiləri isə Xoşbulaq kəndinin tezliklə qazlaşdırılacağını vəd edirlər. İdarənin baş mühəndisi Məzahir Hüseynovun sözlərinə görə, kəndin qazla təchizatında yeganə problem əksər mənzillərdə yaşayış olmamasıdır.
Məzahir Hüseynov- Şəmkir Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: “Layihə-smeta sənədlərinə uyğun olaraq, daşıyıcı və qaz xətləri inşa olunub. Həmin ərazidə mənzillərin qaz xətləri də çəkilib, sayğaclar da quraşdırılıb. Ancaq evlər mövsümi xarakter daşıdığından bəzi abonentlər evdə olmur. Ona görə də işlərimizi tamamlaya bilmirik. Ancaq buna baxmayaraq, ilin sonunadək Xoşbulaq kəndi tam qazlaşacaq”.
Xoşbulaqda 2 mindən çox ailə yaşayır. Onlardan 600-ü daimi olaraq kənddə qalır.
kepeztv/az
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı