Qobustan rayon İcra Hakimiyyətində mənimsəmə: Tikinti-abadlıq işlərində ciddi nöqsanlara yol verilib

İcra başçısı Adil Məmmədov bəzi idarə rəhbərlərinə nədən qəzəblənib?
Redaksiyamıza Qobustan Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatlarda bu rayonda dövlət vəsaitinin mənimsənilməsindən və icra hakimiyyətinin başçısı Adil Məmmədovun yarıtmaz idarəçiliyindən bəhs olunur. Bu idarəçiliyə etiraz etmək istəyən bəzi idarə rəhbərlərinin qarşılaşdıqları təzyiqlər də məlumatlar sırasında yer alır…
Rayondan xeberinfo.com-a verilən məlumatlara görə, Rayon İcra Hakimiyyəti (İH) tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanılıb, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləği müvafiq prosedur qaydalara riayət edilmədən artırılıb, istismara qəbul edilən bir neçə obyekt müvafiq qaydada uçota alınmayıb və əsaslı vəsait qoyuluşu üzrə kreditor borclar balansda əks etdirilməyib.
Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin bəzi hallarda təyinatının dəyişdirildiyi bildirilir, İcra Hakimiyyəti tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməyib, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunub, həmçinin yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edilib, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanların tam göstərilməyib.
Bundan başqa, mal-material qiymətlərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində ciddi nöqsanlara yol verilib, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmayıb, İcra Hakimiyyəti və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatları qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmayıb.
Bütün bunlar Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədovun fəaliyyəti ilə bağlı xeberinfo.com-a daxil olan məlumatların bir qismidir. Məlumatlarda daha sonra bəzi idarə rəhbərlərinin icra başçısının qəzəbinə tuş gəlmələrindən bəhs olunur. Təəssüf ki, lazımı dəqiqləşmələr apara bilmədiyimizdən hələlik bu istiqamətdə geniş yaza bilmirik.
Yazı hazırlanarkən Qobustan Rayon İcra Hakimiyyətindən də mövqe öyrənmək istədik. İcra başçısının köməkçisi ilə danışa bilsək də nəticəsiz oldu: heç bir sualımıza cavab ala bilmədik.
Mövzu diqqətimizdədir.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı