DİQQƏT! Şimal bölgəsində ciddi TƏHLÜKƏ
Bolge
Oxunub: 1 043
18 apr 2016 | 16:50
Hazırda Azərbaycanın şimal-şərq yamacındakı - Quba-Xaçmaz zonasındakı çaylarda - Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçayda sular maksimal axınla gedir. Əgər şimal-şərq yamacında bir dəfə leysan yağsa, o çaylar ətrafdakı yaşayış məntəqlərinə və s. ziyan vuracaq. Bu, artıq gözləniləndir.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq, Qusar, Quba və Xaçmaz rayonlarının dağətəyi və düzənlikdə yerləşən kəndlərinin bir çoxu təhlükə altında ola bilər.
DİQQƏT! Şimal bölgəsində ciddi TƏHLÜKƏ
E.Əlizadə Lerikdəki Təngərud çayı və onun qollarında son daşqının baş verməsinin səbəbini də açıqlayıb: "Lerikdə yağışların intensivliyi bunu gözləməyə imkan verirdi. Lerikdə ona görə çox daşqın olub ki, yağşlar yağmışdı, torpaq, səth süxurları su ilə dolmuşdu. Yanan yağıntılar isə hopmağa deyil, birbaşa sətn axınına gedirdi, çünki məhlullar artıq dolub. İntensiv yağış da belə güclü daşqına səbəb oldu".
E.Əlizadə qeyd edib ki, çaylarda daşqınların baş verməsi ehtimalını azaltmaq üçün tədbirlər görülsə də, bunlar kifayət qədər deyil.
Onun sözlərinə görə, bütün çaylarda, xüsusilə yaşayış məntəqlərindən keçən çaylarda profilaktik meliorativ tədbirlər görülməlidir.
Alim qeyd edib ki, həmin çayların dərələri mütləq təmizlənməlidir: "Azərbaycanda bu tədbirlər demək olar ki, görülmür. Bu tədbirlər çox cüzi sayda - 1-2 sel təhlükəsi olan çayda həyata keçirilir. Çay dərələri hər il gətirilmə süxurlarla dolur. Onları təmizləmək lazımdır ki, çay axını üçün yol açılsın. Amma ölkədə bu tədbirlər demək olar ki, həyata keçirilmir. Əgər bu tədbirlər görülsə, çayın su buraxma qabiliyyəti artar".
E.Əlizadə deyib ki, çayın yaşayış məntəqələrini yumasının qarşısını almaq üçün çay dərələrində, xüsusilə çayın yaşayış məntəqəsindən keçən hissəsində dərəni möhkəmlətmək, orada beton qoruyucu divarlar çəkmək lazımdır.
E.Əlizadə qeyd edib ki, bu tədbirlərin görülməsi daşqınların vurduğu ziyanın dəyərindən 10 dəfə ucuz başa gəlir.

Qeyd edək ki, aprelin 16-da yağan yağışlar nəticəsində baş verən daşqınlar Lerik rayonunun Vizəzəmən, Şingədulan ərazi vahidliyinə daxil olan kənd sakinlərinə ciddi ziyan vurub, ayrı-ayrı vətəndaşlara məxsus xeyli sayda qoyun-quzunu, ev quşlarını güclü axını olan su aparıb. Təbrizli kəndindəki körpü isə yarasız vəziyyətə düşüb.

Leysan həmçinin, rayonun bir neçə hissəsində torpaq sürüşmələrinə səbəb olub.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı