Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?
Bolge
Oxunub: 983
26 apr 2016 | 23:33
Daşkəsəndə qəbiristanlıq yoxdur. Burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək, Gəncə şəhərində dəfn edilir. Səbəbi isə ilgincdir...
Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?
İlk dəfə bu məlumatı eşidəndə açığı çox təəccübləndim. Necə ola bilər ki, onminlərlə əhalisi olan bir şəhərdə qəbiristanlıq olmaya? Bu xəbərin ardınca getdiyim yerə çatanda isə, artıq heç bir təəccübüm qalmadı. Hətta bura hansı səbəbdən gəlməyim belə, yaddan çıxdı.
Buna səbəb isə, qarşımda açılan əsrarəngiz mənzərə və buranın gördüyüm yerlər içində ən qeyri-adisi olması idi. Qısası, bura Daşkəsəndir. Azərbaycanda ən yüksəkdə ərazidə yerləşən rayon məkəzlərindən biri.
Şəhər insanda dünyanın ən yüksək yeri olması təsəvvürü yaradır. Hündür dağlar üzərində göyə ucalan rəngarəng binalar isə Daşkəsənə xüsusi bir əzəmət verir. Şəhərin girişində, külüngünü göyə qaldıraraq dayanan Fərhad heykəli, sanki Daşkəsəni bəd niyyətlərdən qoruyur.
Doğrusu, məkanın təsirindən çıxıb özümə gələndə isə, ilk ağlıma gələn - "bəlkə də burada ölən olmur deyə, qəbirsanlıq da yoxdur" fikri oldu. Lakin şəhərin girişi də qarşıma çıxan Şəhidlər Xiyabanı bu firki yarıda qoydu. Demək, Əzrayıl nə qədər unutmuş yer olsa da, ermənilərin təcavüzü nəticəsində, vətənimizin istənilən bölgəsi şəhadətdən öz "payına düşəni" alıb.
Daşkəsəndə yas mərasimində olarkən şahidi olduğu bir hadisə yadıma düşdü. Mərasimdə, kişili-qadınlı, cavanlı-qocalı hər kəs mollaya yaxınlaşıb pul verərək, şəhidlərimizin, xüsusilə rayon şəhidlərinin ruhuna "Yasin" oxutduğu barədə danışmışdı bir qohumum. Bu hadisə daşkəsənliərin şəhidlərə hörmətinin digər bölgələrə də örnək olası bir təcəssümüdür, zənnimcə.
Şəhərə hələ girməmiş yol üzərində polis şöbəsinin yerləşməsi də təəccübümə səbəb oldu. Lakin sakinlərlə söhbətdən məlum oldu ki, şəhərin bir girişi olduğu kimi çıxışı da birdir. Yəni şəhərə girən hara gedirsə getsin, yenə qayıdıb bu yoldan çıxmalıdır. Yerlilərin isə bir-birinə pislik etmək kimi bir fikri yoxdur, deyir daşkəsənlilər. Mərkəzi Heydər Əliyev prospekti ilə irəlilədikcə, növbə ilə avtovağzal, bazar, sonra isə, xəritədə ana yolun ətrafında salxım söyüdü xatırladan şəhər gəlir.
Qayıdaq əsas məsələyə. Söhbətləşdiyim sadə daşkəsənlilər gəlişimin səbəbilə bağlı müxtəlif fikirlər söylədilər. Məlum oldu ki, nəinki Daşkəsən, həmçinin ətraf bir neçə qəsəbədə də qəbiristanlıq yoxdur. "Bəs ölüləri harda dəfn edirsiniz?" sualına belə cavab aldım ki, burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək, Gəncə şəhərində dəfn edilir, digər qismi də ətraf kəndlərdə.
Daşkəsənlilərin bəziləri məsələnin heç fərqinə varmayıblar, bunun sanki, bir yazılmamış qanun olduğunu düşünürlər. Ümumilikdə, sakinlərlə söhbətdə məlum oldu ki, daşkəsənlilər Gəncəyə ikinci doğma şəhərləri kimi baxırlar. Hətta buradakı insanların bir qisminin Gəncədə evləri də var.
Məsələ ilə bağlı rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki ərazi yüksək dağlıq və torpağın alt qatının qayalıq olması səbəbindən qəbir yerlərinin qazıntısı çətinlik törədir. Bu səbəbdən də əhali ölülərini dəfn etmək üçün ya yaxın kəndlərə yaxud da Gəncəyə aparır.
Şəhərdə olarkən diqqətimi çəkən başqa bir məqam da oldu. Belə ki, nə qədər çətin relyefinin olmasına baxmayaraq, şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir. Bu da təbii ki, sakinlər qədər məni də sevindirdi...

sputnik.az
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı