Kürdəmirdə sahibkarlığa güclü dəstək var- 2016-cı ilin statistikası bunu sübut edir – ÖZƏL

2013-cü ildən etibarən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Kürdəmir rayonunda prioritet hesab olunan bəzi sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dəfələrlə Kürdəmir rayonunun Atakişili kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tədbirlər zamanı ç yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
Ceyhun Cəfərov Kürdəmir İcra Hakimiyyəti başçısı seçildikdən sonra sahibkarlığa diqqət ikiqat artıb və bu məsələ rayonda prioritet hesab olunur.
Buna baxmayaraq radikal müxalifətlə əlaqəsi olan bəzi şəxslər hökumətin qanunvericiliklə nəzərdə tutulmuş müddəalara əməl etməkdən imtina edir və icra nümayəndələri haqlı olaraq qanunsuz işə yol vermədikdə barələrində mediaya şər-böhtan xarakterli yazılar göndərirlər. Məsələn,bugünlərdə
Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, Qarabağ müharibəsi veteranı, sahibkar Nicat Muradov bir sıra media orqanlarına müraciət edərək fermer təsərrüfatı ilə məşğul olduğunu, lakin onun sahibkarlıq fəaliyyətinə törədilən əngəllərin arxasında yerli məmurların dayandığını bildirib.
Şikayətçinin sözlərinə görə, üzləşdiyi problemlə bağlı rayon rəhbərliyinə, aidiyyəti dövlət qurumlarına məlumat verərək onun sahibkarlıq fəaliyyətinə yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsə də, hələ ki, bu məsələ öz həllini tapmayıb.
Nəzərə çatdırmaq istəyirik ki,Nicat Muradovun istədiyi məsələ qanunsuz olduğu üçün həllini tapmır. İkinci bir tərəfdən Kürdəmirdə hər bir sahibkarın şikayətinə fərdi yanaşıldığı, diqqətlə yanaşıldığı halda niyə məhz onun məsələsi həll edilmir?
Çünki sənədləşmə və diğər işlərində uyğunsuzluq var. Bunları aradan götürmək lazımdı. İcra hakimiyyətini şantaj etməklə heç nəyə nail olmaq olmaz.
Bir neçə gün əvvəl Kürdəmir rayonunun 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Ceyhun Cəfərov çıxış edib:
““Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)” icrasının ikinci il dönümü ilə əlaqədar keçirilmiş müşavirədən sonra Respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da böyük irəliləyiş olmuş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülür.
Cənab Prezidentimizin tapşırığına əsasən 2016-cı ilin fevral ayının ilk günlərindən rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən 498 boş vakant iş açılmışdır. Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən bu 498 boş vakant iş yerlərinə Məşğulluq Mərkəzində qeydiyyatda olan iş axtaran vətəndaşlardan 90 nəfər rayon Kommunal Müəssisələri Kombinatında, 113 nəfər çoxmərtəbəli binaalrın dam örtüyünün dəyişdirilməsində, 53 nəfər 5 saylı Dəmir Yol Sahəsində, 119 nəfər Ağsu Regional Qaz İstismarı idarəsində, 30 nəfər 14 saylı Yol İstismarı Sahəsində, 38 nəfər Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayon təşkilatında, 9 nəfər rayon Su Kanal idarəsində, 11 nəfər Kürdəmir rayon Elektrik Şəbəkəsində, 1 nəfər Ekologiya və Təbii Sərvətlər Regional sahəsində, 22 nəfər digər qurumlarında işə qəbul olunmuşar.
2016-cı ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 2,8 faiz artaraq 65526,3 min manat, ümumi məhsul buraxılışının 55,1 faizi istehsal sahələrində 44,9 faizi xidmət sahələrində olmuşdur.
Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.
Rayonda taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 13239 hektarda buğda, 26012 hektarda arpa olmaqla cəmi 39251 hektar sahədə taxıl əkilmişdir. Taxıl əkinləri 1,6 dəfə suvarılmış, 12000 hektardan çox sahədə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılmış, 32400 hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmişdir. Toxumluq taxıl sahələrinə fərdi qaydada qulluq göstərilməsi təşkil olunmuşdur.
Hazırda taxıl biçininə hazırlıq işləri görülür. Bu məqsədlə biçinə 64 kombayn hazırlanır və onların təmiri işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 100-dən çox kombayn cəlb edilməsi üçün müqavilələr bağlanılır.
Rayonda artıq yazlıq əkinlərinə başlanmış, hazırki vaxta 1400 hektardan çox sahədə yonca səpilmiş, 1150 hektardan çox sahədə kartof əkini aparılmış, 1000 hektardan çox tərəvəz toxumu səpilmiş, 900 hektarda bostan bitkiləri əkilmişdir. Yazlıq əkinlərin aparılması mütəşəkkil davam etdirilir.
Ölkədə ixrac yönümlü məhsullardan olan pambığın və baramanın istehsalının artırılması respublikada yeni iş yerlərinin yaradılması ilə yanaşı ,onların xarici bazarlara çıxarılaraq satılması ölkənin valyuta ehtiyatlarının daha da artırılmasına müsbət təsir göstərir.2016 cı ildə pambıq əkini ilə əlaqədar olaraq rayonumuzda 1844 ha sahədə pambığın əkilməsinə başlanılmışdır. Hal-hazırda rayon ərazisində müvafıq yerlər ayrılmış , pambıq qəbul edəcək zavodla müqavilələr bağlanmış, şum işləri davam etdirilir.
Barama istehsalı ilə əlaqədar müvafiq tədbirlər görülür , təkliflər hazırlanır. 1200 ha sahədə tut bağlarının salınması planlaşdırılır.
Rayonda 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2016-cı ilin I rübündə 4200 tonadək yüksək reproduksiyalı toxum istehsal olunmuşdur.
Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.
Tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir.
Üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılır.
“Aqrolizinq” ASC-nin rayonda aqrotexservis mərkəzi fəaliyyət göstərir ki, onun mexaniki dəstələrində 45 traktor, 16 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə 60-dan çox traktor, digər kənd təsərrüfatı maşınları və avadanlıqlarından istifadə olunur. “Aqrolizinq” ASC tərəfindən rayon servisinə əlavə kombaynlar və traktorların verilməsi nəzərdə tutulmuşdur. Pambıq istehsalı ilə əlaqədar lazimi texnikaların alınması istiqamətində işlər aparılır.
Aqrotexservis Mərkəzi və digər şirkətlər tərəfindən istehsalçılara 1000 tonadan çox güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır.
Bundan əlavə 5 özəl aqrotexservis mərkəzi yaradılmış və burada da 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Fiziki və hüquqi şəxslər tərəfindən 242 ədəd traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin optimal müddətlərdə görülməsi mümkün olur.
Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarələrinin də maddi texniki bazası möhkəmləndirilmiş, onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla təchiz olumnuşdur. Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür, bu ilin birinci rübündə 254 km kanal və 32 km dren şəbəkəsi lildən təmizlənmiş, 50 hidrotexniki qurğu, 9 nasos kompleksi, 3.6 km kanal əsaselı təmir olunmuşdur
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür, hazırda iri buynuzlu mal qaranın sayı 64,1 min başı, qoyun keçilərin sayı 131,8 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I rübündə 2060 ton ət, 9130 ton süd istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ət itehsalı 2,7 faiz, süd istehsalı 3,3 faiz və yumurta istehsalı isə 1,1 faiz artmışdır.
Rayondakı “Kürdəmir Broyler” ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 16 min başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. 317 min yumurta istehsal olunmuşdur.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, I rübdə 405 başadək iri buynuzlu mal süni mayalandırılmış, 121 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 580 başa çatmış, onların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini bundan sonra da günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.”
Çıxışdan da göründüyü kimi rayonda kənd təsərrüfatı və diğər sahələrin inkişafının statistikası öz əksini tapıb. Sahibkarlar isə öz növbəsində qarşılarına çıxan problemləri yerli icra hakimiyyətində həll etməlidirlər. Radikal müxalif mediada dəstək axtarmaq heç bir məsəlkəyə kömək etməz.
Orxan İbrahimli
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı