ŞAMAXIDA KƏND MÜHASİRƏYƏ ALINDI-
Bolge
Oxunub: 4 162
18 apr 2016 | 16:50
ŞAMAXIDA KƏND MÜHASİRƏYƏ ALINDI-











Mütəşəkkil məmur dəstə kənd sakinlərini məhvə sürükləyir

Şamaxıda qədim və turizm zonasıilə tanınan bir kənd məmurlar tərəfindən sıxışdırılır. Bu barədə Vətəninfo.az-a rayonun Avaxıl kəd sakinləri məlumat verib. Məmur özbaşınalığından bezən və blokada şəraitinə salınan sakinlər məcburiyyət qarşısında prezident İlham Əliyev və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edərək onlardan imdad diləyib.

Redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, Avaxıl kəndi kənd rəhbərliyində cəmləşmiş bir qrup mütəşəkkil dəstə tərəfindən zəbt edildiyindən sakinlər acından ölmək həddinə çatıb: "Biz kənddə yaşasaq da, dolanacaq üçün heç bir şərait yaradılmır. Sakinlər təsərrüfat yaratmaq üçün cəhd etsələr də, kənddəki bəzi məmurlardan ibarət cəmləşmiş mütəşəkkil dəstə buna imkan vermir. Kəndin təsərrüfatla məşğul olması üçün kifayət qədər torpaqlarımız, münbit şəraitimiz var. Lakin həmin qruplaşma torpaqlarımızı əlimizdən alıb ayrı-ayrı şəxslərə satıb, əhalini iflic vəziyyətə salıb. 1999-cu ildə kəndə bələdiyyə sədri seçilən Elxan Qədimov kəndin torpaqlarının 400 hektarını sataraq əhalinin həmin əraziyə daxil olmasına qadağa qoydu. Bundan başqa, kəndin balansında olan torpaq sahəsinin 25 hektarını öz qohum-əqrabasının adına rəsmiləşdirdi. İş o yerə çatdı ki, Elxan Qədimov Avaxıl sakini olmayan, başqa kənddə yaşayan bacısının da adına qanunsuz olaraq torpaq sənədləşdirdi. Bununla yanaşı, bələdiyyə sədri Avaxıl kəndinin 174 hektar ərazisini ayrı-ayrı şəxslərə sataraq milyonlar qazanmağa başladı”.

Sakinlər deyir ki, bələdiyyə sədrinin maxinasiyalarından xəbərdar olan kənd camaatı 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində Elxan Qədimovu nəinki bələdiyyə sədri, heç bələdiyyə üzvü də seçməyib. Amma, Elxan Qədimov bununla sakitləşməyib. O, sakinlərdən qisas almaq məqsədilə 2005-ci ildə müəyyən qüvvələr tərəfindən kəndin icra nümayəndəsi təyin edilib.

Bundan sonra Elxan Qədimovun digər maxinasiyaları və iyrənc hərəkətləri üzə çıxıb. O, Avaxıl kəndi ərazisində özbaşınalıqlarını davam etdirərək əhaliyə qarşı yenidən amansız mövqedə olub.

2009-cu ildə keçirilən bələdiyyə seçkilərində kəndin bələdiyyə səlahiyyətlərini də mənənimsəmək məqsədilə Elxan Qədimov iki bacısı oğlunu kənd bələdiyyəsinin üzvü təyin etdirib. Bundan sonra o həmin şəxslərin vasitəsilə kəndin qalan torpaq sahələrini də köhnə tarixlərlə satmağa başlayıb: "Həmin vaxtlar qanunvericiliyə görə torpaqlar hərraca çıxarılmalı idi. Amma, Elxan Qədimov qanunvericiliyin tələblərini kobud pozaraq kəndin torpaqlarını köhnə tarixlərlə sənədləşdirib satdı”.

Sakinlər bildirirlər ki, Elxan Qədimovun bu özbaşınalığı barədə xəbər tutan Şamaxı rayon icra başçısı Nazim İsmayılov 2010-cu ildə onu vəzifədən qovub.

Amma, buna baxmayaraq, o 2014-cü ildə yenidən namizədliyini bələdiyyə sədri seçilmək üçün versə də, kənd sakinləri onun seçilməsinə imkan verməyib. E. Qədimov 2015-ci ildə müəyyən yollarla yenidən icra nümayəndəsi təyin edilib: "Elxan Qədimov camaata acıq vermək üçün kənddə deyib ki, ona məxss olan "Qoşabulaq”ticarət mərkəzini icra nümayəndəsi təyin olunmaq üçün satıb, həmin pulla vəzifəyə təyin olunub. O, yenidən vəzifəyə təyin olunandan sonra bacısı oğlu Sahib Şirinovu Avaxıl kənd bələdiyyəsinin sədri seçdirib. Bu üsulla həmin məmurlar kəndin bütün ixtiyarını əllərində saxlamaq istəyirlər. Onlar artıq bu yolla Avaxıl kəndini və kənd sakinlərini məhv edib.

Avaxıl kənd orta məktəbinin direktoru Səid Şirinov, oğlu, bələdiyyə sədri Sahib Şirinov və icra nümayəndəsi Elxan Qədimov hazırda birləşərək Avaxıl kəndini məhv etmək istəyir”.

Sakinlər deyirlər ki, məktəb direktoru Səid Şirinov Təhsil Nazirliyinin təşkil etdiyi attestasiyadan keçmədiyi halda hələ də həmin vəzifədə qərarlaşıb.

Bundan başqa, kənd bələdiyyəsi hesabat yığıncağı keçirsə də, kənddən heç kimi bu iclasa çağırmayıblar, iclas gizli keçirilib. "Azərbaycan müharibə şəraitində yaşayır və oğullarımız hərbi xidmətdə, cəbhə bölgəsindədirlər. Sabah ordudan tərxis olunan hərbçi kəndlilərimizin qayıdandan sonra məskunlaşmaq üçün bir qarış da torpağı qalmayıb, hamsı bu mütəşəkkil qrup tərəfindən mənimsənilib satılıb”.

Əlacsız qalan sakinlər dövlət başçısı İlham Əliyevə müraciət edərək bu özbaşınalığa son qoyulmasını xahiş edib.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı